Mallara aksiz vergisi üzrə vergi dərəcələri

posted in: Xəbər | 0
birbank biznes

Aksiz dərəcəsi nədir?

Aksiz dolayı vergi növüdür, aksizli mallar adlanan müəyyən kateqoriya malların satış qiymətlərinə əlavə edilir. Əlavənin məbləği dövlət tərəfindən müəyyən olunur və aksiz dərəcələri adlanır. Onun əsasında hesablanan vergi dövlət büdcəsinə daxil olur, onun artımına xidmət edir, həmçinin əmtəənin kəmiyyət və keyfiyyət göstəricisini tənzimləyir. Mallara aksiz vergisi üzrə vergi dərəcələri Azərbaycan Respublikasının Vergi məcəlləsi, habelə Nazirlər Kabinetinin uyğun qərarları ilə müəyyən edilir. Bəs aksiz vergisi nece faizdir? Qeyd edək ki, vergitutma bazasına tək faizlər deyil, həm də sabit vergi məbləğləri tətbiq edilir.

  • Faiz dərəcələri (advalor da adlanır, onun haqqında aşağıda məlumat verilir) aksizli məhsulların dəyəri əsasında hesablanır.
  • Sabit aksiz dərəcəsi nədir, hansı hallarda tətbiq edilir? Onlar vergi bazasının hər bir vahidinə tətbiq edilən manatla sabit məbləğlərdir, Respublikamızda istehsal olunan mallarla yanaşı, idxal edilən malları da əhatə edir. Təbii ki, bu zaman vergidən azadolmalar nəzərə alınır.

  Aksiz dərəcələri tətbiq edilən əmtəələri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Alkoqol, habelə tütün məmulatları – bu mallara vergi dərəcələri tətbiq edilərkən, onların insan sağlamlığına vurduğu ziyanın məhdudlaşdırılması, habelə hökumətin fiksal siyasəti əsas götürülür;
  2. Yanacaq, sürtkü materialları – fiksal siyasətlə yanaşı, yollardan istifadə, ətraf mühitə təsir amilləri nəzərə alınır. Buraya keçid etməklə “Ölkə daxilində istehsal olunan neft məhsulları üzrə aksiz vergisi nece faizdir?” sualına cavab tapmaq olar.
  3. Dəbdəbəli mallar – fiksal rolu yoxdur, əsasən yenidən bölüşdürmə funksiyasını yerinə yetirir.

Sabit aksiz dərəcəsi nədir?

Aksizli malların hər bir növü üçün dövlət aksiz dərəcələri müəyyən edir. Onlar müəyyən dövr üçün dəyişilə bilər. Adətən belə əməliyyatlar qabaqcadan həyata keçirilir ki, istehsalçılar öz pul vəsaitlərini, əmtəə dövriyyəsini planlaşdıra bilsinlər.  Azərbaycanda mallara aksiz vergisi üzrə vergi dərəcələri tətbiqinin iki növü fərqləndirilir:

  • Spesifik – malların ölçü vahidinə sabit əlavə ödəniş məbləğidir, bir qayda olaraq, respublika daxilində istehsal olunan bütün növ spirtli içkilərə, pivə, içməli spirtə, avtonəqliyyat vasitələrinə tətbiq olunur. Məsələn, 2022-ci ildə şampan şərabının hər litrinə vergi şəklində 2,60 manat əlavə ödəniş edilir.
  • Advalor – onlar dəyişkəndir, məhsulun dəyərindən asılıdır, faizlə tutulur, adətən, respublikamızda neft məhsullarına tətbiq edilir. Məsələn, əgər sizi “Avtomobil benzini (Aİ-92) yanacağının aksiz vergisi nece faizdir?” sualı maraqlandırsa, buraya keçid edə bilərsiniz.

Aksiz dərəcələrindən hər hansı bir növünün tətbiqi ölkədə aparılan iqtisadi siyasətdən asılıdır, yəni, daxili bazarda milli istehsala üstünlük verilməsi, əhalinin sağlamlığının müdafiəsi üçün hər iki növdən (spesifik yaxud advalor) istifadə mümkündür.

Beynəlxalq ekspertlər, advalor dərəcələrin tətbiqinin əmtəələrin idxalının tənzimlənməsində mühüm təsir aləti hesab edirlər. Həm də bu prosesdə idxal mallarının dəyəri artdıqca, büdcə daxilolmaları da artır. Advalor dərəcənin tətbiqi zamanı vergi məbləği belə hesablanır (şəkil 1).

Advalor aksiz vergi dərəcəsi dəyişkəndir, dizel yanacağına aksiz vergi dərəcəsi 18%-dir.

Lakin  iqtisadi böhran zamanı bu dərəcələrin səmərəliliyinin itməsi təhlükəsi də var, yəni, vergitutma obyektinin qiymətində azalmaya doğru meyllər daxilolmalar da təsir edəcək, yaxud əksinə. Dünya bazarında iqtisadi dəyişkənliyin proqnozlaşdırılmış büdcə gəlirlərinə təsiri isə heç də normal sayılmır.

Spesifik dərəcələrdən istifadə daxilolmaların qiymətdən asılılığını aradan qaldırır, idxal zamanı vergidən yayınmanın qarşısını almağa kömək edir. Belə ki, bəzən, idxal əməliyyatı zamanı ödənilməli olan vergini azaltmaq məqsədi ilə malın dəyəri aşağı rəsmiləşdirilir. Spesifik dərəcələrin istifadəsi bu kimi halları aradan qaldırmağa kömək edir.

“Spesifik aksiz dərəcəsi nədir?” sualının cavabı, təbii ki, başqa sual doğurur: bu dərəcə ilə büdcəyə ödənməli məbləğin hesablanması necə aparılır? Geniş izahat vermədən aşağıdakı 2-ci düstura diqqət etməniz tövsiyə olunur:

Spesifik dərəcə malların ölçü vahidinə sabit əlavə ödəniş məbləğidir. Məsələn, 2022-ci ildən şampan şərabının hər litrinə aksiz vergisi şəklində 2,60 manat əlavə ödəniş edilir.

İdxal olunan mallara aksiz vergisi üzrə vergi dərəcələrinin tətbiqi zamanı həmin malların keyfiyyət fərqinin nəzərə alınmaması bu dərəcələrdən istifadənin mənfi cəhətidir. Odur ki, advalor və spesifik dərəcələr tətbiq edilərkən onların bütün xüsusiyyətlərini nəzərə almaq zəruridir.

Qeyd olunan tövsiyələrə əməl olunması hər bir aksizli malı ciddi nəzarətdə saxlamağa, yığılması zəruri olan, yəni hesablanmış verginin tam həcmdə daxil olmasını təmin etməyə şərait yaradar.

Azərbaycan qanunvericiliyində aksizlər

Aksiz dərəcələri Vergi Məcəlləsinin 190.2.-190.5. maddələrində şərh edilib. Dərəcələr bəzi kateqoriya mallar üçün birbaşa VM-də verilib (maddə 190.3, 190.4). İdxal zamanı mallar üzrə vergi dərəcələri Məcəllənin 190.2. maddəsində qeyd edilən istisnalar nəzərə alınmaqla tətbiq edilir. VM-nin tələblərinə uyğun olaraq müəyyən kateqoriya mallara aksiz dərəcəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Həmin qərarlar aşağıdakılardır:

Aksiz dərəcələrin tətbiq edildiyi neft məhsullarının satış qiyməti Tarif Şurasının 14.01. 2015-ci il tarixli 2 saylı 4.01.2021-ci il tarixli 1 saylı qərarı ilə müəyyən edilir.

AR NK-nın 8 yanvar 2001-ci il tarixli 10 saylı “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərarının ikinci bəndinə əsasən çəlləklərə qablaşdırılmış aksizli mallara, o cümlədən alkoqollu içkilərə aksiz markası yapışdırılmır.

Respublika ərazisində istehsal edilən minik avtomobilləri, idman yaxud istirahət üçün yaxtalar, habelə belə məqsədlərə istifadəsi nəzərdə tutulmuş digər üzən vasitələr aksiz vergisinə 0 dərəcə ilə cəlb edilir (NK, 29.05.2007-ci il tarixli 85 saylı qərarı).

Beləliklə, biz aksiz dərəcəsi nədir?  sabit aksiz dərəcələri hansılardır?,  aksiz vergisi nece faizdir? kimi suallara cavab verdik. Aksizlər, ümumiyyətlə vergilər haqqında daha ətraflı məlumat üçün bizim digər elektron resursumuza, vergi.az saytına keçid ala bilərsiniz.


Print Friendly, PDF & Email