Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı: 2026-cı il üçün təlimat

posted in: Xəbər | 0

Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qeydiyyatı Dövlət Vergi Xidməti vasitəsi ilə aparılar. Burada onlar həm rəsmi dövlət qeydiyyatına, həm də vergi uçotuna alınır. MMC yaratmaq üçün qeydiyyat ərizəsi müxtəlif yollarla təqdim edilə bilər:

  • şəxsən;
  • poçtla,
  • qanunu təmçilçi vasitəsi ilə;
  • DVX-nin elektron qeydiyyat sistemlərində;
  • biznesin qeydiyyatı xidmətləri göstərən “Asan xidmət” mırkəzlərində.

MMC açmaq üçün qeydiyyat ərizəsini  təqdim etməzdən əvvəl müəyyən prosedurlardan keçmək və müvafiq sənədləri toplamaq lazımdır.

Necə edək ki, vergi idarəsi  sənədləri ilk dəfədən qəbul etsin? Bu məqalədə 2026-cı ildə Azərbaycanda MMC qeydiyyatı üçün atılmalı olan addımlar şərh olunur.

Addım 1. Təsisçilərin tərkibinin müəyyən olunması

Təsisçilər – MMC yaratmaq istəyən, yeni kommersiya qurumunun əsasını qoyan şəxslərdir. Məhdud məsuliyyətli cəmiyyətin təsisçiləri  həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Bu o deməkdir ki, Azərbaycanda MMC açmaq üçün AR vətəndaşları,  əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, Azərbaycan Respublikasında və  xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxslər də müraciət edə  bilər.

Mühasibat xidmətləri

Təsisçilər biznesi heç də həmişə birgə idarə etmirlər, amma nizamnamə kapitalını birgə formalaşdırır, mənfəət əldə edirlər. Onlar MMC-nin öhdəlikləri üçün qanun, kreditorlar və digər  tərəflər qarşısında nizamnamə kapitalındakı paya uyğun məsuliyyət daşıyırlar.

MMC-ni qeydiyyatdan keçirən təsisçilər qanuna görə iştirakçılar adlanır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının hüquq və vəzifələri haqqında daha çox məlumatı AR Mülki Məcəlləsində tapmaq olar.

Addım 2. MMC yaratmaq üçün təsis sənədlərinin hazırlanması

MMC yaratmaq üçün müəyyən prosedurlar icra olunmalıdır:

  • təsis yığıncağı keçirilir;
  • təsisisçilər arasında müqavilə bağlanır (nizamnamənin hazırlanması, əmlakın verilməsi və sair haqqında)
  • cəmiyyətin yaradılması haqqında qərar qəbul edilir.

Təsisçilər ümumi yığıncaqda şirkətin fəaliyyəti ilə bağlı əsas qərarlar qəbul edirlər. Bir təsisçi ilə də MMC yaratmaq olar. Bu zaman qərarları tək təsisçi qəbul edir.

Addım 3. MMC üçün adın hüquqi ünvanın seçilməsi

Yeni yaradılan MMC üçün ad təsisçilər tərəfindən, adətən, ilk iclasda seçilir. Cəmiyyətin firma adında cəmiyyətin adı, habelə “məhdud məsuliyyətli cəmiyyət” sözləri göstərilməlidir. Ad unikal olmalı, seçim zamanı qanunun tələblərinə əməl edilməlidir. Əks halda  vergi idarəsi qeydiyyatdan imtina edəcək. Adın unikallığı Dövlət Vergi Xidmətinin hüquqi adlar reyestrində yoxlanılır.

Təsisçilər həm də müəssisə üçün hüquqi ünvanı da müəyyən etməlidirlər.

Təsis yığıncağına hazırlıq, təsis sənədlərinin, nizamnamənin hazırlanması, nizamnamə kapitalının formalaşdırılması, idarəetmə orqanlarının təşkili – bütün bunlar müəyyən dəqiqlik tələb edir. MMC qeydiyyatı üzrə prosedurlara düzgün hazırlaşmaqla vaxta qənaət etmək olar. Bu məqsədlə Bakıda konsaltinq şirkətlərinə müraciət edə bilərsiniz.

Addım 4. Sənədlərin təqdim edilmə formasının seçilməsi

Azərbaycanda MMC yaratmaq və qeydiyyatdan keçirmək üçün müvafiq sənədləri, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif yollarla təqdim etmək olar. Sahibkarlar daha çox elektron qeydiyyata üstünlük verirlər, çünki:

  • proses daha şəffafdır;
  • hansısa quruma getməyə ehtiyac yoxdur;
  • dövlət rüsumu tələb olunmur;
  • prosesi qısa müddətə tamamlamaq mümkündür.

Addım 5. MMC qeydiyyatı üçün sənədlərin elektron təqdim edilməsi

MMC açmaq istəyən təsisçilər öz istəyi ilə dövlət qeydiyyatı üçün sənədləri elektron qaydada təqdim edə bilər. Elektron dövlət qeydiyyatı DVX-nin elektron informasiya sistemində adi və ya sürətli qaydada həyata keçirilir. MMC yaratmaq üçün dövlət qeydiyyatı orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə – elektron formada;
  • Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə.

Sənədləri DVX-nin sistemində elektron formada təqdim edib imzalanması üçün “Asan imza”-nın yaxud e-imzanın olması zəruridir.

Qeydiyyat yerli və xarici investisiyalı MMC-lər üçün demək olar ki, eynidir. Ərizəyə əlavə edilən sənədlər təsisçilərin yerli yaxud xarici investor olmasına, təsisçilərin sayına, hüquqi statusuna (fiziki yaxud hüquqi şəxs), həmin sənədlərin leqallaşdırılması və notariat təsdiqin tələb edilməsinə görə fərqlənə  bilər.

MMC qeydiyyatını daha tez, daha keyfiyyətli və daha az xərclərlə tamamlamaq üçün Accounting.Az-ın şirkət qeydiyyati xidmətlərinə müraciət edə bilərsiniz. Burada sizi peşəkar mütəxəssislər gözləyir.

 

Addım 6. Qeydiyyatın tamamlanması və əlavə qeydiyyatlar

Dövlət qeydiyyatını tamamlayan vergi orqanı (bu həm də onun vergi uçotuna alınmasıdır) MMC-yə onlayn rejimdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verir.

MMC açmaq istəyən şəxslər nəzərə almalıdılar ki,proses zamanı bəzi əlavə qeydiyyatlar da tələb oluna  bilər, məsələn:

  • əmək müqavilələrinin (əgər işçilər varsa) elektron qeydiyyatı;
  • zəruri hallarda ƏDV qeydiyyatı;
  • lisenziya tələb edilən fəaliyyət sahələri üçün icazə və lisenziyanın alınması.

MMC qeydiyyatından sonra görüləcək işlər

MMC yaratmaq istəyən şəxslər şirkətin qeydiyyat sənədlərini aladıqdan sonra müəyyən addımlar atmalıdırlar:

  • mühasibat uçotunun qurulması və aparılması: mövcud qanunvericilyə görə bu məcburidir.
  • bank hesabının açılması: hər bir müəssisənin bank hesabına ehtiyacı var. Bank seçimindən asılı olaraq hesabı onlayn yaxud oflayn rejimdə açmaq mümkündü, məsələn, Kapital Bankın tam rəqəmsal onlayn hesab açma xidmətindən istifadə etmək olar.
  • nizamnamə kapitalının ödənilməsi – MMC-nin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətdə ödənilməsi (3 aydan çox olmayan müddətdə) nəzərdə tutula bilər. Həmin müddət ərzində təsisçilər pul vəsaitlərini qeydiyyatdan sonra nəzərdə tutulan müddətdən gec olmayaraq bank hesabına köçürməlidirlər. Pul olmayan nizamnamə kapitalı üçün qəbul aktları hazırlanmalıdır.
  • kassa aparatının qeydiyyatdan keçirilməsi – yaradılan MMC nağd pulla işləməyi planlaşdırırsa, kassa aparatı lazım olacaq.
  • MMC qeydiyyatı zamanı əcnəbilərin və vətəndaşlığı olmayan  işçilər üçün iş icazələrinin alınması haqqında da düşünmək lazımdır, əks halda cərimələrlə rastlaşa bilərsiniz.

.    Çətinliklərinizi daha asan həll etmək üçün konsultasiya xidməti sifariş edin