“Mühasibat uçotu + 1C” kursu

Sizi yeni başlayacaq “Mühasibat uçotu + 1C” kurslarına dəvət edirik.

Kurs kimlər üçündür?

  • Sahəsindən və ixtisasından asılı olmayaraq, mühasib yaxud mühasib-operator olmaq istəyən hər kəs;
  • Mühasibatlıq sahəsində iş axtaran və işə yeni başlayanlar;
  • İşlərini təkmilləşdirmək istəyən mühasiblər;
  • Mühasibat sahəsində çalışan mütəxəssislər: kiçik mühasib, mühasib və s;
  • Öz işini aparmaq istəyən mikro və kiçik sahibkarlar və digər şəxslər üçün.

Kursun faydaları:

  • Mühasibat və vergi uçotu sahəsində biliklər əldə edəcəksiniz;
  • Nəzəri biliklərinizi praktikada tətbiq etmək imkanı qazanacaqsınız;
  • Mühasibin gördüyü işlərlə tanış olacaq, hesabatların hazırlanmasını praktiki şəkildə öyrənəcəksiniz;
  • Mühasibat uçotunu daha düzgün aparacaqsınız;
  • İşlərini asanlaşdıracaq və avtomatlaşdıracaqsınız;
  • Sənədləşmələrin qeydiyyatını daha rahat apara biləcəksiniz;
  • Müəssisənin biznes proseslərini avtomatlaşdıra biləcəksiniz.
  • Bütün növ mühasibatlıq sənədləri ilə fiziki olaraq tanış olacaq və praktiki cəhətdən onların sistemə inteqrasiyasını öyrənəcəksiniz.

Təqdim olunan mühasibat kursları tələbələrə müəssisələrdə mühasib və ya mühasib köməkçisi kimi işləmək üçün lazımi bilik və bacarıqlar əldə etməyə imkan verir. Odur ki, kursu bitirən şəxslər kiçik mühasib, köməkçi mühasib kimi istənilən növ özəl müəssisələrdə iş tapa, işləyən zaman isə iş zamanı yaranan bütün çətinliklərlə bağlı bizə müraciət edə bilərlər. Kurs mühazirələrin praktik məşğələlərlə birləşdirilməsi prinsipinə əsaslanır.

Bu proqramı keçdikdən sonra əldə edilən biliklər məzunlara ilkin sənədləri müstəqil qəbul etməyə və nəzarət etməyə, əsas vəsaitlərin, istehsal xərcləri, maliyyə nəticələrinin uçotunu aparmağa imkan verir.

Biznes hesabi

Təlimçi – Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “SAPPORT MMC”də maliyyə meneceri və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.

Peşəkar mühasib sertifikat imtahanını hər iki mərhələ üzrə müvəfəqiyyətlə vermişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Əyani və onlayn.

Təlim sayı və vaxtı: 25 dərs / Həftədə 2 dəfə, saat: 19:00-21:00

Kursa daxildir:

  • 50 saat (25 dərs + 2 aralıq və 1 yekun imtahan)
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay boyu iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Təlimlərin yekununda (keçirilən mövzular əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.


Kursun proqramı aşağıdakı kimidir:

Dərs 1-2 Mühasibat uçotu və ikili yazılışlar
Mühasibatlığa giriş
Maliyyə bərabərliyi
Aktiv və passiv hesablar
Debet və kredit anlayışı
Gəlir və xərcin tanınması
1C ilə ümumi tanışlıq və kontragentlerın yaradılması
Dərs 3, 4, 5 Kassa və bank əməliyyatları
Pul vəsaitlərinin uçotu
Kassa və bank əməliyyatları
Təhtəlhesab şəxslərlə hesablaşmalar
ƏDV depozit hesabı
Baş verən əməliyatların sənədləşmə qaydaları
1C-də kassa əməliyyatları (kassa mədaxil və kassa məxaric orderləri)
Dərs 6, 7, 8 Mal-materiallar və digər qısamüddətli aktivlər
Mal-materialların və xidmətin uçotu
Mal-materialların və xidmətin alışı proseduru
Mal-materialların anbara mədaxil edilməsi və rəsmiləşdirilməsi (e-taxes)
Material ehtiyatlarının anbar yerdəyişməsi əməliyyatları
Mal-material ehtiyatlarının inventarizasiyası
Anbardarın işləri
Digər qısamüddətli aktivlər
1C-də mal-material və xidmət əməliyyatlarının aparılması

I sınaq imtahanı

Dərs 9, 10, 11 Maya dəyəri və ehtiyatların qiymətləndirilməsi metodları
Mal-material ehtiyatlarının qiymətləndirilməsi metodları (LİFO, FIFO, AVCO)
Alınan malların dəyərinin hesablanması (daxili və xarici alışlar üçün)
Alışla bağlı çəkilən əlavə xərclər (daşınma xərclərinin və YGB üzrə rüsumların rəsmiləşdirilməsi)
1C-də əlavə və gömrük xərcləri əməliyyatlarının aparılması
Dərs 12, 13, 14 Əsas vəsaitlərin hesabı
Əsas vəsaitlərin alışı və istifadəsi
Əsas vəsaitlərin amortizasiyası və amortizasiya metodları
Əsas vəsaitlərin silinməsi və satılması üzrə əməliyyatlar
1C–də əsas vəaitlərlə bağlı əməliyyatların aparılması
Dərs 15, 16 Qeyri-maddi aktivlərlə aparılan əməliyyatlar
Qeyri-maddi aktivlərin alışı və istifadəsi
Qeyri-maddi aktivlər və onların amortizasiyası
Qeyri-maddi aktivlərin silinməsi və satılması üzrə əməliyyatlar
1C–də qeyri-maddi aktivlərlə bağlı əməliyyatlar

II sınaq imtahanı

Dərs 17-18 Əməkhaqqı ilə bağlı aparılan işlər
Əməkhaqqının hesablanması ilə bağlı əməliyyatlar
Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablamalar
Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət zamanı əməkhaqqı və s. hesablanması
Dərs 19-20 Dövlət vergiləri
Vergi ödəyicilərinin təsnifatları
Sadələşmiş vergi ödəyiciləri
Fiziki şəxslərin gəlir vergisi
Hüquqi şəxslərin mənfəət vergisi
Ödəmə mənbəyindən vergi
Hüquqi şəxslərin əmlak vergisi
Aksiz
Dərs 21 İstehsalat və istehsalatla əlaqədar məsrəflər
İstehsalat məsrəfləri
Tikinti üzrə məsrəflər
İstehsalat və tikintidə əməkhaqqı və amortizasiya məsrəfləri
Hazır məhsul
1C-də resept əsasında istehsal əməliyyatları
Dərs 22 Satış (gəlir) və satışın maya dəyəri
İstehsal olunmuş hazır məhsulun satışı
Mal satışı
Xidmət satışı
Satışın maya dəyəri
Dərs  23 Balans hesabatı
Müəssisənin balans hesabatının hazırlanması
Dərs 24 Mənfəət və zərər haqqında hesabatı
Müəssisənin mənfəət və zərər haqqında hesabatının hazırlanması
Dərs 25 Pul vəsaitləri haqqında hesabat
Müəssisənin pul vəsaitləri haqqında hesabatının hazırlanması

 

Proqramı yükləyin: Mühasibat uçotu + 1C kursu – Proqram

Kursa qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az

Əlaqə:

Ünvan: Caspian Plaza