Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu

posted in: Xəbər | 0

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması”

Mühasib vakansiyası üçün tələb edilən bacarıqlar arasında ən çox aşağıdakılara rast gəlirik:

  • Bəyannamə Tərtibat Proqramından (BTP-dən) istifadə edilməsi;
  • Rüblük Vahid bəyannamənin hazırlanması və təqdim edilməsi;
  • Sadələşdirilmiş Vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Mənfəət Vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • ÖMV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının təqdim edilməsi və s.
Bu sıralamalar sizə çox gəlsə də, əslində bu hesabat və bəyannamələrin hazırlanması çox da çətin deyil. Siz, bizim təşkil etdiyimiz Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” kursunda iştirak edərək çox qısa zamanda bu hesabatların hazırlanması biliklərinə yiyələnə bilərsiniz.

Kursun başlanma tarixi: 21 sentyabr.

Müddət: 1 ay / 16 saat

Ümumi məbləğ: 167 manat (Ödəniş 31 avqusta qədər edilərsə, məbləğ 150 manat olacaq)

Həftə içi qrupu üçün dərslər həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçirilir.

Həftə sonu qrupu üçün isə dərslər həftədə 1 dəfə, hər dərs 4 saat olmaqla keçirilir. (2 saat dərsdən sonra 15 dəqiqə fasilə ilə).

Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikən sonra çalışan şəxslər iş zamanı yaranmış problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.

Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!


Qeydiyyat linki: https://form.cubics.pro/form/F6dDCzuQ9nH9n9K5T


Təlimçilər barədə:

Kəmalə Rzayeva 

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməktədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


Kursun proqramı aşağıdakı kimidir:

1. BTP Proqramı və Vergi Bəyannamələrinin Tərtib Edilməsi
  • BTP proqramı haqqında məlumat və yüklənməsi qaydası;
  • Vergi bəyannamələri barədə anlayışlar.
2. Sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı
  • Sadələşdirilmiş vergi ödəyiciləri və bəyannamə vermək mükəlləfiyyəti olan şəxslər barədə məlumat;
  • Azərbaycan Respublikası Qanuvericiliyinə əsasən Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
  • Onlayn qaydada Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
  • Sadələşdirilmiş vergi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən Sadələşdirilmiş vergi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması.
3. Ödəmə Mənbəyindən Vergi bəyannaməsinin tərtibatı
  • Ödəmə Mənbəyindən Vergi (ÖMV) haqqında ilkin anlayışlar:

       – İcarə öhdəlikllərinə görə ÖMV hazırlanması;

       – Daşınma əməliyyatlarına görə ÖMV hazırlanması;

       – Dividend, royalti və sair ödəmələrə görə ÖMV hazırlanması.

  • ÖMV bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • ÖMV bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən ÖMV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd ÖMV bəyannaməsinin hazırlanması.
4. Mənfəət və Gəlir vergisi bəyannaməsinin tərtib edilməsi
  • Mənfəət və Gəlir vergisi haqqında ilkin anlayışlar;
  • Sahibkarlıq subyektinin meyarlarının təyin edilməsi;
  • Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
  • Mənfəət və Gəlir vergisi bəyannaməsinin hazırlanması;
  • Mənfəət və gəlir vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Mənfəət və gəlir vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən Mənfəət vəya Gəlir vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd Mənfəət vəya Gəlir vergi bəyannaməsinin hazırlanması.
5. Əmlak vergi bəyannaməsini tərtib edilməsi
  • Əmlak vergisi haqqında ilkin anlayışlar;
  • Əmlak vergisi bəyannaməsinin hazırlanması;
  • Əmlak vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Əmlak vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən Əmlak vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd Əmlak vergi bəyannaməsinin hazırlanması.
6. Torpaq vergi bəyannaməsini tərtib edilməsi
  • Torpaq vergisi haqqında ilkin anlayışlar;
  • Torpaq vergisi bəyannaməsinin hazırlanması;
  • Torpaq vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
  • Torpaq vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
  • Təqdim edilən Torpaq vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd Torpaq vergi bəyannaməsinin hazırlanması.
7. ƏDV (Əlavə Dəyər Vergisi)
  • ƏDV nədir?
  • ƏDV qeydiyyatına dair ərizənin tələb edilməsi;
  • ƏDV bəyannaməsinin tərtib edilməsi:

      – 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;

      – 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;

      – 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə tələb edilən sertifikatlar;

      – ƏDV-dən azad əməliyyatlar;

      – Debitor borclar barədə məlumat;

      – E-qaimələr üzrə əvəzləşmə;

      – Yük gömrük bəyannamələri (YGB) üzrə əvəzləşmələrin yığılma qaydası.

  • ƏDV Depozit / İstifadə qaydası / Köçürmələr;
  • Qeyri Rezidentə ödənən məbləğə görə ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
  • Təqdim edilən ƏDV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
  • Faktiki sənədlərə əsasən bir neçə ədəd ƏDV bəyannaməsinin hazırlanması.
8. Muzdlu və Qeyri-Muzdlu İş İlə Əlaqədar Vahid Bəyannamənin Hazırlanması
  • MDSS Haqqında ilkin anlayışlar;
  • İşsizlikdən sığortası haqqında məlumat;
  • İcbari tibbi sığorta haqqında məlumat;
  • Vahid bəyannamənin tərtib olunması qaydasının izahı;
  • MDSS haqqına cəlb edilən gəlirlər;
  • MDSS haqqına cəlb edilməyən gəlirlər;
  • İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər;
  • İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər;
  • Xarici vətəndaşlar barədə məlumat hissəsinin doldurulması qaydası;
  • Təqdim edilən Vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.
9. Statistika Hesabatı
  • Statistika hesabatlarının təqdim edilməsi;
  • 4 əmək aylıq əmək statistika hesabatının tərtib edilməsi;
  • 12 xidmət (ticarət, tikinti, istehsal, sənaye) aylıq dövriyyə statistika hesabatının tərtib edilməsi qaydası;
  • 1 əmək illik əmək statistika hesabatının tərtib edilməsi;
  • 1 müəssisə illik statistika hesabatının tərtib edilməsi.

Faylı yükləməklə proqramı əldə edə bilərsiniz: Bəyannamə və Hesabatların Hazırlanması Kursu (212 downloads)


Əlaqə:


Ünvan: Caspian Plaza



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *