Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolmanın tətbiq edilməsi (DTA-03 Forması)

posted in: Xəbər | 0
birbank biznes

bəyannamə, sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi (DTA-03 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması)

– Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı

– gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş (leqallaşdırılmış) surətləri Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilirsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyekti olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email