Read More9
Read More9

Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması

posted in: Xəbər | 0

Baş Mühasib köməkçisi, gəlir vergisi üzrə güzəşt, Həyatın yığım sığortası, 2021-ci ildə əmək haqqından tutulmalar, əmək haqqı, idxalçı, xərc, ƏDV tutulan əməliyyatın vaxtının hesablanması, EDV,Xərclər üzrə mühasib, vakansiya,əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerNazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” ilə bağlı sual doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Qaydanın 2.1-ci maddəsində qeyd edilir ki, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən edilir.

Qaydaya əsasən, vergi ödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir.

Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.

Göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur.

Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal 1: Vergi ödəyicisi 18 yanvar 2021-ci il tarixdə bank hesabından çıxardığı 15.000 vəsaiti 19 yanvar 2021-ci il tarixdə kassaya mədaxil edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.

İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassaya kassa mədaxil orderində qeyd edilməklə mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.

Misal 2: Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3.000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğə uyğun olmalıdır.

Misal 3: Vergi ödəyicisinin çekinin kötüyündə 4.000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro barədə maraqlı faktlar (III hissə)

posted in: Xəbər | 0

Avro barədə maraqlı faktlar (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun 

Avro əskinaslarının həqiqiliyi            

Avro əskinaslarının həqiqiliyini onun hərflərdən və on bir rəqəmdən ibarət seriya nömrələrinə əsasən də yoxlamaq olar. Latın əlifbasında hərfi sıra nömrəsi ilə əvəz etmək, bu rəqəmi qalanlarına əlavə etmək, sonra bir rəqəm çıxana qədər nəticə rəqəmlərini əlavə etmək lazımdır. Əgər bu rəqəm – 8-dirsə, əskinas həqiqidir.

Bu, əskinasın seriya nömrəsidir – P19521377164

İngilis əlifbasının hərfləri:

A – 1, B – 2, C – 3, D – 4, E – 5, F – 6, G – 7, H – 8, I – 9, J – 10, K – 11, L – 12, M – 13, N – 14, O – 15, P – 16, Q – 17, R – 18, S – 19, T – 20, U – 21, V – 22, W – 23, X – 24, Y – 25, Z – 26.

Hesablayaqmı?

P – ingilis əlifbasının 16-cı hərfidir, deməli, nümunə bu cür təsvir olunacaq:

16+1+9+5+2+1+3+7+7+1+6+4=62;

6+2=8.

Əskinas həqiqidir.

 “€” işarəsi

Təsdiq olunmuş qaydalara əsasən banknotda “€” işarəsi nominalın təyin olunmasından əvvəl banknotda yerləşdirilir. Lakin bəzi ölkələrdə bu işarə əvvəlki vaxtlarda milli valyutalarda olduğu kimi rəqəmlərdən sonra çap olunur. Avstriyada avro qeyri-rəsmi olaraq avronun dizaynı ilə bağlı ümumavropa müsabiqəsinin qalibi olmuş avstriyalı rəssam Robert Kalinanın şərəfinə “kalina” adlandırılır. Digər almandilli ölkələrdə isə məişət arasında onu “oyro” adlandırırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir

posted in: Xəbər | 0

milyonçu, qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir: Böyük Britaniya Xəzinədarlığı və İngiltərə bankı məsələni öyrənmək üçün işçi qrupu yaradıb. CNBC-nin xəbər verdyinə görə, əgər rəqəmsal valyuta istifadə üçün buraxılarsa, o, nağd pulları əvəz etməyəcək, yalnız həmin pulları tamamlayacaq.

“Biz Mərkəzi bankın potensial rəqəmsal valyutası üzrə tədqiqat işlərini əlaqələndirmək üçün Xəzinədarlıq və İngiltərə Bankı arasında yeni bir işçi qrupu işə salırıq”, – Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak belə söyləyib. Rəqəmsal funtun tətbiqi barədə qərar hələ qəbul edilməyib: indi səlahiyyətlilər istifadə variantlarını və mümkün riskləri araşdıracaqlar.

Hazırda rəqəmsal valyutaların hazırlanması üzərində bir neçə ölkə, o cümlədən İsveç, Fransa, Rusiya və başqaları məşğul olurlar. Bu sahədə hazırlıq işlərinə bitkoinin böyüməsi və ümumiyyətlə, nağd pul istifadəsindən imtina meyli ilə yeni bir təkan verilib.

İndi Çin bunu ən fəal şəkildə həyata keçirir. Pekində, rəqəmsal yuanın xeyrinə ənənəvi pullardan müvəqqəti imtina etmələri üçün vətəndaşlara ödəniş edilməsi lazım olan bir təcrübə elan ediblər.

Bundan əvvəl məlum olmuşdu ki, ÇXR hökuməti buraxılacaq rəqəmsal yuanın konkret bir müddət üçün dövriyyəsini planlaşdırır. Güman edilir ki, bu vətəndaşları həmin pullarla tez bir şəkildə vidalaşmağa və onları iqtisadiyyatın naminə daha aktiv istifadə etmələrindən ötrü Çin Xalq bankına zəruri hallarda elektron pulları müəyyən vaxtdan sonra “dayandırmaqda” kömək edəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aktiv vergi ödəyicilərinin sayı artır

posted in: Xəbər | 0

Əsas vergi nəzəriyyələri, yol vergisi, vergi ödəyiciləri,Yeni qeydiyyat üsuluna maraq artır

2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.
2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

error: Content is protected !!