Müxtəlif ölkələrdə pensiya təminatı (I hissə)

posted in: Xəbər | 0

Pensiya təminatı (I hissə)

pensiya yaşı, pensiyalar,Sosial sabitliyin təmin edilməsi, iqtisadi inkişaf üçün şəraitin yaradılması məqsədlərinə pensiya təminatı sistemi xidmət edir.

Pensiya təminatı proqramlarının tərkibində dörd əsas bölmə ayrılır:
  • qocalığa görə təminat,
  • əlilliyin təmin edilməsi,
  • ailəni başçısının itirilməsi ilə əlaqədar təminat,
  • xidmət illərinə görə pensiyanın təmin edilməsi.

Pensiyaların ödənilməsi müəssisə və vətəndaşların, həmçinin dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilir.

Bir çox ölkələrdə kişi və qadınların pensiyaya çıxma yaşı eynidır. Almaniyada 65 yaş, Danimarkada 67 yaş, Fransada 60 yaş, Finlandiyada 63-65 yaşdır, Böyük Britaniyada – kişilər üçün 65, qadınlar  üçün isə 60 yaşdır. ABŞ-da qocalığa görə pensiyanı 65 yaşa çatanlar alır. Qocalığa görə pensiya hüququ 40 rübə görə sığorta stajı, yəni 13 illik iş stajı ilə təmin edilir. Mövcud ABŞ qanunvericiliyinə görə, təqaüd yaşı tamam olmamışdan əvvəl də, lakin 62 yaşdan tez olmayaraq təqaüdə çıxa və ortalama olaraq ümumi pensiya ödənişinin 75% -ni təşkil edən azaldılmış pensiya almaq olar. Yaşa görə pensiyanın orta ölçüsü orta əmək haqqının 42 faizinə bərabərdir. Ödənilən pensiyalar ya istehlak qiymətləri indeksi, ya da ölkənin illik əmək haqqı indeksi əsasında təyin olunan yaşayış dəyəri indeksinə uyğun olaraq tənzimlənir.

Bir çox şirkətlər, korporasiyalar, bankların özlərinin pensiya proqramları və ya fondları var. Onlar pensiyaların ödənilməsinin ölçülərinə və şərtlərinə görə bir-birindən xeyli fərqlidirlər.

Tibbi sığortada olduğu kimi, dövlət pensiya fondlarına ödənişləri vergilərdən azad etməklə yanaşı, vətəndaşların öz gələcəyinə qayğısını nəinki təşviq edir, həm də özəl pensiya fondlarını maliyyə sisteminin ən vacib halqalarından birinə çevirir. Fondlar bu vəsaitləri yüksək etibarlı səhmlərə, istiqrazlara sərmayə qoymağa çalışırlar ki, bu da iqtisadiyyatın sabitləşməsinə kömək edir.

Pensiya təminatına başqa bir yanaşma nümunəsi İsveçdədir. İki növ pensiya ödənişi mövcuddur:

  • yaşa görə pensiya;
  • əmək stajına görə pensiya.

Hər iki təqaüd növü birlikdə əvvəlki qazancın təxminən 95%-ni təşkil edir.

Yaşa görə pensiyanı iş stajından asılı olmayaraq, 65 yaşına çatmış bütün şəxslər  alır. Bu sabit gəlirdir. Yalnız yaşa görə təqaüd və əlavələrdən ibarət olan təqaüdçü ər-arvadın maksimum ümumi gəliri, iki övladı olan, işləyən bir ər-arvadın orta gəlirinin 73% -ni təşkil edir.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

posted in: Xəbər | 0

saxta əlillik, saxta əlilliklər, DSMF-nin strukturunda dəyişiklik,“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib: “Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir. 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.

Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik. Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Onlayn satış zamanı pul bank hesabına daxil olmasına baxmayaraq NKA çeki də verilməlidir?

posted in: Xəbər | 0

NKA çeki, Sual: “A” MMC pərakəndə satışı həyata keçirir. Satış həm mağazada, həmdə internet üzərindən onlayn həyata keçirilir. Alıcı internet üzərindən onlayn qaydada mal alır (misal üçün televizor). Onlayn satış üçün MMC bank hesabı açıb və satışdan gələn vəsait həmin hesaba mədaxil olunur.

Sual ondan ibarətdir ki, alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdır? Olunmalıdırsa necə? Əksər alıcılar onlayn alış edir. Lakin NKA çekini əldə etmirlər. NKA çeki verilirsə, bu zaman “A” MMC-nin həm cari hesabına həmdə NKA çekinə vəsait daxil olmuş olur. Bu halda ƏDV hesabatı necə veriləcək? Pos-terminal vasitəsi ilə satış zamanı NKA çeki olur və dövriyyədə NKA çeki nəzərə alınır.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Eyni zamanda cəmiyyətinizin fəaliyyət növü pərakəndə satış olduğundan cəmiyyət tərəfindən pərakəndə qaydada satış zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada –  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Mənbə: taxes.gov.az


Bax:


Mühasibat uçotunun inkişaf mərhələləri (46-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (46-cı hissə)

45-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


inventarlaşdırma,Mühasibat uçotu,Beləliklə, Gyuqlinin xidməti ondan ibarət idi ki, o, özünün konstant mühasibatlığında kameral və ikili mühasibatlığı sintez etməyə cəhd göstərmişdi. Bunun mahiyyəti isə ondan ibarət idi ki, müəssisənin fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş normativ nəticələri mühasibat uçotu hesablarına daxil edilirdi. Sonrakı əməliyyatların qeydləri normativləri tənzimləyir və bu halda Əsas kitabın hesabları yalnız həyata keçirilmiş əməliyyatları deyil, həm də müəyyən edilmiş normativlərin yerinə yetirilmə dərəcəsini göstərir. Bütün hesabları konstant mühasibatında aktiv və passiv hesablara bölməklə yanaşı, funksional əlamətə görə hesabların daha bir təsnifatı təqdim olunurdu.

Onda üç qrupu ayırırlar: kassalar, rəhbərlik və hesablar. Kassanın hesabı administrasiyanın hesablarına qarşı qoyulurdu, onların informasiya birliyi üçün isə təyin olunmuş və icra edilmiş gəlir və xərclərin tutuşdurulması baş verən aktiv və passiv öhdəliklərin hesablaşma və ya ləğvetmə hesabları tətbiq edilirdı. Aktiv öhdəliklər üzrə balans alınmamış gəlirlər, passiv öhdəliklər üzrə balans isə qeyri – istehsal xərclərini göstərirdi. Müəssisənin pul vəsaitlərinin ümumi dəyişməsi ilə bağlı olmayan daxili hesablaşmaları qarşılıqlı hesablaşmalar hesabında əks olunurdu ki, bu da mütəmadi olaraq kassa və ya hesablaşma kimi aparıla bilərdi. Hesabların yazışması daimdir, hər bir hesab ikidən çox deyil: onlardan biri debet üçün, digəri kredit üçün idi.

Kassa hesabı bütün vəsaitlərin hərəkətinin başlanğıcı və sonu kimi çıxış edir. Beləliklə, Mühasibat uçotu hesablar sistemi vasitəsilə müəssisənin idarə edilməsi alətinə çevrilirdi. Verilən məlumatlardan faktiki məlumatların sapma dərəcəsi dərhal müəssisənin və onun rəhbərliyinin işinin uğurlu olduğunu göstərirdi. Bu uçotda  Gyuqli tərəfindən həyata keçirlən bir çevriliş idi.

Gyuqli xronoloji qeydləri qəbul etmirdi, o, uçotun vəzifələrini yalnız sistemləşdirməyə yönəldirdi. O, hesabların mühasibat uçotu formasına uyğunlaşdırılmasının vacibliyini qeyd etmişdi və bu tələb hesabdarlıqda işlərin jurnal-sifariş formasına keçməsi ilə təsdiqlənmişdi. Gyuqlinin işinin fundamental əhəmiyyəti, xərclərin planlaşdırılan ayırmalardan sapmalarının uçotu ideyasında əks olunmuşdu. İstehsal xərclərinin uçotu metodunda – standart maya dəyəri, məsuliyyət mərkəzləri tərəfindən xərclərin müəyyənləşdirilməsində, tənzimləmə uçotunda bu fikir yeni bir həyat qazandı.


47-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun