Muzdla çalışanların orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri-neft-qaz sektorunda 646,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 623,9 manat, özəl müəssisələrdə isə 803 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!

posted in: Xəbər | 0

ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, edvgerial.kapitalbank.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir.

Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha asan funksional təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə bilirlər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Növbəti yeniliyə əsasən ƏDV-nin geri alınması zamanı BirBank istifadəçiləri daha çox qazanmaq imkanı əldə ediblər. Belə ki, BirBank-da Visa digital kart yaradaraq yığılan vəsaiti həmin karta köçürənlər əlavə pul qazanırlar. Visa şirkəti ilə birgə keçirilən kampaniyaya əsasən, digital karta 10-20 AZN aralığında vəsait köçürənlər əlavə 2 AZN, 20 AZN-dən daha çox vəsait köçürənlər isə əlavə 5 AZN hədiyyə qazanırlar.

Qeyd edək ki, BirBank-da yaradılan digital card-larda eyniləşdirilmiş kartlar üzrə illik 15 000 AZN, eyniləşdirilməmiş kartlar üzrə isə aylıq 100 AZN / illik 1000 AZN dövriyyə limiti nəzərə alınmalıdır. Kampaniyada ilk 30 000 müştəri qalib ola biləcək. Ətraflı məlumat üçün – https://kbl.az/edvdc .

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası 2021-ci il 22 fevral tarixindən növbəti Təlimlərə start verir

posted in: Xəbər | 0

Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditor“Daxili Audit və Daxili Nəzarət” proqramı üzrə Təlimin müddəti 24 saatdır. Təlim həftə ərzində 3 gün (1-ci, 3-cü və 5-ci günlər) 2021-ci il 22 fevral tarixindən saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. Hazırlıq Təlimi Delta Group C.O.-nun Daxili Audit Departamentinin müdiri Müslüm Rüstəmov (CIA, CFE) tərəfindən tədris ediləcəkdir.

Təlimin sonunda imtahan olacaq və Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim ediləcəkdir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.

Təlimdə iştirak  ödənişlidir – 1 nəfər üçün 505 AZN təşkil edir.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması (yükləyin: Ərizə Anket forması) ;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva (, ).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 yanvar 2021-ci il tarixinə 5,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 3,8 milyard manat olub.

Bankın 1 yanvar 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 537 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun