Mühasibat uçotunun inkişaf mərhələləri (43-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (43-cü hissə)

42-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mühasibat uçotu,Montqomerinin ardıcılları olan R.K. Muts və X.A. Şaraf aşağıdakı müddəaları tərtib etmişdilər:

  1. Hesabat yoxlanılmalıdır.
  2. Auditor və administrasiya arasında maraqların toqquşmasını ehtimal etmək olmaz.
  3. Maliyyə hesabatları və onu təsdiq edən sənədlər qeyri-dəqiqlikdən və sirlərdən azaddır.
  4. Hesabat məlumatlarının obyektivliyi daxili nəzarətin effektivliyinə birbaşa mütənasibdir.
  5. Hesabat standartlara uyğun olaraq doldurulmalıdır.
  6. Audit yoxlaması sonuncu ola bilməz.
  7. Auditorun rəyi yalnız onun səlahiyyətindən asılıdır.
  8. Auditorların peşəkar öhdəlikləri onların vəzifə statusuna cavab verməlidir.
  9. Hesabat məlumatlarının faydalılığı onların yoxlanılmasının dərəcəsi ilə birbaşa mütənasibdir.
  10. Auditorun rəyi auditor tədqiqatının özü ilə müqayisədə daha çox məlumat verə bilməz.
Bu müddəalar audit standartlarının əsasını təşkil etmişdir. Onlar yenidən işlənmiş və tamamlanmışdır. Amerika mühasibatının böyük xidməti kimi peşə etikası müddəalarının işlənib hazırlanmasını qəbul etmək olar.

Bu tələblər ilk dəfə Montqomeri tərəfindən irəli sürülüb, müasir etikanın yaradıcısı isə mühasib D.L. Kerri hesab olunur. Mühasibat uçotunun elmi şərhi bir çox Amerika tədqiqatçılarını inandırmağa gətirib çıxardı ki, mühasibat məlumatları iqtisadi proseslərdə məşğul olan şəxslərin maraqlarını əks etdirir və mühasibat məlumatları müəssisələrin agentlərinin və müxbirlərinin psixologiyasını açıqlayır.

1967-ci ildə Amerika mühasiblər assosiasiyası (AAA) mühasibin əxlaq qaydaları kodeksini işləyib hazırladı ki, bu da mühasibin statusunu möhkəmləndirdi və işəgötürən tərəfindən onun əməyinə olan tələbatı yüksəltdi. Mühasibin etik kodeksi böyük mənəvi və peşəkar gücə malikdir. O, təkcə firmada mühasiblərin statusuna deyil, həm də mühasibat uçotunun təşkilati strukturuna təsir göstərir. Amerika cəmiyyətində mühasibat uçotunun rolunun artması xüsusi nəzarətçi vəzifəsinin ortaya çıxması ilə bağlıdır. Onun səlahiyyətlərinə maliyyə və uçot direktivlərinin hazırlanması və yoxlanılması, hesabatların təqdim edilməsi, smetanın tərtib edilməsi və onun yerinə yetirilməsinə nəzarət, normativ və faktiki məlumatların tərtib edilməsi və qiymətləndirilməsi daxildir.

Bu funksiyalar müəssisədə dörd uçot şöbəsinin formalaşmasına gətirib çıxarır: 1) plan; 2) maliyyə; 3) invektor; 4) istehsal.

Belə struktur idarəetmə uçotunun yaranmasına səbəb olmuşdur.

Korporasiya daxilində təşkilati strukturu iki variant təmin edə bilər: ya filialın baş mühasibi firmanın baş mühasibinə tabedir, ya da o, filialın idarəedici şefinə tabedir. Lakin bütün hallarda o, mühasibin peşəkar etik kodeksinə əməl edir.

Beləliklə, mühasibat uçotunu idarəetmə alətinə çevirmək istəyi ingilisdilli ölkələrin mühasiblərini psixologiyadan istifadə etməyə gətirib çıxardı. Psixoloji şərh sayəsində mühasibat işinin standartlaşdırılması təmin olunurdu. Bu da əvvəlcədən verilmiş variantlar dəstinə çevrildi və bu da kompüterin istifadəsini asanlaşdırdı. İstiqamətin sonrakı inkişaf etdirilməsi idarəetmə uçotunun yaranmasına gətirib çıxardı. Həm idarəetmə, həm də mühasibat uçotunun özlərinin müstəqil məlumat bazaları var: birinci – şifahi məlumatlara yer verir və hesablama metodlarından istifadə edir. İkinci – yalnız sənədləri və onların qeydiyyatını həyata keçirir. İdarəetmə uçotunda dəqiqlik operativliyə qurban verilir.

9-cu mövzu. Kameral mühasibatlıq
Orta ərslərdə Avropada uçot idarələrdə (otaqlarda – latınca kameralarda) aparılırdı. Qəbulların məcmusu kameral adını almışdı və böyük dəyişikliklərə məruz qalaraq, o, bu günə qədər öz mövcudluğunu qoruyub saxlamışdır. Tədqiqatçılar hesab edirlər ki, kameral mühasibatlığın ikili mühasibatlıqla heç bir əlaqəsi yoxdur. Çünki mühasibat uçotu obyektləri və vəzifələri fərqlidir.

Əgər ikili mühasibatlıqda uçotun obyekti əmlakdırsa, o zaman kameral mühasibatlıqda pulun kassada uçotu aparılır. Kameral mühasibatlığın vəzifəsi pul vəsaitlərinin xərclənməsi və mədaxilidir, onunla gözlənilən gəlir və xərclərin uçotu, eləcə də ödənilməli olan ödənişlər üzrə kontragentlərlə hesablaşmaların uçotu əlaqəlidir. Kameral mühasibatlıq dövlət təsərrüfatında inkişaf etmişdir.


44-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Ordubad filialını da yenilədi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq Bankın Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsi həyata keçirilib. Layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub.

Hazırki mərhələdə layihə çərçivəsində Kapital Bank-ın Ordubad filialının yeni ofis binası müştərilərin istifadəsinə verilib. Ordubad şəhəri, Mənsur Ağa küçəsi 6 ünvanında yerləşən filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Kapital Bank-ın qeyd olunan filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (3-cü hissə)

posted in: Xəbər | 1

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (3-cü hissə)

Keçidə daxil olmaqla 2-ci hissəyə nəzər yetirə bilərsiniz

əmək haqqı, gəlir vergisinin hesablanması,Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.
Əmək məzuniyyətinin hesablanması qaydası və işdən azad olunarkən ödənilən məbləğ
Məzuniyyət hüququ təqvim ili ilə hesablanmır

Bəli. Bu qanunvericiliyin tənzimlədiyi mühüm məsələlərdən biridir. Belə ki, məzuniyyət hüququ iş ili əsas götürülməklə yaranır. Daha dəqiq desək işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət iş ili sayılır.

Misal. A adlı şəxs sürücü ştatı üzrə 2017-ci il may ayının 5-i işə başlayıbsa, onun iş ili 2018-ci il may ayının 5-də başa çatmış sayılır və bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin göstərilən misalda nəzərdə tutulmuş iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ya kompensasiya almaq, ya da növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.

Məzuniyyət haqqının çox olması üçün məzuniyyətə çıxmazdan əvvəlki 12 ayda əmək haqqının da çox olması vacibdir

Belə ki, məzuniyyət haqqının tapılması üçün düstur və ya hesablama qaydası qanunvericiliklə aşağıdakı formada müəyyən edilmişdir.

a) işçinin orta aylıq əmək haqqı tapılmalıdır. Misal. İşçi məzuniyyətə may ayında çıxmaq istəyirsə, maydan əvvəlki 12 ayın əmək haqqı cəmi tapılıb, 12-yə bölünməklə işçinin orta aylıq əmək haqqı tapılır. İşçinin əmək haqqı 500 AZN-dir və 12 ay ərzində heç bir əlavə olmayıbsa, 500*12=6000;     6000/12=500. deməli işçinin orta aylıq əmək haqqı 500 AZN-dir.

b) işçinin orta aylıq əmək haqqına uyğun olaraq bir günlük əmək haqqı tapılmalıdır.

Orta aylıq əmək haqqı 500 AZN olan işçinin bir günlük əmək haqqını tapmaq üçün 500-ü 30,4-ə bölürük. 500/30.4=16.45 AZN.

c) İşçinin məzuniyyət haqqı istifadə etmək istədiyi məzuniyyət müddətinin bir günlük əmək haqqı ilə hasilindən alınacaqdır.

Belə ki, işçinin 14 gün məzuniyyətə çıxmaq istədiyi məlumdursa, hesablama aşağıdakı kimi olacaq.

14*16.45 AZN= 230.3 AZN. Deməli işçi 230.3 AZN alacaq.

İşçi ilə əmək müqaviləsinə xitam verilərkən onun iş ilinə (və ya illərinə) görə istifadə etmədiyi əsas məzuniyyət günləri üzrə  yuxarıdakı hesablama nəzərə alınmaqla ona kompensasiya ödənilməlidir. Burada diqqət yetirilməli başlıca məsələ işçiyə iş stajına görə və ya uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin nəzərə alınmaması və ödənilməməsidir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda eyni şəxsə məxsus 10 şirkət ləğv olunur

posted in: Xəbər | 0

yerli şirkət,Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış “AFX İnvest”, “Kral İnvestisiya”, “Faom”, “Qafqaz Star”, “Dəfnə F”, “Tək Ulduz”, “Barok”, “Şah Holdinq”, “Qoşa Qala” və “Qızıl Qala” MMC-lər ləğv olunduğunu elan edib.

“Report” bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Sumqayıt şəhəri, Corat ŞTQ, ev 187A ünvanına bildirə bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun