Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib

posted in: Xəbər | 0

icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qərarda qeyd olunur: “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatına problemlər vəd olunub

posted in: Xəbər | 0

Yaxın gələcəkdə bir sıra ölkələrdə koronavirus pandemiyasının növbəti dalğaları nəticəsində dünya iqtisadiyyatı yeni problemlərlə üzləşəcək. Filippinin Mərkəzi bankının rəhbəri Bencamin Diokno belə söyləyib. CNBC onun dediklərinə istinad edib.

“Düşünürəm ki, yaxınlarda baş verənlər, hadisələrin qısamüddətli perspektivdə yaxşılığa doğru deyil, pisliyə doğru inkişaf edəcəyini göstərir”, – Diokno belə bəyan edib.

Beynəlxalq valyuta fondunun qiymətləndirməsinə görə, ilin yekunları üzrə dünya ÜDM-i 4,4 faiz aşağı enəcək. Dioknonun qeyd etdiyinə görə, bu hələ optimist proqnozdur.

Dünya peyvəndin başlanılmasından lazımi effekti hələ hiss etməyib, COVİD-19 pandemiyası ABŞ və Avropada iqtisadiyyata artıq yenidən təzyiq göstərməyə başlayıb. Peyvəndin tapılması, dünya iqtisadiyyatının perspektivini yaxşılaşdıracaqş Lakin bu, 2021-ci ilin birinci rübündən əvvəl baş verməyəcək.

İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (İƏİT) proqnozuna görə, dünya iqtisadiyyatı gələn il əvvəlkindən daha yavaş templərlə bərpa olunacaq. İƏİT-də hesab edirlər ki, dünya ÜDM-i 2021-ci ildə 4,25 faiz və 2022-ci ildə isə 3,75 faiz artacaq. Sentyabrda verilən proqnozda isə göstəricinin növbəti ildə beş faiz artacağı təxmin edilirdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İkinci dünya müharibəsi dövrünün hərbi iqtisadiyyatı barədə faktlar (I hissə)

posted in: Xəbər | 0

Müharibə – çox bahalı bir şeydir

BMT mütəxəssislərinin 1945-ci ildə apardıqları hesablamalara görə, dünya ölkələri ümumilikdə, XX əsrin birinci yarısında baş vermiş bütün müharibələrə təxminən 4 trilyon 700 milyard dollar məsrəf ediblər. Həmin məbləğdən 4 trilyon dolları İkinci dünya müharibəsində xərclənib.

İqtisadiyyata zərbə

Müharibə SSRİ-nin iqtisadiyyatına  ciddi zərbə vurmuşdu. Statistikanın məlumatına görə, müharibə zamanı istehsalı artıran yeganə sahə maşınqayırma (özündə hərbi sənaye sahəsini birləşdirən) olub. Əgər 1940-cı ilin səviyyəsini 100% götürsək, 1942-ci ildə maşınqayırma 119% -ə, 1944-cü ildə isə (SSRİ-də silah istehsalının zirvəsi) 158% -ə kimi yüksəlib. Lakin sənaye ümumilikdə 1942-ci ildə 77% -ə düşüb, 1945-ci ildə isə 91% -ə qədər yüksəlib. 1942-ci ilə qədər kənd təsərrüfatı istehsalı 38%-ə düşmüşdü və müharibənin son ilində yalnız 60% -ə qədər bərpa edilmişdi. Ən güclü zərbə istehlak bölməsinə dəymişdi. Pərakəndə mal dövriyyəsi 1942-ci ildə 34%-ə kimi aşağı düşmüşdü. 1945-ci ildə isə bu göstərici 43% təşkil etmişdi.

Dollar çatışmırdı

1939-cu il sentyabrın 12-də İngiltərə hökuməti Almaniyanın yanacaqla təchizatının qarşısını almaq məqsədilə bütün rumın neftini almaq barədə qərar qəbul etmişdi. Lakin Rumıniyanın neftə görə yalnız ABŞ dollarında ödəniş tələb etməsi, İngiltərə üçün qəbuledilməz oldu. Nəticədə danışıqlar dayandırıldı və rumın nefti Adolf Hitlerə qismət oldu.

Barışmaz dostlar    

Müharibədən bilavasitə əvvəlki illərdə SSRİ və Almaniya aktiv qarşılıqlı ticarət aparırdılar. İl yarım ərzində, 1939-cu ilin sonundan 1941-ci ilin may ayının sonuna kimi Almaniya SSRİ-dən 1 milyon ton neft məhsulları (95 milyon marka), 1,6 milyon ton taxıl (250 milyon marka) 111 min ton pambıq (100 milyon marka), 36 min ton jmıx (6,4 milyon marka), 10 min ton kətan (14,7 milyon marka), meşə materialları (41,3 milyon marka), 1,8 min ton nikel (8,1 milyon marka, 185 min ton manqan filizi (7,6 milyon marka), 23 min ton xrom filizi (2 milyon marka), 214 min ton fosfat (6 milyon marka) ixrac etmişdi.

Öz növbəsində SSRİ-də aktiv şəkildə alman texnikası, o cümlədən “Dornye-215”, “Messerşmit-109E”, “Messerşmit-110”, “Yunkers-88”, “Heynkel-100”, “Byukker-131” və “Byukker-133”, həmçinin kreyser “Lyutsov” kimi təyyarələr alırdı. Lakin Almaniyadan tədarüklər daim aşağı düşürdü. Buna görə də 1940-cı il sentyabrın 12-də Anastas Mikoyan alman tərəfinə xəbərdarlıq etmişdi ki, bu tədarüklərin geriləməsi səbəbindən sovet ixracı müvəqqəti dayandırılanadək azaldıla bilər ki, bu da 1940-cı ilin sonunda baş vermişdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mutasiyaya uğramış koronavirus Avropa bazarlarını çökdürdü

posted in: Xəbər | 0

peşə xəstəliyiMutasiyaya uğramış koronavirus Avropa bazarlarını çökdürdü.

Böyük Britaniyada aşkar olunmuş koronavirusun yeni ştammı Avropa bazarlarını çökdürüb. Bunu investing.com portalının məlumatları da təsdiq edir.

Funt-sterlinq artıq məlumata görə öz dəyərini 2,2 faiz itirərək, bir funta görə 1,32 dollara düşüb. Britaniya fond birjasının aparıcı indeksi olan FTSE 100 həmin vaxta kimi 3 faiz dəyər itirib.

Dünyada koronavirusun yeni, daha yoluxucu ştammlarının yayılması və iqtisadiyyata təsirləri ilə bağlı investorlar arasında yaranan çaxnaşma, digər Avropa bazarlarında da enişə gətirib çıxarıb. DAX alman indeksi və CAC 40 fransız indeksi müvafiq olaraq 3,6 faiz, İBEX 35 ispan indeksi 4,2 faiz, FTSE MIB italyan indeksi isə 3,5 faiz azalma yaşayıb. Euro Stoxx Avropa indeksi də 3,7 faiz enişlə üzləşib.

Bazar ertəsi Brent markalı neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb, WTI markalı neft isə daha yoluxucu virus xəbərləri fonunda 46,48 dollara kimi enişə məruz qalıb. Neftin qiymətinin aşağı düşməsi, rus rublundan da təsirsiz ötüşməyib. Belə ki, 1 avro 91,6 rubla, dollar isə 75,4 rubla kimi yüksəlib.

Böyük Britaniya mutasiya edən koronavirusun aşkarlandığını ötən həftə bildirmişdi. Britaniya hökuməti xəbərdarlıq edib ki, virusun yeni ştammı digər məlum variantlarından daha tez yayılır. Artıq 20-dən çox ölkə krallıqla nəqliyyat əlaqəsini dayandırıb və ya məhdudlaşdırıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun