Azərbaycanda icbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırılır

posted in: Xəbər | 0

Azərbaycanda icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti daha 1 il artırılır.

Bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir

posted in: Xəbər | 0

Kapital Bank xalqımızın Vətən Müharibəsində Qələbə qazanması münasibətilə yeni “Zəfər Kampaniyası”nı təqdim edir. Bu yenilikdən hələ də Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər.

Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əmək haqqı layihələrinə qoşulan müştərilərə, əmək haqqı kartları üzrə mədaxil komissiyasına 25% endirim təqdim edilir, əmək haqqı kartları isə pulsuz verilir. “Zəfər Kampaniyası” 1 mart 2021-ci il tarixinədək davam edəcək. Lakin əmək haqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim, kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.

Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri vardır: əmək haqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əmək haqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (37-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (37-ci hissə)

36-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Bixoveristik yanaşma. K.T. Devine mühasibat uçotu prosesinin müxtəlif xidməti vəziyyətlərində mühasiblərin davranış prosesi olduğuna diqqət çəkirdi. Buna görə mühasibat uçotunun məqsədi öncə mühasiblərin və onların vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olanların hamısına təsir etmək yollarını inkişaf etdirməkdir. Mühasibat uçotu metodları insanların davranışının məqsədlərindən asılı olaraq seçilməlidir. Bixoverist yanaşmanın nümayəndələri mühasibat konsepsiyalarının qurulması üçün mürəkkəb riyazi aparatı cəlb edirdilər.

Psixoloji yanaşma. XX əsrin əvvəllərindən etibarən Amerika mühasibat uçotu məktəbi üçün təsərrüfat proseslərində məşğul olan şəxslərin maraqlarının vurğulanması səciyyəvi idi. Bu yanaşmanın dərinləşməsi insan psixikasının və insanların istehsalatda davranışlarının nəzərdən keçirilməsinə gətirib çıxardı. Hesabat göstəriciləri, normativlər, mühasibat terminləri bu və ya digər şəxsin maraqlarından asılı olaraq müəyyən reaksiyaya səbəb olan stimullardan başqa bir şey deyildi.

Bu nöqteyi-nəzərdən sözügedən yanaşmanın tərəfdarlarının mühasibatlığı anlamaları – deməli, mühasibi anlamaq və nəzarət altına qoymaqdan ibarət idi. İnsanları idarə etmək – bu cəzalandırmaq və təşviq etməyi, yəni, neqativ və pozitiv stimullardan istifadə etməyi bacarmaq demək idi. Buradan belə çıxır ki, mühasibat uçotunun təşkili müəssisənin mühasibi tərəfindən müəssisənin vizionunun modelinin müəyyən edilməsi və orada öz yerini müəyyənləşdirməklə başlamalıdır. Özü də bu model firmanın maraqlarından uzaqlaşdırılıb və hətta onlara ziddir. Uçot, qərar qəbulu prosesinin ayrılmaz hissəsi, icraya görə məsuliyyət bölgüsü kimi çıxış edən bir məlumat sistemidir.

İnformativ-hadisəvi yanaşma. D.Q. Sorter hesab edirdi ki, ənənəvi mühasibatlıq obyektin dəyər kimi və ya uçota alınan obyektlərin dəyər qiymətləndirilməsi kimi təfsirindən irəli gəlir. Uçotun əsasını informasiya hadisəsi təşkil etməlidir ki, bunun altında təsərrüfat həyatı faktı haqqında informasiya vahidi başa düşülür. Belə vahidlərin ayrılması, axtarışı mühasibat uçotunun mahiyyətini təşkil edir. Son nəticədə hesabatın yenidən qurulduğu, təsərrüfat həyatı faktının çıxış etdiyi, lakin uçot predmeti, mühasib üçün hadisə, müəyyən məlumatı daşıyan ilkin sənəddir. Məlumatların başlıca üstünlüyü – onların faydalılığındadır. Mühasib, informasiya hadisələrində gizli olan bu faydalılığı ölçmək və qeyd etmək məcburiyyətindədir.

Beləliklə, sözügedən beş yanaşmanın hər biri Amerika mühasiblərinin rasional baxışlarını ifadə edirdi. Məqsəd və vəzifələrin birliyini dərk edərək, mühasiblər mühasibat uçotu nəzəriyyəsini formalaşdırmağa başladılar. Onların fikrincə, mühasibat uçotunu yalnız indi elm saymaq mümkün olmuşdur.

Hazırkı dövrdə iki konsepsiya daha çox məşhurdur.

Birincisi, E.S. Hendriksen tərəfindən təqdim olunmuşdur, həmin konsepsiya mühasibat nəzəriyyəsini müxtəlif təsərrüfat vəziyyətlərini qiymətləndirməyə imkan verən etalonların ümumi sistemini təşkil edən geniş yayılmış prinsiplər toplusu kimi müəyyən edən və yeni praktiki metodikalar və prosedurlar yaradır.

İkinci konsepsiyanın ifadəçisi D.L. Makdonald isə hesab edirdi ki, istənilən nəzəriyyə üç elementə malik olmalıdır:

1) koordinasiya yolu ilə real dünya fenomenlərinin simvolik görünüşü;

2) hazırlanmış qaydalara uyğun olaraq simvol məlumatlarının işlənməsi və koordinasiyası;

3) real dünya fenomenində simvolik strukturların tərsinə tərcüməsi.

Bu komponentlərin hər biri uçotda iştirak edir. Bu iki konsepsiyanın hər hansı biri mövcud nəzəriyyələrdən irəli gələn, lazımi və normativ nəzəriyyələri nəzərdə tutan təsviri nəzəriyyələrin qurulmasına səbəb ola bilər.


38-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bina tikintisi ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Xəbər | 0

Uçot əməliyyatları üzrə mühasib, vakansiya, Mühasibat uçotu, Qeyri-rezident, Qeyri-rezidentə ödəmə, ƏDV, ÖMV, müavinət, mühasib, vakansiya,Vergi Məcəlləsinə bina tikintisi ilə bağlı edilmiş əlavələr və dəyişikliklər vergi ödəyicilərində müəyyən sualar yaradır. Məcəllənin 108-ci maddəsinə edilmiş əlavələri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” adlanan maddəsində göstərilir: “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir”.

Bu müddəanın tələbləri ilə bağlı ortaya çıxan sualları misal üzərində nəzərdən keçirək.

Misal1: Tutaq ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicisi – “AA” MMC-nin tikdiyi binanın ümumi sahəsi 10.000 kvadratmetrdir və 1 kvadratmetrin satış qiyməti 700 manatdır. Bir kvadratmetrinin maya dəyəri 300 manat təşkil edən bina layihələndirilən və müvafiq icazələr alınan zaman 300 kvadratmetr sahənin dövlətə ayrılması nəzərdə tutulub.

Sual: Satışın ümumi məbləği nə qədərdir? Satışın maya dəyəri hansı məbləğdir? Dövlət nəfinə verilən sahənin aqibəti necə olacaqdır?

İlk baxışda “AA” MMC-nin satdığı binanın qiymətinin məbləği 10.000 x 700 = 7.000.000 manat kimi görünür. Başqa sözlə desək, dövlətə verilmiş sahə bazar qiymətinə əsasən dövriyyə təsəvvürü yaradır. Bu məsələni dəqiqləşdirmək üçün Məcəllənin 13.2.12-ci maddəsinə nəzər yetirək.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Buradan aydın olur ki, dövlətə ayrılan hissə gəlir hesab edilmir. Odur ki, misalımızda olan 300 kvadratmetr sahənin qiyməti gəlir sayılmır. Bu halda “AA” MMC-nin gəliri 9.700 (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır.

Bəs MMC-nin xərcləri nə qədərdir?

Bu sualın cavabı üçün Məcəllənin 108-ci maddəsinə əsaslanmalıyıq. Yəni dövlət nəfinə alınmış 300 kvadratmetr sahə üçün xərcləmiş vəsait xərc maddəsi kimi qəbul edilir. Mənfəət vergisi bəyannaməsi təqdim ediləndə gəlirdən çıxılan xərc kimi 9700 kvadratmetrin maya dəyəri yox, 10.000 kvadratmetrin maya dəyəri silinəcəkdir. Odur ki, xərclər 10.000 x 300 manat = 3.000.000 manat olacaqdır.

Nəzərdən keçirdiyimiz misala əsasən, “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 6.790.000 manat gəlir, 3.000.000 manat da xərc göstərməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun