Qısa müddətdə işləmiş işçilərin işdən azad olunması zamanı əmək məzuniyyətinin kompensasiyası

posted in: Xəbər | 0

amortizasiya əsas vəsaitlər ƏDV vergi edvBəzi hallarda kadrlar üzrə mütəxəssislərə qaranlıq qalan məsələlərdən biri də qısa müddətdə işləmiş işçilərə işdən azad olunan zaman əmək məzuniyyətinin kompensasiya olunmasıdır. Mövzunu konkret misal əsasında sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi 20 oktyabr 2020-ci ildə rəhbər vəzifəyə təyin olunub və tərəflərin qarşılıqlı razılığına əsasən 25 noyabr 2020-ci ildə işdən azad edilib. İşçiyə oktyabr ayında işlədiyi müddət üçün200 manat, noyabr ayı üçün də 420 manat əməkhaqqı hesablanıb.

Sual: İşçiyə son haqq-hesab kimi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır?

Bu sualın cavabı üçün Əmək Məcəlləsinə nəzər yetirməliyik. Məcəllənin 113-cü maddəsində əmək məzuniyyəti və onun verildiyi iş ili ilə bağlı bildirilir ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

113-cü maddə məzuniyyətin verilməsi üçün baza kimi hansı dövrün nəzərə alınmasını açıqlayır. Yəni əmək məzuniyyəti təvqim ilinə görə yox, iş ilinə görə verilir.

Misalımızda 20 oktyabr 2020-ci ildən 20 noyabr 2020-ci ilə kimi olan dövr işçinin iş ilinin birinci ayıdır.Odur ki, işçiyə iş ili üzrə 30 gün əmək məzuniyyəti verilməli olduğu üçün 25 noyabr 2020-ci ildə işdən azad olunduğuna görə bir iş ayı kimi istifadə olunmamış əmək məzuniyyətinə görə ona kompensasiya verilməlidir. Başqa sözlə: 30 gün/12 ay = 2,5 günlük kompensasiya hesablanmalıdır.

Sual: Bəs kompensasiya necə hesablanmalıdır?

Yenə də Əmək Məcəlləsinə baxmalıyıq. 140-cı maddədə məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydaları göstərilir:

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bu maddədən aydın olur ki, əmək məzuniyyətini hesablamaq üçün son 12 tam təqvim ayı nəzərə alınmalıdır.

Odur ki, kompensasıyanı hesablamaq üçün 20 oktyabr 2020-ci ildən 25 noyabr 2020-ci ilə kimi neçə tam təqvim ayı olduğuna baxmalıyıq. Göründüyü kimi, misalımızda nə oktyabr, nə də noyabr ayı tam təqvim ayı olmamışdır. Tam təqvim ayları dedikdə tam oktyabr, tam noyabr, tam dekabr və s. tam aylar nəzərdə tutulur.

2,5 gün məzuniyyətə görə kompensasiyanın hesablanması üçün baza məbləğlər müəyyənləşmir.Oktyabrın və noyabrın yarımçıq dövrü üçün 200 manat və 420 manat əməkhaqqı hesablandığına baxmayaraq, kompensasiya üçün tam təvqim ayı üzrə əməkhaqqı yoxdur. Ona görə də işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmayacaqdır.

Növbəti sual meydana çıxır ki, bəs 20 oktyabr 2020 ci ildən 20 noyabr 2020-ci ilə qədər olan dövr üçün hesablanmış əməkhaqqını bir ayın əməkhaqqı kimi nəzərə almaq olmazmı?

Qeyd etdiyimiz kimi, məzuniyyətin hesablanması üçün iş ilinin ayları yox, tam təvqim ayı götürülür.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası Beynəlxalq Maliyyə Hesabatları Standartları təlimlərinə başlayır

posted in: Xəbər | 0

auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası Beynəlxalq Maliyyə Hesabatları Standartları – BHMS (International Financial Reporting Standards) təlimlərinə start verdi. Təlimlər 2021-ci il mart ayından başlayacaqdır.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Təlim mühasibat uçotu sahəsində müəyyən qədər biliyə sahib olan mütəxəssislər, mühasiblər və bu sahəyə yeni başlamaq niyyətində olanlar şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması ( Ərizə Anket forması (287 downloads ) );

– Şəxsiyyət vəsiqəsinin surəti.

Müddət: 3 ay

Həftədə: 2 dəfə

Həftəlik: 4 saat

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (, ).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank biznesə başlamaq istəyənlərə növbəti dəfə dəstək göstərib

posted in: Xəbər | 0

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Bu ilin əvvəlində Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Layihə çərçivəsində bu dəfə Bakının Nərimanov, Suraxanı, Yasamal, Qaradağ, Xəzər, Nizami, Binəqədi, Xətai və Nəsimi rayonları, həmçinin Abşeron, Şamaxı, Qobustan, Füzuli, Mingəçevir, Astara və Salyandan, ümumilikdə 39 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, cari ilin aprel ayından başlayaraq Kapital Bank biznesə başlamaq üçün ümumilikdə 83 nəfərə dəstək göstərib. Bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha bir bank ƏDV-nin qaytarılması sisteminə qoşuldu

posted in: Xəbər | 0

Daha bir bank ƏDV-nin qaytarılması sisteminə qoşuldu

ƏDV-nin qaytarılması,“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) www.edvgerial.az portalına qoşulub.

Bununla da portalda olan müvəkkil bankların sayı 2-yə çatıb.

Beləliklə yeni yaradılmış edvgerial.ibar.az linki vasitəsi ilə bank müştəriləri toplanan vəsaitləri idarə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ilin martından qüvvəyə minən sərəncamla fəaliyyətə başlayan portalın sifarişçisi Dövlət Vergi Xidmətidir. Bu günə qədər portalın yeganə müvəkkil bankı “Kapital Bank” ASC idi.

Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasına görə, qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 %, nağd ödənişlər üzrə isə 10 % təşkil edir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun