Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!

posted in: Xəbər | 0

Kapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərçivəsində Kapital Bank-dan hər 1000 manat kredit məbləği üçün, ayda cəmi 33 manat ödəniş edə bilər.

Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Onlayn rəsmiləşdirilən kreditlər üzrə nağdlaşdırma komissiyası 0% təşkil edir. Həmçinin nağd pul krediti üçün filiallara müraciət etmək və ya “1” yazıb, 8196 qısa nömrəsinə SMS göndərmək olar. Aksiya 31 dekabr 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – https://www.kapitalbank.az/loans/cash?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV depozit hesabı üzrə məlumat mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində göstərilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğSual: Bilmək istərdim ki, Mənfəət Bəyannaməsinin 1 saylı Əlavəsində debitor borclar və kreditor borclar sətirlərindəki məlumatlar ƏDV daxil olan məbləğlərlə göstərilməlidir, yoxsa ƏDV-siz məbləğlər olmalıdır?

ƏDV sub-uçot hesabına məbləğlərin mədaxili və məxarici eləcə də sub-uçot hesabının qalığı 1 saylı Əlavədə hansı sətirdə göstərilməlidir?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən Əlavə Dəyər Vergisi ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV-siz dəyərlə qeyd edilir. Eyni zamanda, Əlavə Dəyər Vergisi depozit hesabı üzrə mədaxil və məxaricin, eləcə də Əlavə Dəyər Vergisi depozit hesabının qalığının “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-də əks etdirilməsi nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tarixdə ilk dəfə ABŞ-ın neft bazarında liderliyini itirəcəyi təxmin edilir

posted in: Xəbər | 0

rəqəmsal xidmət vergisi, ABŞ-ın dövlət borcu, işsizlik,Növbəti ildə tarixdə ilk dəfə olaraq ABŞ neft bazarında öz yerini Çinə verərək, liderliyi itirə bilər. Çin öz neft emalı müəssisələrinin gücünü artırmaqda davam edir. Bu haqda Beynəlxalq enerji agentliyinə (BEA) istinadən Bloomberg məlumat verib.

Nəşrdə qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatları XIX əsrin ortalarından, neft erasının başlanğıcından neft emalı üzrə lider olmuşdur. Lakin artıq 2021-ci ildə bu mövqeyi Çin ələ keçirəcək, ekspertlər belə proqnozlaşdırıblar. Lider dəyişikliyi, o cümlədən hazırda Çində ən azı dörd neft emalı zavodunun tikilməsi, ABŞ-da isə bu cür müəssisələrin bağlanması ilə bağlı ola bilər.

Agentliyin məlumatına görə, Çin neft emalı müəssisələrinin ümumi gücü sutkada 1,2 milyon barrel təşkil edə bilər ki, bu da bütün Böyük Britaniyanın neft emalı ilə müqayisə oluna bilər. Bununla yanaşı, qeyd edilir ki, koronavirus pandemiyası COVİD-19 böhranı səbəbindən dünyada yanacağa tələbat azalıb. Buna görə də neft hasilatının və emalının həcmi də azalmalı olub. Azalma sutkada rekord 1,7 milyon barrel təşkil edib və yarıdan çoxu Amerika müəssisələrinin payına düşüb.

Bundan əvvəl Çinin gömrük idarəsi ölkənin 2020-ci ilin yanvar – oktyabr ayları arasında neft idxalını 10,6 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə qaz idxalını 4,7 faiz artırması ilə bağlı statistikanı dərc edib. Çin enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda neft və qaz almağa başlayıb. Bununla əlaqədar o, yalnız 150,17 milyard dollar xərcləyib ki, bu da bir il bundan əvvəl olduğundan 24,5 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında Çin iqtisadiyyatı 0,7 faiz artmışdır. Beynəlxalq valyuta fondu (BVF) Çinin dünyanın ən iri iqtisadiyyatlarından biri olacağını qeyd edib və 2020-ci ilin nəticələrinə görə də artım göstərəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Onlayn çalışan işçilərdən yeni vergi tutulması təklifi gündəmə gəlib

posted in: Vergi, Xəbər | 0

Deutsche Bank məsafədən çalışan əməkdaşlardan yeni vergi tutulması təklifini irəli sürüb. Bankın analitikləri vergini 5 faiz səviyyəsində təyin etməyi və toplanan vəsaiti evdə qalmaq imkanı olmayan işçiləri dəstəkləmək üçün istifadə etməyi məsləhət görürlər, BBC News belə yazır.

Məsafədən çalışan əməkdaşın ilik orta məvacibinin 55 min dollar təşkil etdiyi ABŞ-da 5 faizlik bu verginin bir iş günü üçün 10 dollar olacağı təxmin edilir. Belə bir məbləğ əməkdaşın evdən işə və geriyə yola məsrəf etdiyi, həmçinin gün ərzində qidalanmaya xərclədiyi məbləğlə müqayisə edilə bilər.

Böyük Britaniyada isə məsafədən çalışan əməkdaş il ərzində 35 min funt sterlinq əmək haqqı alır ki, o, yeni vergiyə görə yeddi funtdan da az məbləğ ödəməli olacaq. Almaniyada isə bu ödəniş bir iş günü üçün 7,5 dollar təşkil edə bilər.

Bankın strateqi Lyuk Templman, verginin onsuz da tətbiq edilməli olduğunu izah edib. Ancaq koronavirus pandemiyasının problemi daha açıq şəkildə üzə çıxardığını söyləyib. Hazırkı vəziyyət evdən işləyənlərin xeyrinə cərəyan edir. Lakin digər əməkdaşların gəlirləri və sağlamlığı üçün təhdid təşkil edir. İqtisadçının sözlərinə görə, məsafədən çalışanlar iqtisadiyyata daha az mənfəət verirlər, amma, daha çox fayda götürürlər.

O, hesab edir ki, yeni vergidən faydanı ilk növbədə yoxsul işçilər almalıdırlar. ABŞ-da bunlar il ərzində 30 min dollardan, Almaniyada isə 12,5 min avrodan  az alan işçilərdir. Onlar üçün xüsusi qrantlar tətbiq etmək lazım gələcək.

Bundan əvvəl Almaniya hökuməti koronavirus pandemiyası başa çatdıqdan sonra məsafədən çalşmaq formatına icazə verən qanun layihəsi hazırlamışdı. Əməkdaşa ofisdən və evdən işləmək arasında seçim təklif etmək istəyirlər. Amma yalnız o halda ki, əgər vəzifələri buna uyğun gəlirsə.

Bununla yanaşı, Rusiyada, əksinə, elektrik enerjisinə çəkilən xərclərin, kompüterin amortizasiyasının və əmək vəzifələrinin icrası ilə əlaqəli digər xərcləri ödəməklə kömək etməyi təklif edirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun