“ASAN imza” ilə yeni sertifikatın onlayn alınması vergi ödəyicilərinin işini asanlaşdırır

posted in: Xəbər | 0

Asan İmza, "ASAN imza" sertifikatları, Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim KartıKeçən həftə Dövlət Vergi Xidmətinin portalında yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsi vergi ödəyicilərinin istifadəsinə verilib.

Dövlət Vergi Xidmətinin portalından mütəmadi olaraq istifadə edən vergi ödəyiciləri üçün sistemə giriş səhifəsindəki yeni “Qüvvədə olan “ASAN imza” ilə yeni sertifikatın alınmasına dair müraciət” bölməsindən istifadə qaydaları ilə bağlı təlimat artıq vergi ödəyicilərinin poçt qutularına göndərilib.

Biznes sertifikatının müddətinin bitməsinə 30 gündən az olmamaq şərti ilə, həmin sertifikatla portalın yeni bölməsinə daxil olaraq yeni sertifikatın alınması üzün anket forması doldurulur və göndərilir. Bundan sonra vergi ödəyicisi sertifikatın müddətinin bitməsini gözləyir və “ASAN imza” təqdim edən provayderinə müraciət edib nömrənin dublikatını alır. Həmin dublikatda artıq yeni sertifikat da mövcud olacaq. Yeni bölmədən oxşar qaydada şəxsi “ASAN imza”ya biznes sertifikatının alınması üçün də istifadə etmək olar.

Maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov yeni bölmənin yaradılmasını vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, böyük razılıq hissi ilə bildirib ki, artıq portala daxil olmaq üçün istifadə olunan “ASAN imza” sertifikatının vaxtını uzatmaq və ya yeni biznes sertifikatı almaq üçün “ASAN xidmət” və vergi ödəyicilərinə xidmət mərkəzlərində növbədə durmağa ehtiyac qalmır. Yeni tipli koronavirus pandemiyası şəraitində insanların təmasda olmasını azaltmaq baxımından bu yeniliyin əhəmiyyəti böyükdür və layiqincə qiymətləndirilməlidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?

posted in: Vergi, Xəbər | 0

POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyat aparılan vaxt hansı tarixdir?


2020-ci ilin yanvarın 31-də mal satılıb, ödəniş POS-terminal vasitəsi ilə nağdsız qaydada həyata keçirilib və satış məbləği kassaya daxil edilib, bank hesabına isə fevral ayında mədaxil olunub.

Sual: Həmin əməliyyat yanvar bəyannaməsində, yoxsa fevral bəyannaməsində əksini tapmalıdır?

Cavab: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyat aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya prezidenti Vladimir Putin varlılar üçün vergi qanununu imzaladı

posted in: Xəbər | 0

minimum maaş, yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,Rusiya prezidenti Vladimir Putin 2021-ci ildən illik gəliri beş milyon rubldan çox olan zəngin vətəndaşlar üçün fiziki şəxslərin gəlir vergisi (fərdi mənfəət vergisi) dərəcəsinin 15 faizə qədər artırılması haqqında qanunu imzalayıb. Sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc olunub.

Qanunda bir neçə istisnalar da nəzərdə tutulur. Məsələn, şəxsi əmlakın satışı zamanı faiz dərəcəsi əvvəlki (13 faiz) kimi qalacaq, həmçinin artım sığorta və pensiya təminatı müqavilələri üzrə sığorta ödənişlərinə şamil edilməyəcək.

Daha əvvəl Maliyyə Nazirliyindən, prezidentin göstərişlərinə uyğun olaraq, 2021-ci ildən etibarən 15 faizə qədər artırılan fərdi gəlir vergisi dərəcəsinin yalnız gəlirləri beş milyon rubldan yuxarı olan rusiyalılar üçün, həm də 5 milyondan yuxarı olan məbləğə tətbiq ediləcəyi deyilirdi.

Digər tərəfdən, Ali iqtisad məktəbinin ekspertlərinin fikrincə, varlılar üçün vergi bundan sonra da artırıla bilər. 20 milyon və 24 milyon rubldan çox gəlirləri olan ruslar üçün fərdi mənfəət vergisini 20-24 faizədək artırılmasından söhbət gedir. Bundan başqa, ekspertlər gəlir vergisinin faiz dərəcəsini 30 faizə qaldırmağı təklif ediblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (V hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Bununla birlikdə, Katonun xərclərin dəyişənlərə və sabitlərə bölünməsi və müasir idarəetmə uçotu praktikasında bilavasitə maya dəyəri kimi tanınan yanaşmanın təbliği barədə göstərişi daha vacib sayılmalıdır. “Yadda saxlamaq lazımdır ki, – Katon qeyd edirdi – təsərrüfatda heç bir iş aparılmadığı halda belə, onun saxlanılmasına xərclər gedir”. Katona görə, bu şəkildə iqtisadiyyatda hər zaman məhsulun həcmindən heç bir şəkildə asılı olmayan xərclər var. Bunlar sahibinin vəzifəsi olan birbaşa zərərlərdir.

Eyni zamanda, Katon qazanc əldə etmək sənətini insanın ən yüksək naliyyəti hesab edirdi.

Lakin mühasibat uçotunun parlaq təbliğatçısı olaraq, Katon mühasibat məlumatlarına tam etibar etməyi məsləhət görməmişdi. Təlimatlarında, o, təsərrüfat sahibinin hər şeyi şəxsən müşahidə etməli olduğunu, bundan ötrü isə onun təsərrüfatda olmaqla, hansı işin necə yerinə yetirildiyini və nəyin yerinə yetirilmədiyini öz gözləri ilə görməli olduğunu vacib hesab edirdi. Yalnız bundan sonra kitabı tələb etmək və orada yerinə yetirilən işlər barədə hesabatla tanış olmağı tövsiyə edirdi.

Məşhur Roma alimi Mark Trensiy Varron isə daha çox rəhbərlik edən şəxsin yazılı hesabatlarına diqqət ayırırdı. O, maddi məsul şəxslərin savadlı olmasını tələb edirdi.

Bu vəzifəyə savadlı bir işçinin təyin olunmasının zəruriliyini göstərərək, o yazırdı ki, “savadsız rəis faydasız bir şeydir, zira o, ağa sürüsünün vəziyyəti ilə bağlı düzgün hesabat tərtib etməyi bacarmayacaq”.

E.ə. II-I əsrlərdə yaşamış yazıçı Lutsiy Yuniy Moderat Kolumella isə tamam fərqli baxışlara söykənirdi. O, hesabdarlıqda savadlı olanlara şübhə ilə yanaşır və savadsız rəhbərin daha etibarlı ola biləcəyini güman edirdi. Rəhbər işçilər və qullar tərəfindən yol verilən müəyyən oğurluqları sadalayan Kolumella yazırdı: “Nəhayət taxılın anbara daşınması zamanı onlar hesab qeydlərində sayı düzgün göstərmir. Beləliklə, həm vəzifəli şəxs, həm də qullar fırıldağa əl atır və sahələr də yararsız hala düşür. Bu işlərə rəhbərlik edən şəxs nə qədər savadlıdırsa, o bir o qədər dələduzluğa və əyintilərə yol verir. Hətta savadsız biri – Kolumella yazırdı – əla yaddaşa malik olsa təsərrüfatı daha yaxşı idarə edə bilər… Belə bir rəhbər öz ağasına mədaxil-məxaric kitabındansa daha çox nağd pullar gətirə bilər. Zira, yazıb-oxumağı bacarmadığından onun saxta hesablar tərtib etməsi və ya bundan ötrü öz qorxusundan digərlərinə müraciət etməsi mümkün deyil”.

İstehsal

Maraqlıdır ki, Qədim Romada inşaatda tikilinin dəyərləndirilməsi zamanı aşınma da nəzərə alınırdı. Belə ki, Vitruviy yazırdı: “Ümumi istifadədə olan divarların dəyərləndirilməsi zamanı arbitraj qiymətləndiriciləri tikintini yekun məbləği ilə deyil, ötən hər bir il üçün onun dəyərinin 1/80 hissəsini çıxmaqla qiymətləndirirdilər və hesab edirdilər ki, həmin divarlar 80 ildən çox mövcud ola bilməz”. Amma, bütün ciddiliyi ilə düzgün, yəni, şaqulin vasitəsilə hörülmüş kərpic divarların dəyərləndirilməsində isə aşınma məsələsinə görə dəyər aşağı salınmırdı. Beləliklə, satış zamanı ən azından bərabər  (düzxətli) aşınma amilindən istifadə olunurdu və maya dəyərinin qiymətləndirilməsi bu halda aydın hesablanırdı.

Sənaye uçotu ilə bağlı bizə çatan həmin dövrə aid məlumatlar təsdiq edir ki, o zamanlar kalkulyasiya olmayıb. Bazara işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun