Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Mənim anamın adına obyekt (qeyri-yaşayış sahəsi) var. Həmin o yerdə mən iş qurmaq istəyirəm. Anamla mən eyni evdə qeydiyyatdayıq, həm də eyni mənzildə yaşayırıq. Sualım budur ki, həmin obyektdə anamla mən icarə müqaviləsi bağlamalıyıq, yoxsa eyni ev təsərrüfatımız olduğundan icarə müqaviləsinə ehtiyac yoxdur?

Zəhmət olmasa, bu mövzunu mənə vergi maddələri ilə izah edərdiniz.

Cavab: Ailə üzvləri arasında verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalıdır. Belə ki, ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxs hesab edilir və belə şəxslər arasında təsərrüfat əqdləri həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya avtomobil nəhəngi bir eksperiment üçün bütöv bir adanı əldə edib

posted in: Xəbər | 0

Volkswagen alman avtomobil istehsalçısı “yaşıl” nəqliyyatla bağlı bir eksperimenti həyata keçirmək üçün bütöv bir yunan adasını öz sərəncamına götürüb. Bu haqda şirkətin saytında məlumat verilib.

Söhbət Egey dənizindəki Astipaleya adasından gedir. Yunanıstan hökuməti ilə birlikdə həyata keçirilən layihə çərçivəsində dünya avtomobil nəhəngi, yaxın iki il ərzində adanı bütünlüklə elektrik nəqliyyatına və bərpa olunan enerji mənbələrinə keçirəcək.

Layihə çərçivəsində daxili yanma mühərriki ilə işləyən 1,5 minə yaxın avtomobil min ədəd elektromobillə əvəz ediləcək. Elektriklə işləyən avtomobillərdən başqa adada elektroskuterlər və elektriklə işləyən velosipedlər də populyarlaşdırılacaq. Ümumilikdə layihə altı il üçün nəzərdə tutulub.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb

posted in: Xəbər | 0

әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və yaxud 2,6% artaraq 1 681,6 min nəfər olub, onlardan 908,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,4%-i təhsil, 18,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,1%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 17,1% artaraq 706,6 manat olub. Amma bu, bu ilin yanvar-avqust aylarının yekunu ilə müqayisədə 0,5% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zoom şirkətinin yaradıcısı milyardlarla dollar itirdi

posted in: Xəbər | 0

Zoom,Nasdaq birjasında Zoom Video Communications şirkətinin səhmlərinin qiyməti 17 faizdən çox aşağı düşüb. Nəticədə şirkətin qurucusu Erik Yuan beş milyard dollar kasıblayıb, bu haqda Bloomberg nəşri məlumat verib.

Kotirovkaların çökməsi vaksin haqqında xəbərlərə görə baş verib. Əvvəllər Amerika şirkəti Pfizer klinik sınaqların üçüncü mərhələsinin uğurla həyata keçirildiyini bildirmişdi. Alimlərin sözlərinə görə, həmin preparat COVİD-19-dan 90 faizlik effektiv müdafiəni təmin etdiyini göstərib. Bunun fonunda FedEx (5,68 faiz) və Netflix (8,59 faiz) kimi şirkətlərin səhmləri də eniş yaşayıb.

Buna baxmayaraq, bir çox şirkətlər çox optimist əhval-ruhiyyəyə kökləniblər. Onlar pandemiyanın nəzarət altına alınmasından sonra da insanların onların xidmətlərindən istifadə etməyə davam edəcəyinə inanırlar. “Vaksinasiya nəticəsində elektron ticarət, video rabitə və ya məsafədən çalışmaya keçid ilə bağlı tendensiyanın dəyişəcəyini düşünmürəm” , – təhlilçi Mandip Sinqx belə deyib.

Lakin, bir sıra texnoloji şirkətlərin səhmləri onların xidmətlərinə tələbatın azalması ilə əlaqədar olaraq ucuzlaşıb. Beləliklə, dünyanın ən zəngin insanı olan Ceff Bezosun sərvəti gün ərzində 9 milyard dollar azalıb. Çünki onun Amazon şirkətinin qiymətli kağızları 5 faiz aşağı düşüb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun