Azərbaycanda auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilə bilər

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorBu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda Şura üzvləri və Şura yanında komitə sədrləri iştirak edib. İştirakçılar aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər:

1. “2021-2030-cu illərdə auditor xidmətinin inkişaf konsepsiyası”nın hazırlanması;

2. Palatanın və onun Şurasının iş planlarının, Palatanın iş planına əsasən tərtib edilmiş Plan-proqramların, Palata rəhbərliyinin əmrlərinin, sərəncamlarının və tapşırıqlarının icra olunması;

3. “Kölgə iqtisadiyyatının ölçülməsi üzrə metodik Əsasnamə”;

4. Əmlakın qiymətləndirilməsinin auditinə dair proqramın layihəsi;

5. Auditor xidmətlərinin minimum hədlərinə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən riayət edilməsi vəziyyətinin araşdırılması;

6. “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsinin müzakirə edilməsi;

7. Avrasiya Mühasiblər və Auditorlar Assosiasiyasının təsis edilməsi və onun nizamnaməsinin layihəsinin müzakirə olunması;

8. Auditor xidmətlərinin minimum hədlərinə güzəşt edilməsi. (Faylı yükləyin: Auditor xidmətlərinin minimum hədləri)

Xaricdə auditin xüsusiyyətləri (IV hissə)

posted in: Audit, Xəbər | 0

Xaricdə auditin xüsusiyyətləri (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

auditdən azad, cərimə ödəmək, Xaricdə auditin xüsusiyyətləri,Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu, çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşayiət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır. Auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil. Auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

“İdarəetmə auditi” anlayışı bir çox şərhlərə malikdir, ingilis alimi Ç.T. Honqren idarəetmə auditini “rəhbərliyin müəyyən etdiyi siyasət və prosedurların yerinə yetirilib-yetirilməməsini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş icmal” kimi müəyyən edir.

Görkəmli amerikalı auditorlar C. C. Robertson və T. C. Louvers onu “resursların daha qənaətcil və səmərəli istifadəsinə dair tövsiyələrin hazırlanması məqsədi ilə biznes əməliyyatlarının öyrənilməsi, biznesin məqsədlərinə nail olmaq üçün səmərəliliyin və şirkətin siyasətinə uyğunluğunun öyrənilməsi” kimi şərh edir.

Bundan başqa, idarəetmə auditi şirkətin rəhbərliyi tərəfindən müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi üçün ən təsirli alətlərdən biridir.

Ayrı-ayrı ölkələrin auditinin müasir xüsusiyyətlərinə nəzər salaraq qeyd etmək olar ki, ABŞ-da auditorlar üç ixtisas üzrə sertifikatlaşırlar:

  • andlı mühasib;
  • andlı daxili auditor;
  • informasiya sistemlərinin andlı auditoru.

Audit təcrübəsini həyata keçirməkdən ötrü lisenziya almaq üçün kifayət qədər çətin bir imtahan verməlisiniz.

ABŞ-da müstəqil auditin keyfiyyətinə nəzarətə böyük diqqət yetirilir. O, bir neçə səviyyədə aparılır: dövlət-ictimai, korporativ və ictimai.

Auditin əsasını qoyan ölkələrdən biri də Birləşmiş Krallıqdır. Əsrlər boyu təcrübəyə əsaslanan İngiltərədəki müasir audit aşağıdakı xüsusiyyətlərə malikdir.

Auditin əsas məqsədi şirkətlərin direktorlarının maliyyə hesabatlarını düzgün və qərəzsiz hazırlamaları barədə rəy verməkdir. Auditorlar, adətən, həqiqətən mövcud olduqlarını yoxlamaq üçün debitorların seçmə yazılı sorğusunu həyata keçirirlər. Böyük Britaniyada banklar üçün audit məcburidir. Auditorların ixtisaslaşması mühasibat orqanlarının Məşvərət komitəsinin dörd İnstitutundan birində üzvlüklə təsdiq edilməlidir. Auditor olmaq üçün imtahan da vermək lazımdır.

Kanadada dövlət maliyyə nəzarətinin əsas orqanı Baş auditor idarəsidir. İdarənin başında 10 il müddətinə seçilmiş və parlamentin vəzifəli şəxsi olan Baş auditor durur. Öz növbəsində, Baş auditor idarəsinin personalı (təxminən 600 nəfər) Baş auditora qanunla ona həvalə edilmiş səlahiyyətləri həyata keçirərkən yardım göstərir. İdarə 3 növ audit aparır: maliyyə, spesifik və idarəetmə (hər il dövlət idarəçiliyi subyektlərində təxminən 30 yoxlama). Həyata keçirilən hər hansı bir yoxlama 18 aya qədər davam edir.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (26-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (26-cı hissə)

25-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,XVI-XVIII əsrlərdə Almaniyada uçotun inkişafı

Şvayker mühasibat uçotunun aparılmasına böyük əhəmiyyət verirdi, konkret üsul və müddətləri göstərirdi. Şvayker tərəfindən tərtib olunan mühasibat kitablarının yoxlanılması qaydaları onu mühasibat auditinin banilərindən biri kimi tanımağa imkan verdi.

Alman hesabdarlıq forması ilk dəfə 1774-cü ildə F. Gelvi tərəfindən yazılıb, forma jurnalın Memoriala və kassa kitabına bölünməsi nəticəsində ortaya çıxmışdı. Birinci registrdə xronoloji qaydada kassalara aid olmayan təsərrüfat həyatının bütün faktları qeydə alınırdı.

Uzun illər Almaniyada mərkəzində kassa uçotu olan kameral mühasibatlıq üstünlük təşkil edirdi, o səbəbdən ikili italyan mühasibatlığının geniş yayılması, yaxşı tanınan kassa kitabının Memoriala əlavə olunmasına gətirib çıxardı və nəticədə xronoloji qeydlər iki registrdə aparılmağa başlanıldı. Hesablar üzrə yekunların yazıldığı Əsas kitabda qeydlər isə ayda bir dəfə aparılırdı. Kassa kitabı və Memorial əsasında bütün hesabların debet və krediti üzrə iki rekapitulyasiya təşkil edirdi. Bundan sonra, yığma bir jurnal doldurulurdu, həmin jurnalda konkret bir sxemə görə ya debet əlamətlərinə görə, ya da fərdi hesabların kredit atributuna (Cənubi alman versiyası) və ya yığma maddələr formulu üzrə yazırdılar: müxtəlif hesablar (şimali alman variantı). Sintetik hesablar üzrə dövriyyələrin yekunu Əsas kitaba yazılırdı.

Beləliklə, Alman mühasibat uçotu formasında uçotun özünəməxsus xüsusiyyətləri formalaşdı. Qeydlərin dizaynına, eyni zamanda qeydlərin qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi, lakin o dövrün əksər Avropa ölkələrinin mühasibləri üçün öz qeydlərini bacardıqları kimi yazmaq xarakterik idi.

XIX əsrdə Almaniyada uçot nəzəriyyəsinin inkişafı

Almandilli ölkələrdə uçot nəzəriyyəsini F. Skubits, F. Lyatner, E. Şmalenbax, İ. Kraybiq, İ.F. Şer və başqaları inkişaf etdirirdilər.

F. Skubits ikili qeydiyyatı dəyərlər mübadiləsi nəzəriyyəsindən izah edirdi. O, iddia edirdi ki, hər bir əməliyyat süni şəkildə uydurulmuş sistem əsasında deyil, mübadilə aktının təbii xarakteri nəticəsində ikili qeydiyyat tələb edir. Skubits hesab edirdi ki, təsərrüfat fəaliyyətinin nəticələri təkcə bütövlükdə müəssisə üzrə deyil, həm də onun bütün hissələri üzrə: sexlər, dükanlar, şöbələr və sair üzrə çıxarılmalıdır.

F. Liaytner hesabdarlığı ticarət əməliyyatlarının xronoloji təsviri, onların səbəbli əlaqələrində təsərrüfat hadisələrinin sistematik qruplaşdırılması, pul dəyərləri ilə eynicins dövriyyələrin xülasəsi kimi müəyyənləşdirirdi. O, iddia edirdi ki, hər bir təsərrüfatın hesabdarlığının son məqsədi kapitalın və borcların kəmiyyət və tərkib hissələrinin müəyyən edilməsi, habelə təsərrüfat fəaliyyətinin nəticəsinin çıxarılması yolu ilə onun iqtisadi vəziyyətini təsvir etməkdən ibarətdir. Liaytner, mühasibat uçotu iş statistikasının bir hissəsi kimi anlaşılan, ümumi nəzarət və həmin nəzarəti təmin edən bir yenilikçi idi. Liaytner ikili qeydiyyatı əmlakı qeyri-dəqiq dəyərləndirdiyinə görə tənqid edirdi. Onun müəssisənin maliyyə fəaliyyətini təhrif etdiyini iddia edirdi; ikili qeydiyyat əsasında uçot məlumatlarının yoxlanılmasının kifayət etmədiyinə və istənilən zaman anında maliyyə nəticələrinin əks etdirilməsinin mümkün olmadığını söyləyirdi.

Alman məktəbində uçotun iki müstəqil dövrə dəqiq ayrılması mövcud idi: ticarət və istehsal mühasibatlığı. Ticarət mühasibatlığı müəssisənin xarici əlaqələrinin uçotunu aparır, onun əmlakının tərkibini və təsərrüfat fəaliyyətinin nəticələrini müəyyənləşdirirdi. İstehsalat mühasibatlığı bütün əməliyyatları əhatə edirdi və istehsal prosesini dəqiq şəkildə əks etdirirdi. Beləliklə, ticarət mühasibatlığı borc və öhdəliklərə, istehsalat mühasibatlığı isə təsərrüfatdaxili proseslərə nəzarət edirdi. İstehsalat mühasibatlığı dörd şöbəyə bölünürdü:  əmək haqqı uçotu, materialların uçotu, maya dəyərinin uçotu, nəticələrin uçotu. Ticarət mühasibatlığı aparıcı, istesalat mühasibatlığı isə tabeçilik göstərən hesab edilirdi.


27-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yenidən qiymətləndirmə zamanı yaranan fərq əmlak vergisi bəyannaməsində necə əks etdirilməlidir?

posted in: Xəbər | 0

Sual: Firma əsas vəsaitləri yenidən qiymətləndirmiş, 100.000 AZN olan qalıq dəyəri 120.000 AZN olmuşdur. Vergi Məcəlləsinə əsasən yenidən qiymətləndirmədən yaranan müsbət fərq məbləği olan 20.000 AZN əmlak vergisindən azaddır. Əmlak vergisi bəyannaməsinin azadolmalar üçün əlavələrində yenidən qiymətləndirmədən yaranan müsbət fərqin əks etdirilməsi yoxdur. Yenidən qiymətləndirmədən sonrakı dəyəri bəyannamənin vergi hesablama hissəsində – “azad olma”da göstərilsə də əlavələrdə uyğun maddənin əks etdirilməsi olmadığı üçün vergi orqanı kameral qaydada hesablama edir. Bu problemin olmaması üçün nə etməliyik?

Cavab: Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Beləliklə, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan müsbət fərq əmlak vergisindən azadolma şəklində müəyyənləşdirilmədiyindən əmlak vergisi bəyannaməsinin Əlavəsində – “Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat” hissəsində əks etdirilməsinə zərurət yoxdur.

Mənbə: taxes.gov.az


Bax: Səfərbərlik zamanı əmək münasibətləri necə tənzimlənir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun