Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?

posted in: Xəbər | 0

Əvvəlki illərin Məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?


Sual: İşçinin məzuniyyətə getmə vaxtı 01.02.2019-cu ildə başlayır. İşçi məzuniyyət istəmir, məzuniyyətin əvəzində kompensasiya istəyir. Yanvar ayında əmək haqqı 220.00 manat, kompensasiya isə 217.10 manat hesablanır. Yanvar ayında həmin işçiyə cəmisi hesablanmış əmək haqqı və kompensasiya 437.10 manat təşkil edir.

Bu məbləğ Məcburi Dövlət Sosial Sığorta necə hesablanmalıdır?

Hər məbləğdən ayrı  – ayrılıqda 200 manat çıxıb yerdə qalanı 10 % və 15 % cəlb etmək. Yoxsa cəmisi 437.10 manatdan 200.00 manat çıxıb yerdə qalanı 10% və 15% cəlb etmək.

Cavab: Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

posted in: Xəbər | 0

Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (21-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (21-ci hissə)

20-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Fransız mühasibat modeli XIX əsrdə 

Fransız alimləri hesab edirdilər ki, mühasibat uçotu siyasi iqtisadiyyatın bir hissəsidir. Hesabdarlığın maddi təbiətinin özü ondan ibarət idi ki, maddi dəyərlərin hər bir növü müəyyən hesaba uyğun idi, buradan da dəyərlərin tipinə görə hesabların təsnifatı formalaşırdı. Bütün hesablar real və rasional dəyərlərin uçotu üzrə bölünürdü. Real hesablar şəxsi və maddi dəyərlərin hesablarına, maddi dəyərlərin hesabları isə əsas və dövriyyə vəsaitlərinin hesablarına bölünürdü. Dövriyyə vəsaitlərinin hesablarına kapital hesabları və bütün səmərəli hesablar daxil edilmişdi.

Mühasibat uçotu üzrə iqtisadi aspektlərin üstünlüyü fransız məktəbinin ən böyük alimlərinin əsərləri üçün xarakterikdir: J.Q. Kursel-Senel, L. Sey, A. Gilbo və E.P. Leote.

Kursel-Senel uçot nəzəriyyəsini təsərrüfat proseslərini əks etdirən tətbiqi iqtisadiyyat və onların idarə edilməsi üsulu kimi yaratmışdı. Onun ikili qeydiyyatı obyektiv şəkildə qanuniləşdirilmiş mena (mübadilə) kimi şərh edilməsi mühasibat nəzəriyyəsinə böyük təsir göstərmişdi. Kursel-Senel mühasibatın idarəetmə məqsədlərini vurğulamış, mühasibləri səhvlərin ehtimalının azaldılması üçün məlumatların artıq kəsrindən xəbərdar etmişdi.

L. Sey uçotda nəzarəti başlıca şey hesab edirdi, nəzarətdə isə ən mühüm olan – dəyərdir, qiymətlərin bazar dəyişməsi zamanı maya dəyəri təsərrüfat həyatının parametrinə çevrilir. Sey, həqiqi mənfəətin yalnız ilkin balansdan ləğvetmə balansına qədər olan dövr üçün müəyyən edilə biləcəyini vurğulamışdı.

E.P. Leote və A. Gilbo fransız mühasibatlıq məktəbində, sonra isə ümumdünya mühasibatlıq ədəbiyyatında sırf iqtisadi istiqaməti yaratmışdılar. Mühasibat uçotu hesabların qurulmasının və iqtisadi kəmiyyətlərin hesablanmasının riyazi intizamı kimi nəzərdən keçirildi. Mühasibat ideyalarını dar praktiki vəzifələrdən ayırmaq üçün mühasibat elmini təcrübədən ciddi şəkildə fərqləndirirdilər.

Leote və Gilbo uçotun üç funksiyası doktrinasını irəli sürdülər:

1) obyektlərin təsnifatı, xüsusi məntiqin inkişafı ilə əlaqəli mühasibat uçotu;

2) sosial, sinfi maraqların müqayisəsi;

3) iqtisadi, uçot məlumatları vasitəsilə təsərrüfat proseslərinin idarə edilməsinə imkan verən proseslər.

Nəzəriyyəçilərin fikrincə, ikili qeydiyyat mübadilə şərtlərindən irəli gəlirdi. Bütün mübadilə aktları xarici və daxili aktlara bölünürdü. Uçotda hər bir əməliyyat öz hesablarının diaqrafik formulu ilə ifadə edilirdi. Xarici mübadilə aktları kənar müəssisələr və şəxslərlə əlaqəli idi, daxili mübadilə aktları isə müəssisənin öz daxilində gedirdi. Müəlliflər iqtisadi əməliyyatın elementar modelini qurdular və mühasibat nəzəriyyəsinin mülkiyyətinə çevrilmiş hesabların kompleks təsnifatını, sifariş hesablarının və metodların tətbiqini inkişaf etdirdilər. Leoto və Gilbo üçün uçot – bu hesabların aparılması idi, onların köməyilə iqtisadi həyat faktlarının qeydiyyatı, sistemləşdirilməsi və əlaqələndirilməsi mümkün olurdu. Balans ikili qeydiyyatın nəticəsi idi və hesablarla müəyyən edilirdi, aktiv və passiv kütlələri bərabərləşdirirdi.

Aktiv olanlar əsas vəsaitləri, dövriyyə vəsaitlərini, xərclənən vəsaitləri, debitorlarda vəsaitləri və zərərləri ehtiva edirdi; passivlər isə – şəxsi vəsaitləri, kreditorların vəsaitlərini və gəlirləri ehtiva edirdi. Tənzimləyici hesablar balansa daxil edilirdi və bununla da iki balans yaradılmışdı: “brutto” – tənzimləyici maddələr ilə və “netto” – onlarsız. Balans dəyəri maya dəyəri ilə qiymətləndirilən hesablar sistemi ilə müəyyən edilirdi və balans daimi ehtiyatların ifadəsi kimi çıxış edirdi.


22-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (I hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

1-ci hissə

Qədim Roma sakinləri ilk növbədə çox praqmatiq olublar və boş yerə heç nə etməyiblər.

Mühasibat uçotunun aparılmasının zəruriliyi onlar tərəfindən vergi tutulması sisteminin yaranması ilə başa düşülmüşdü ki, onun da məbləği uçot məlumatlarına əsasən hesablanan bazanın həcmindən asılı idi.

İş ondadır ki, başlanğıcda, Romanın inkişafının erkən (çarlıq) dövründə daimi vergitutma sistemi mövcud deyildi, eləcə də müntəzəm dövlət xərcləri yox idi. Hərbi xidmətə görə və ya yerinə yetirilən hansısa işlərə görə dövlət öz rəiyyətinə ödəniş etmirdi. Vətəndaşlardan vergi dövlət tərəfindən yalnız son dərəcə zəruri hallarda tutulurdu. Əslində, bu məcburi bir kredit alma idi, çünki xoşbəxt vaxtlar gəldikdə, alınan məbləğlər ödəyicilərə qaytarılırdı. Bundan başqa, liman rüsumları, ictimai çəmənlikdə mal-qaranın otlamasına görə rüsum və sahələrdən istifadə edənlərdən məhsulun bir hissəsi toplanılırdı. Bütün bu rüsumlar ictimai xəzinəyə toplanılırdı ki, oranın da açarı çarın əlində idi. Ancaq, dövlət maliyyəsini idarə etməsinə baxmayaraq, dövlət əmlakı çarın şəxsi mülkləri ilə qarışdırılmırdı.

İctimai mülkiyyətin mühasibat uçotunun tarixi öz başlanğıcını Romanın əsasının qoyulmasından götürüb. Onun ilkin simvolu kimi “müqəddəs çuxur” (mundus) adlandırılırdı və ilk sakinlərin hər biri ev təsərrüfatının aparılması üçün lazım olan bütün ehtiyatları ora qoyurdu. Bu isə qarşılıqlı yardım icma fondunu təşkil edirdi. Beləliklə, Romanın mövcud olduğu ilk günlərdən indiyədək mövcud olan vergi sistemi ideyası meydana çıxır – şəxsi əmlakın bir hissəsinin ictimai tələbatın ödənilməsi sistemi. Xatırladaq ki, bundan əvvəlki dövrdə vergi yığımı yalnız bir məqsəd güdürdü – çarın xoşbəxt həyatını təmin etmək.

Vergilərin yığılmasının təsərrüfat uçotu ilə heç bir bağlantısı olmayana qədər, uçot yalnız “idarəetmə” kimi mövcud idi və həmin səbəblərə görə romalılar tərəfindən çox pis aparılırdı. Təsadüfi deyil ki, qədim Roma icmasının mühasibat uçotuna dair heç bir əlyazma abidəsi bizə gəlib çatmayıb. Və Siseronun özü də qeyd etmişdi ki, Roma icması qeydlərə və sənədlərə çox az diqqət yetirirdi.

Serviy Tullinin islahatları

Roma vətəndaşlarının mühasibat uçotuna münasibətinin dəyişməsinə səbəb altıncı Roma çarı Servinin (e.ə. VI əsr) islahatı olub. Romanın yeni sosial quruluşu yalnız vətəndaşlar arasındakı əmlak fərqlərinə əsaslanırdı. Beləliklə, Roma cəmiyyətinin strukturlaşdırılması yalnız iqtisadi əsaslar üzərində qurulmuşdur: əgər sən böyük bir sərvət cəmləyə bilmisənsə, əgər sənin böyük torpaq sahələrin varsa, əgər sənin çoxlu qulların varsa, başqa sözlə desək, əgər sən varlı olmaq yollarının incəliklərini mənimsəmisənsə – onda ictimai pilləkənin ən yüksək pillələrindən birində dayanmağa layiqsən.

Bu islahata görə, Roma əhalisinin hamısı beş sinif və ya kateqoriyaya bölünürdü.

Birinci sinfə mülkiyyət qabiliyyəti 100 min mis ass və ya (torpaq senzinə çevirdikdə) tam torpaq sahəsi olan vətəndaşlar daxil idi;

İkinci sinfə – 70 min ass və ya torpaq sahəsinin dörddə üçünə sahib olanlar;

Üçüncü sinfə – 50 min ass və ya torpaq sahəsinin yarısına sahib olanlar;

Dördüncü sinfə – 25 min ass və ya torpaq sahəsinin səkkizdə bir hissəsinə sahib olanlar daxil idi.

Yerdə qalan vətəndaşlar isə sinif bölgüsündən kənar qalmışdılar. Əmlak vəziyyətinin sonrakı dəyişikliyindən asılı olaraq, vətəndaşlar daha yüksək və ya daha aşağı əmlak dərəcələri siyahılarına daxil ola bilərdilər. Bu vəziyyət müvafiq olaraq həmin vətəndaşların siyasi xüsusi çəkisində və onlar üçün dövlət vəzifələrinin tutulması imkanında öz əksini tapmışdır.

Qədim Romada hesab edirdilər ki, dövlət işləri ilə yalnız öz şəxsi işlərinin öhdəsindən gələ bilənlər məşğul ola bilərlər. Əgər bir şəxs öz şəxsi təsərrüfatında uğura imza ata bilməyibsə, yəni, insan kasıbdırsa, o dövlət üçün nə edə bilər ki?

Vətəndaşın əmlak vəziyyətini müəyyənləşdirməyə imkan verən uçot işlərinin aparılması bununla həm dövlətin maraqlarına (əmlak kateqoriyasından asılı olaraq tutulan vergilərin miqdarı), həm də müəyyən mövqeləri tutmağa imkan verən statuslarını açıqlamaq üçün əllərindən gələni edən vətəndaşların xidmətinə başladı. Beləliklə, hələ Qədim Yunanıstanda elan edilmiş mühasibat hesabatlarının ictimailik prinsipi, Qədim Romada praktiki əsaslara və tammiqyaslı ictimai etirafa malikdir.

Vətəndaşların əmlak vəziyyətinin müəyyən edilməsi üzrə işlər xüsusi dövlət məmurlarının-senzorların üzərinə düşürdü. Onlara “Roma ailəsinin ataları” (pater familias)” “ev kitabı” adlandırılan hesabları görüntüləmək üçün təqdim etdilər və pater familias onların məzmununun həqiqiliyini təsdiq etməyə söz verdi. Ev kitabları sonradan dövlət arxivinə saxlanılmaq üçün verilmiş kadastr siyahılarının tərtib edilməsi üçün senzora əsas kimi xidmət edirdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun