Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 20 oktyabr 2020-ci il
№ 401

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 20 oktyabr
tarixli 401 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların fərdi uçotunun aparılması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-6.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən edir.

1.2. Fərdi uçot – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

1.3. Bu Qaydada istifadə olunan “sığortaolunan” anlayışı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilmiş mənanı ifadə edir

1.4. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.

1.5. Bu Qaydaya əsasən sığortaolunanların fərdi uçotu Agentliyin elektron informasiya sistemində aparılır.

1.6. İcbari tibbi sığorta məqsədləri üçün sığortaolunanın fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən həyata keçirilir.

1.7. Agentliyin elektron informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

2. Fərdi uçotun aparılması üçün tələb olunan məlumatlar və onların təqdim edilməsi qaydası
2.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.

2.2. Fərdi uçotun aparılması zamanı sığortaolunana dair aşağıdakı məlumatlar toplanılır:

2.2.1. şəxsiyyətini təsdiq edən sənədin tipi;

2.2.2. şəxsiyyətini təsdiq edən sənədin seriyası;

2.2.3. şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

2.2.4. fərdi identifikasiya nömrəsi (FİN);

2.2.5. vətəndaşlığı;

2.2.6. adı, soyadı, atasının adı;

2.2.7. doğulduğu tarix;

2.2.8. cinsi;

2.2.9. qan qrupu;

2.2.10. yaşadığı ünvan;

2.2.11. işlədiyi müəssisənin ünvanı;

2.2.12. işçinin işə başlama tarixi;

2.2.13. işçinin işdən çıxma tarixi;

2.2.14. pensiyaçının məşğulluq vəziyyəti;

2.2.15. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

2.2.16. qeydiyyat ünvanı;

2.2.17. fəaliyyət ünvanı;

2.2.18. ananın fərdi identifikasiya nömrəsi (FİN);

2.2.19. ölüm tarixi;

2.2.20. ölüm haqqında sənədin verilməsi tarixi;

2.2.21. doğuşun baş verdiyi tarix.

3. Sığortaolunanın fərdi şəxsi hesabı

3.1. Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

3.2. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaolunanın fərdi uçot məlumatlarını, icbari tibbi sığorta üzrə hesablanmış və ödənilmiş icbari tibbi sığorta haqlarını, sığortaolunan üçün həyata keçirilmiş sığorta ödənişi məbləğlərini, ödənilməli olan icbari tibbi sığorta haqları üzrə borc məbləğini və sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən icbari tibbi sığorta şəhadətnaməsini özündə əks etdirir.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qırğızıstanda iqtisadi amnistiya elan olunub

posted in: Xəbər | 0

Qırğızıstanda iqtisadi amnistiya elan olunub

Qırğız Respublikasında iqtisadi amnistiya elan edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezident vəzifələrini icra edən Sadır Japarov bildirib.

Bundan əlavə, o, korrupsioner məmurlara qanunsuz yollarla əldə etdikləri vəsaitləri dövlət xəzinəsinə qaytarmaq üçün 30 gün möhlət verib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da niyə taxta dollar buraxıblar? (I hissə)

posted in: Xəbər | 0

Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.

Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar da tədavüldə olub. Bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.

Təbii ki, Tenino şəhərciyi də iqtisadi və maliyyə böhranından kənarda qalmamışdı, 1931-ci il dekabrın 5-də Teninodakı Citizen’s Bank of Tenino bankı bağlandı. O, şəhərdə yeganə bank olduğundan vəziyyət çox mürəkkəb hal almışdı. Dəhşətli nağd pul qıtlığı yaranmışdı. Lakin, yerli qəzetin sahibkarı Don Meyncer vəziyyəti düzəltmək qərarı verdi. O, şəhər hakimiyyətinə qeyri-adi təkliflə müraciət etdi: maliyyə problemləri həllini tapana kimi müvəqqəti pullar buraxılışını yoluna qoymaq və hətta bundan ötrü öz şəxsi tipoqrafiyasının xidmətini də təklif etdi. Meyncerin fikrincə, yeni pullar Teninoda dövriyyədə nağd pullarla bağlı böhranı aradan qaldırmağa kömək edəcəkdi. Don Meyncerin təklifi qəbul edildi.

Nəzərə almaq lazım idi ki, şəhər hakimiyyət orqanlarının həmin an üçün başqa çıxış yolu da yox idi. Meyncerin mətbəəsində əvvəllər artıq yeni il açıqcaları buraxılırdı. Onlar ortasında kağız parçası ilə bərkidilən iki laminasiya edilmiş küknar zolağından hazırlanırdı. Bax, elə onlardan yerli pul istehsal etmək üçün nümunə kimi istifadə etmək qərarına gəldilər. İlkin olaraq, dəyəri 25 sent təşkil edən yalnız taxta plastinkalar buraxılırdı. Lakin inflyasiya yüksəldikcə, tipoqrafiya 50 sent və 1 dollarlıq “banknotlar” istehsalına başladı.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müxtəlif ölkələrdə orijinal müasir vergilər (I hissə)

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə orijinal vergilər (I hissə)

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər…

Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.

  • Yağışa görə vergi. Polşanın qərbində, Oder çayı kənarında yerləşən Vrotslav şəhərindən olan məmurların beyninə belə bir dahiyanə ideya gəlib. Belə ki, onlar yağış suları üçün nəzərdə tutulan kanalizasiya xəttindən istifadəyə görə belə bir vergi növünü tətbiq etməyə başlayıblar. Binanın yerləşdiyi hər kvadrat metr əraziyə görə 6 Polşa qroşu ödənilməlidir. Ən maraqlısı odur ki, bu vergi yağış yağıb-yağmayacağından asılı olmayaraq ödənilməlidir.
  • “Narkotik maddələrin qeyri-qanuni saxlanılmasına” görə vergi. Belə hal – qeyri-qanuni olan bir şeyin vergiyə cəlb edilməsi, yalnız ABŞ-da baş verə bilər. Amerikanın 23 ştatında marixuana, kokain, ekstazi və digər bu kimi psixotrop vasitələrə görə vergi tətbiq olunub. Həmin psixotrop maddələrin dilerləri sözügedən vergini anonim şəkildə də ödəyə bilərlər. Əgər onlar ələ keçərlərsə və həbs olunarlarsa, bu halda məhkəmədə sözügedən vergini ödədikləri barədə təsdiqedici sənədləri təqdim edə bilərlər ki, bu da məhkəmə gedişində onlardan ötrü yüngülləşdirici bir hal kimi nəzərə alına bilər.
  • Qeyri-formal münasibətlərə vergi tətbiq etməklə, Çin də özünü fərqləndirməyi bacara bilib. Dünyada nikah olmadan yaşayan cütlüklərin sayı durmadan artmaqdadır. Belə ki, Fransada və yaxud İsveçrədə nikahsız yaşayanlar bütün cütlüklərin 60 faizini təşkil etdiyini söyləyirlər. Lakin belə münasibətlər açıq-aşkar Çinin Tyantszmin əyalətindən olan məmurların xoşuna gəlməyib. Həmin səbəbdən onlar 1996-cı ildə öz münasibətlərini rəsmi olaraq qeydiyyata aldırmayan cütlükləri vergiyə cəlb ediblər. Həmin cütlüklər il ərzində 120 avro məbləğində vergi ödəyirlər.
  • Tatuaja və pirsinqə görə vergi. Belə bir vergi 2005-ci ildə Amerikanın Arkanzas ştatında tətbiq olunub. Həmin verginin tətbiqindən sonra bahalı tatuaj rəsmlərinin çəkilişi üçün xidmətlərin haqqı 6 faiz yüksəlib. Belə bir qərar qeyri-peşəkar tatuaj və pirsinq salonlarına qarşı kampaniya çərçivəsində tətbiq edilib. Hakimiyyət orqanları bunu həmin qeyri-peşəkar salonlarda insanların QİÇS-ə yoluxma riskinin ola biləcəyi amili ilə əlaqələndirib.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun