Vergilərə işə qəbulla bağlı müsabiqə qeyri-müəyyən müddətə təxirə salındı

posted in: Xəbər | 0

dövlət vergi, işə qəbul, ödənilmiş vergilər, Valyuta, Şəxsi hesab vərəqəsi, Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamMəlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınaraq, dövlət vergi orqanlarına işə qəbul ilə bağlı müsabiqənin test imtahanının keçirilməsi sentyabr ayına qədər təxirə salınmışdı.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son günlər quruma işə qəbul ilə bağlı imtahanların nə zaman keçiriləcəyi barədə suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi vəzifələrini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər, həmçinin Ermənistan silahlı qüvvələrinin mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar ölkə prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən ölkədə elan olunmuş hərbi vəziyyət vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərin nəzərinə çatdırıb ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kassa metodundan istifadə zamanı gəlirin əldə edilməsi vaxtı

posted in: Xəbər | 0

Kassa metodundan istifadə zamanı gəlirin əldə edilməsi vaxtı

hesablama metodu, kassa metodu,Mühasib olmaq istəyənlər, Mühasib olmaq, Riskli vergi ödəyiciləri,Kassa metodu ilə uçot aparan vergi ödəyiciləri müəyyən suallarla qarşılaşırlar. Mövzunu maliyyə mütəxəssisi Ramin Ramazanov şərh edir.

Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Məcəllənin 132.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Beləliklə, kassa metodu ilə uçot aparan vergi ödəyicisi əldə etdiyi gəliri öz hesabına daxil olduqdan sonra həmin gəliri nəzərə almalı, xərclərini də yalnız həmin xərcləri ödədiyi zaman çıxmalıdır.

Misal 1: Tutaq ki, “AA” şirkəti kassa metodu ilə çalışır. Şirkət 2019-cu ilin oktyabr ayında 5.000 manat dəyərində xidməti sifarişçiyə təqdim edib. Bu əməliyyat elektron qaimə-faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilib. Sifarişçi isə həmin xidmətə görə ödənişi 2020-ci ilin mart ayında edib. Bu halda, gəlirin əldə edildiyi vaxt 2020-ci ilin mart ayıdır və gəlir kimi 2020-ci ilin mənfəət bəyannaməsində əks etdirilməlidir. Kassa metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı da Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 133.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Vergi Məcəlləsinin 133.4-cü maddəsində göstərilib ki, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Misal 2: Tutaq ki, “BB” şirkəti kassa metodu ilə çalışır. Şirkət 2019-cu ilin oktyabr ayında təhcizatçıdan 5.000 manat dəyərində xidməti alıb. Həmin əməliyyat electron qaimə-faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilib. Təhcizatçıya bu xidmətə görə ödənişi 2020-ci ilin mart ayında edib. Bu halda, xərcin çəkildiyi vaxt 2020-ci ilin mart ayıdır və xərc kimi 2020-ci ilin mənfəət bəyannaməsində əks etdirilməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank müştərilərinə müraciət etdi

posted in: Xəbər | 0

Kapital Bank müştərilərinə müraciət etdi

Silahlı Qüvvələrə dəstək, nağd pul krediti, BirKart, Raiffeisen Bank International, kredit, ödəniş, Kapital Bank, kibertəhlükəsizlik, daxili ipoteka, Kapital Bank-ın reytinqi, Kapital Bank Sberbank, Smart tələbə kartı,Sentyabr ayının 27-dən başlayaraq müharibə şəraitinin davam etməsi səbəbindən, cəbhə bölgəsi ilə yanaşı ölkədə informasiya və kiber müharibə sahəsində də gərginlik davam edir. Həmçinin, Ermənistanın ölkəmizə qarşı olan təxribatları bank/maliyyə sektorundan da yan keçməyib.

Belə ki, ölkə banklarının müştərilərinə bank, bankın rəhbər şəxsləri və ya əməkdaşları adından bankın serverinin erməni hakerlərinin hücumuna məruz qaldığı və bu səbəbdən bankdan depozitlərin dərhal geri çəkilməsinə dair həqiqətə uyğun olmayan mesajlar və elektron məktublar göndərilir.

Müştərilərdən xahiş edirik ki, belə məzmunlu məlumatlara, həmçinin buna bənzər digər əsassız və mənbəyi göstərilməyən məlumatlara əhəmiyyət verməsinlər və yalnız bank tərəfindən KİV-də və ya saytda yerləşdirilən rəsmi xəbərlərə istinad etsinlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sentyabrda Gömrük Komitəsi büdcəyə 309,9 milyon manat köçürüb

posted in: Xəbər | 0

DGK, "Smart Customs" proqram təminatı, risk qiymətləndirməsi, büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin sentyabrında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 309 milyon 934,6 min manat olub.

Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 93 milyon 331,1 min manat, əlavə dəyər vergisi üzrə 199 milyon 808,2 min manat, aksizlər üzrə 13 milyon 440,8 min manat, yol vergisi üzrə isə 3 milyon 354,5 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin sentyabrında komitənin dövlət büdcəsinə daxilolmaları 376 milyon 759,3 min manat olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun