Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi

posted in: Xəbər | 0

Könüllü fəaliyyəti, Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun. (10 manat müəyyən edilməsi).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniya hakimiyyəti məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir

posted in: Xəbər | 0

Avropanın əsas iqtisadiyyatı məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir.

Avropanın aparıcı iqtisadiyyatı sayılan Almaniya hakimiyyəti məsafədən çalışma kimi iş formatına həmişəlik icazə vermək üzərində fikirləşir. Financial Times nəşrinin məlumatına görə, alman hökuməti işçilərin evdən və ofisdən çalışmaqla bağlı iş arasında seçim etməsinə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır. Sənəd üzərində işlərin yaxın həftələr ərzində yekunlaşacağı söylənilir.

Uzaqdan çalışmaq və ya ofisdə işləmək arasında seçim etmək hüququnun öz öhdəliklərini məsafədən yerinə yetirə bilən işçilərə veriləcəyi açıqlanıb. Pandemiyaya qədər Almaniyada evdən çalışan əməkdaşların sayı 18 faiz təşkil edirdi. Lakin koronavirus yoluxması hallarının artması fonunda onların sayı təxminən 40 faizə kimi yüksəlib.

Digər ölkələrdə isə bu cür qanun layihələri hələ ki, hazırlanmır. Rostrud-un bu yaxınlarda keçirdiyi sorğuya əsasən hər on nəfərdən bir vətəndaş evdən işləmək arzusunu söyləyib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ermənistanın sonuncu hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində fəaliyyətlərinə dəymiş ziyan barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: .

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Royalti əməliyyatları zamanı vergi tutulması

posted in: Xəbər | 0

Ümidsiz borcların gəlirdən çıxılması, Ümidsiz borclar, MDSS haqlarıPraktikada müəyyən hüquqların, həmçinin proqram təminatlarının müddətli istifadəyə verilməsi, ticarət nişanlarından istifadə hüquqlarının ötürülməsi əməliyyatları çoxdur. Belə əməliyyatlar, əsasən, rezident vergi ödəyiciləri ilə qeyri-rezident şəxslər arasında olur. Royalti kimi tanınan bu cür əməliyyatlarda rezident və ya qeyri-resident kimi tanınan vergi ödəyicilərindən vergi tutulması necə reallaşır və ya necə tənzimlənir? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən, royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Misal 1: Tutaq ki, fiziki şəxs olan vergi ödəyicisi araşdırma məqaləsini qəzetlərdən birinə 500 manata satıb, digər məqaləsini isə müəllifliyi saxlanmaqla başqa qəzetə verib və 200 manat qonorar alıb.

Sual: bu əməliyyatlar royalti sayılırmı və onlardan vergi tutulması necə olacaq?

Birinci əməliyyat royalti sayılmır. Çünki araşdırmanın mülkiyyətçisi fiziki şəxsin özü olsa da, o bu məqaləni KİV-ə satıb. Bu halda məqalənin müəllifi onu satın alan KİV sayılacaq. Burada heç bir ödəmə mənbəyində vergi tutulması olmayacaq. Çünki əməliyyat royalti sayılmır. Vergiləri fiziki şəxs sahibkar özü 500 manat gəlir bəyan edərək ödəməlidir. Eyni qaydada məcburi sosial sığortanı da müəllif özü bəyan edərək ödəməlidir.

İkinci əməliyyat isə royalti sayılır və KİV ödəyəcəyi 200 manatdan 14 faiz ödəmə mənbəyində vergi və 15 faiz məcburi dövlət sosial sığorta haqqı tutmalıdır.

200 x 14% = 28 manat
200 * 15% = 30 manat
28 + 30 = 58 manat

Misal 2: “AA” MMC ƏDV ödəyicisidir və özünün proqram təminatından 10 il istifadə hüququnu ildə 3.000 manata “VV” MMC-yə verib. Eyni zamanda “AA” MMC qeyri-rezident olan “SS” LTD-dən başqa bir proqram təminatını istifadə hüququ ilə əldə edib və 5 il müddətinə hər il üçün 4000 dollar vəsait ödəyəcək.

Bu əməliyyatlar royalti sayılırmı və vergi tutulması necə olacaq?

Birinci əməliyyat royalti sayılır. Vergi Məcəlləsinin 124-cü maddəsinə görə royaltilərdən ödəmə mənbəyində tutulan vergi ancaq fiziki şəxslərə aid olduğundan burada ödəmə mənbəyində vergi tutulmir. Bu halda “AA” MMC əlavə dəyər vergisi (ƏDV) ödəməlidir.

3000:1,18 x 18% = 457,63 manat
3000 – 457,63 = 2542,37 manat

Həmçinin, son məbləğ ümumi gəlirə daxil edilərək, xərclər çıxıldıqdan sonra mənfəət vergisi ödənilməlidir.

İkinci əməliyyat isə royalti sayılır. Burada əsas məqam odur ki, hüququ verən şəxs qeyri-rezidentdir. Bu halda artıq “AA” MMC-nin vergi agenti olaraq ödəmə mənbəyində vergi tutma öhdəliyi yaranır. Vergi Məcəlləsinin 124.1.-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Deməli, nəzərdən keçirdiyimiz halda “AA” MMC ödəyəcəyi məbləğdən ödəmə mənbəyində vergi tutaraq ödəməlidir:

4000 * 14% = 560 dollar

Bəs bu əməliyyat ƏDV tutulan əməliyyat sayılırmı?

Vergi Məcəlləsinin tələbinə görə, ƏDV məqsədləri üçün vergitutulma əməliyyatlarının Azərbaycan Respublikasında həyata keçirilməsi vacibdir. Amma iş və xidmətlər Məcəllənin 167-ci və 168-ci maddələrinə əsaslanmaqla gerçəkləşdirilməldir. Faktiki olaraq “SS” LTD hüquqları Azərbaycanda təqdim etməyıb. Amma xidmətlərin təqdim edilmə yeri 168-ci maddəyə əsaslanır: Məcəllənin 168.1.5-ci maddəsində olan xidmətlərin təqdim edilməsi yeri alıcının olduğu yer göstərilir. Əgər qeyri-rezidentin göstərdiyi xidmət həmin siyahıda yoxdursa, əməliyyat ƏDV-yə cəlb olunan əməliyyat sayılmır və xidmət xaricdə göstərilmiş sayılır.168.1.5-ci maddədə əməliyyata uyğun olan bənddə deyilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi.

168.1.5-ci maddədə başqa bir uyğunluq yoxdur.Yəni bir çox vergi ödəyiciləri bu bəndə əsaslanmaqla qeyri-rezidentlərə royaltiyə görə ödənilən məbləğlərə 18% ƏDV hesablayırlar. Ancaq bu doğru deyildir. Nəzərdən keçirdiyimiz əməliyyat yuxarıda qeyd edilən bəndə əsasən royalti sayılmır. Bu, faktiki olaraq qeyri-maddi aktiv əməliyyatıdır. Yəni burada hüquqlardan istifadə olunması yox, hüquqların mükiyyətə verilməsi mövcuddur. Royalti isə hüquqların verilməsi əməliyyatıdır.

Odur ki, qeyri-rezident olan “SS” LTD-yə ödəyənəcək 4000 dollara ƏDV hesablanmır. Bu məbləğdən yalnız ödəmə mənbəyində vergi tutulur.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun