Ani Ödənişlər Sisteminə daha 2 bank inteqrasiya edilib

posted in: Xəbər | 0

Ani Ödənişlər Sisteminə daha 2 bank inteqrasiya edilib

Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) oktyabrın 1-dən real rejimdə istismara verilib.

AMB-dən bildirilib ki, AÖS-ün əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində daha 2 bank sistemə inteqrasiya olunub. Belə ki, “AzərTürkBank” ASC və “TuranBank” ASC tərəfindən filial şəbəkəsi vasitəsilə müştərilərə AÖS-ün funksionallıqlarından istifadə imkanı təqdim edilib. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.

Qeyd edək ki, hazırda 15 bank və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçrə barədə 25 maraqlı fakt (II hissə)

posted in: Xəbər | 0

İsveçrə barədə 25 maraqlı fakt (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

  • İsveçrədə istifadə edilən elektrik enerjisi 556 su elektrik stansiyalarında istehsal olunur.
  • İsveçrədə yerləşən Gotthard tuneli dünyada ən uzun tunel hesab edilir.
  • Əcnəbilər İsveçrə əhalisinin təxminən 25 faizini təşkil edir ki, bu da dünyadakı ən yüksək göstəricilərindən biridir.
  • İsveçrə əməkhaqqı ölçüsünə və iş yerinin mühafizə olunmasına görə, inkişaf etmiş ölkələr sırasında üçüncü yeri tutur. İsveçrəlilər ildə orta hesabla 57 082 dollar qazanc əldə edirlər ki, bu göstəriciyə görə o, yalnız Lüksemburq və ABŞ-dan geri qalır. İsveçrə davamlı olaraq gənclərin məşğulluğuna görə ən yaxşı ölkələr sırasında yer alır.
  • İsveçrədə müəllimlərin əməyi yaxşı ödənilir. Yerli müəllimlər ildə orta hesabla 68 min ABŞ dolları alırlar ki, bu da İƏİT ölkələri arasında ən yüksək göstəricidir.
  • İsveçrə qanunvericiliyi heyvanlara da qayğı göstərir: ölkədə “sosial” heyvanları tək şəkildə saxlamaq qadağan edilir, bu isə o deməkdir ki, hər bir ev heyvanı cüt şəkildə saxlanılmalıdır.
  • İsveçrədə vətədaşların şəxsi məkanına hörmət edilir. Məsələn, istirahət günlərində ot biçini, qurutmaqdan ötrü paltar asılması, avtomobilin yuyulması, butılkaların utilləşdirilməsi, bazar gününün gözəlliyinin pozulmamasından ötrü qadağan olunur. Ev qanunları sakinlərin rahat yatmalarına zəmanət verirlər. Bu səbəbdən axşam saat 22-dən sonra avtomobilin qapılarını çırpmaq, tualetin yuyulması və ya vanna otağının yuyulması kimi səs-küylü hərəkətlər kəskin şəkildə dayandırılır.
  • İsveçrədə nikahların demək olar ki, yarısı boşanma ilə nəticələnir: təkcə 2015-ci ildə bu göstərici 41,4% təşkil edib. İsveçrəlilər nikaha nisbətən gec girirlər: kişilər 31,8, qadınlar isə 29,6 yaşlarında. Bir qadına bu ölkədə 1,5 uşaq düşür ki, Avropa birliyində bu göstərici 1,6 uşaq təşkil edir.
  • İsveçrə Qərbi Avropa ölkələrinin əksəriyyətindən gender bərabərliyi sahəsində geridə qalır. Beləliklə, 2015-ci ildə kişilərin 83,6%-i ilə müqayisədə qadınların yalnız 41,3%-i tam iş günündə işləyirdi. Ölkədə rəhbər vəzifələrin 20%-dən azını qadınlar tutur.
  • İsveçrəlilər dünyanın hər hansı digər ölkəsinin sakinlərindən daha çox şokolad yeyirlər – ildə təxminən 11 kq. Şokolad İsveçrə ixracının əsas məhsullarından biridir. 18 İsveçrə şokolad şirkəti 2015-ci ildə təxminən 115 500 ton şokolad ixrac edib.
  • İsveçrəlilər il ərzində 56,5 litr pivə və 36 litr şərab içirlər (2012 il üçün məlumatlar). Əsasən, isveçrəlilər yerli istehsal olan şərab içirlər ki, bunun da yalnız 2% – i ixrac olunur.
  • Arau (Aarau) dəmiryolu stansiyasında siferblatının diametri 9 metr olan saat vardır. Bütün Avropada daha böyük diametrdə saat yalnız bir yerdə – Fransanın Serji dəmiryolu stansiyasında yerləşir ki, onun siferblatının diametri 10 metr təşkil edir.
  • İsveçrədə hər min sakinə 5,8 xəstəxana çarpayısı düşür ki, bu da dünyada ən yüksək göstəricidir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müasir dünya auditinin təkamül mərhələləri (II hissə)

posted in: Audit, Xəbər | 0

Müasir dünya auditinin təkamülü (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Auditorun peşəkar fəaliyyəti, Kənar audit, Daxili Audit, auditorlar palatası,Uzun bir tarix ərzində bir proses olaraq audit üç inkişaf mərhələsindən keçmişdir:

– təsdiqedici audit (XIX əsrin sonu – XX əsrin 30-cu illəri);

– sistem-yönümlü audit (XX əsrin 40-cı-80-ci illəri);

– riskə əsaslanan audit (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri).

Sistem-yönümlü audit əməliyyatlara nəzarət edən sistemlərin (təşkilatın daxili nəzarət sisteminin qiymətləndirilməsi) müşahidəsindən ibarətdir. Sübut edilmişdir ki, əgər daxili nəzarət sistemi effektiv işləyirsə, onda çox ətraflı yoxlama aparmaq lazım deyil. Çünki səhvlərin aşkarlanmasında və normaların pozulmasında daxili nəzarət sisteminə etibar etmək olar. Nəzarət səmərəsiz olduğu yerdə, sistemin necə inkişaf etdirilməsi barədə məsləhət vermək və beləliklə müştəriyə konstruktiv xidmət göstərmək dəb halını alır. Deməli, sistem-yönümlü audit təkcə yoxlama prosesini özündə birləşdirmir, həm də fəal şəkildə məsləhət fəaliyyətini, uçotun qoyulması işini əhatə edir. Bunu çox vaxt məsləhətləşmə auditi adlandırırlar. Bu mərhələdə auditor firmaları sənədli yoxlamadan başqa geniş çeşidli xidmətlər də göstərməyə başladılar.

Audit tarixində bu mərhələnin başlanğıcını milli səviyyədə auditor fəaliyyəti standartlarının işlənib hazırlanması, həmçinin tənzimləyici orqanların və özünü tənzimləyən auditor təşkilatlarının yaradılması ilə əlaqələndirirlər. Belə ki, 1934-cü ildə ABŞ-da auditin normativ tənzimlənməsinə cavabdeh olan qiymətli kağızlar və birja əməliyyatları Komissiyası (SEC) yaradılmışdır. Fransada 1932-ci ildə mühasib-ekspertlər və attestasiya olunmuş mühasiblər Palatası yaradılmışdır.

Əməliyyatların sadə yoxlanması ilə deyil, auditə nəzarət vasitələrinin köməyilə diqqət yetirən sistem-yönümlü audit konsepsiyası ilk dəfə 1941-ci ildə Viktor Brink tərəfindən təqdim edilmişdir.

Fokusun xarici auditdən daxili auditə köçürülməsi nəticəsində 1947-ci ildə daxili auditorlar institutu (IIA) yaradılması ilə yekunlaşdı.

Bu ifadənin apogeyi 1969-cu ildə Kanada, Böyük Britaniya və ABŞ-da vəziyyəti müqayisə edən mühasibat uçotu problemlərinin öyrənilməsi üzrə beynəlxalq qrupun (AISG) hesabatlarının dərc edilməsi ilə başlayan beynəlxalq audit standartlarının işlənib hazırlanması hesab olunur. 1973-cü ildə beynəlxalq mühasibat standartları Komitəsinin (IASC) təsis edilməsi beynəlxalq səviyyədə auditin standartlaşdırılması məsələləri ilə məşğul olacaq belə bir orqanın yaradılmasının zəruriliyi barədə rəy formalaşdırmağa gətirib çıxardı.

1980-ci ildən 1991-ci ilədək auditor fəaliyyəti üzrə Beynəlxalq komitə (IAPC) auditor fəaliyyətinə dair beynəlxalq tövsiyələr (IAG) və onlara əlavələr buraxmışdır. 1991-ci ildə ilk beynəlxalq audit standartı (ISA) buraxıldı və hal-hazırda istehsal olunan bir sıra standartların başlanğıcını qoydu.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2020-ci ilin üçüncü rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat olub.

Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun