Yerli sığorta bazarının dayanıqlı inkişafı üçün prioritetlər açıqlandı

posted in: Xəbər | 0

sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,“Yerli sığorta bazarının yeni mərhələdə inkişafı üçün kifayət qədər potensialı var və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək”.

Bunu bu gün keçirilən mətbuat konfransında Assosiasiyanın yeni fəaliyyət konsepsiyasını açıqlayarkən ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev qeyd edib.

“İlk növbədə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. ASA yeni fəaliyyət konsepsiyasını məhz vu reallıqları nəzərə alaraq hazırlayıb”, – deyə A.Əliyev bildirib.

Daha sonra yeni konsepsiyanın funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan elementləri özündə ehtiva etdiyi bildirilib. Vurğulanıb ki, yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir.

Haql-hazırda ölkədə 21 sığorta və bir təkrar sığorta şırkətləri fəaliyyət göstərir. Ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyulunda sığorta haqları 10,53% artaraq 467 mln 483 min manat, sığorta ödənişləri isə 44,34% artaraq 223 mln 196 min manata çatıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes kreditlərinin banka gəlmədən, girovsuz və onlayn müraciətlə yenidən maliyyələşdirilməsi imkanı!

posted in: Xəbər | 0

PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank, biznes sahibləri olan müştəriləri üçün optimal maliyyə həllərini təklif etməyə davam edir.

Bir müddət öncə təqdim olunan “Onlayn biznes krediti” məhsulu indi daha geniş funksionallıqla təqdim olunur. Belə ki, kredit üçün müraciət edən kiçik və orta sahibkarlar krediti sadəcə biznesin inkişafı üçün deyil, eyni zamanda mövcud biznes kreditlərini yenidən maliyyələşdirmək üçün istifadə edə bilər. Məhsul PAŞA Bank-dan 250 000 AZN-dək məbləği tam onlayn şəkildə əldə etməklə digər banklarda olan biznes kreditlərinin ödənişini həyata keçirməyə imkan yaradır. Beləliklə sahibkarlar cari biznes kreditlərini sərfəli şərtlərlə bir kreditdə birləşdirərək aylıq ödənişlərini azalda və ödənişlərə nəzarəti optimallaşdıra bilər.

Kreditin əldə edilməsi üçün qəliz maliyyə hesabatlarının təqdim edilməsi və girov tələb olunmur. Kredit 16.5 %-dən başlayaraq 18 ayadək müddətə təqdim edilir. Məhsuldan istənilən biznes məqsədi ilə yararlanaraq, biznesin inkişafı üçün lazım olan vəsaiti onlayn şəkildə sürətli almaq mümkündür. Həmçinin müvafiq kredit müqaviləsinin imzalanması da onlayn olaraq həyata keçirilir və kredit vəsaiti həmin gün əldə olunur.
Kredit üzrə müraciətlər cəmi 2 (iki) iş günü ərzində təhlil edilir və Bankın son qərarı müştəriyə bildirilir. Qeyd olunmalıdır ki, PAŞA Bank-da hesabı olmayan müştərilərə kredit üzrə qərar hesab açılmadan bildirilir.

Bu imkandan yerli banklarda biznes krediti üzrə borcu və müsbət kredit tarixçəsi olan kiçik və orta biznes sahibləri yararlana bilər.

Kreditin şərtləri və tələb olunan sənədlərlə tanış olmaq və kreditə müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order_commercial


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya dövründə sahibkarların mənfəət vergisi necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

mənfəət vergisi, inventarlaşdırma, 2020-ci il dövlət büdcəsi, maaşPrezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı fərmana əsasən, 2020-ci ilin yanvar ayının 1-dən 1 il müddətinə hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisinə güzəştlər nəzərə tutulub. Mövzu ilə bağlı maraq doğuran məqamları maliyyə mütəxəssisi Elməddin Məmmədov şərh edir.

Vergi Məcəlləsinə əlavə olunmuş 224.1.2-ci maddəsdə göstərilir ki, Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət sahəsində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar əldə edikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadır.
Bu güzəştlərin əsas məqsədlərindən biri pandemiyadan zərər çəkmiş şəxslərin vergi yükünü azaltmaq və postpandemiya dövründə həmin şəxslərin fəaliyyətlərini yenidən canlandırmağa kömək etməkdir.

Misal 1: Mənfəət vergisinin ödəyicisi olan və magistratura hazırlığı üzrə fəaliyyət göstərən müəssisə 2020-ci il üzrə 50.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə çəkilən xərcləri isə 15.000 manat olub. Bu halda müəssisənin cari ildəki mənfəəti 35.000 manatdır (50000-15000=35000). Müəssisənin orta illik işçi sayının 14 nəfər olduğunu nəzərə alaraq Vergi Məcəlləsinin 224.1.2-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

50.000-15.000=35.000 manat

Buradan mənfəətə 75 faiz güzəşt tətbiq etməklə vergidən azad olan hissənin tapırıq:

35.000*75%=26.250

Buradan isə vergi tutulan hissə hesablanır:

35.000 -26.250=8750 manat

Vergi tutulan hissədən mənfəət vergisi belə hesablanacaq:

8750*20%=1750 manat

Beləliklə, müəssisənin cari il üzrə mənfəət vergisi 1.750 manat olacaq. Əgər vergi güzəşti tətbiq olunmasaydı, həmin təhsil müəssisəsinin mənfəət vergisi 7.000 manat olacaqdı.

Misal 2: Gəlir vergisi ödəyicisi olan və ölkədaxili sərnişin daşıması üzrə fəaliyyət göstərən fərdi sahibkar 2020-ci ildə 20.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsinə çəkilən xərclər 5.000 manat təşkil edib. Bu halda fərdi sahibkarın cari ildəki mənfəəti 15.000 manatdır.

20.000-5000=15.000 manat

Vergi Məcəlləsinin 224.1.2-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

20.000-5000=15.000
15.000*75%=11.250 manat
15.000 -11.250=3750
3750*20%= 750 manat

Beləliklə, fərdi sahibkar bu il 750 manat mənfəət vergisi ödəməlidir. Əgər vergi güzəşti tətbiq olunmasaydı, onun ödəməli olduğu mənfəət vergisinin məbləği 3000 manat olacaqdı. Vergi Məcəlləsinə edilən dəyişiklik fərdi sahibkara 2250 manat vəsaitə qənaət etmək imkanı qazandırıb.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı şirkətdə sığortalanmaq olar?

posted in: Xəbər | 0

Sığorta inkişaf etməkdə olan cəmiyyətin tələblərinə cavab verən başlıca maliyyə alətlərindən biri olaraq şəxsin baş verə biləcək risklər nəticəsində itkilərini kompensasiya etmək məqsədilə istifadə edilir. Hər bir fərd həyatın müəyyən anında sığorta hadisəsi ilə qarşılaşa bilir ki, bu da sığortanın dinamik və inkişafda olan bir sistem olmasını bir daha təsdiq edir.

Hazırda ölkəmizdə tətbiq edilən başlıca sığorta növlərindən avtomobil sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasını, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortanı, avtomobillərin kasko, könüllü əmlak, səyahət və kredit götürən şəxslərin həyat sığortasını göstərə bilərik.

Eyni zamanda 2021-ci ildən ölkə üzrə tətbiqinə geniş hazırlıq görülən icbari tibbi sığortanı da bu növlərə aid etmək mümkündür.

Az və ya çox olmasından asılı olmayaraq hər kəsin sığorta barədə ilkin təsəvvürləri və məlumatları mövcuddur. Sadəcə olaraq sığortaya olan inamın artırılması üçün mühüm maarifləndirməyə zərurət vardır ki, bu istiqamətdə də səlahiyyətli qurumların mütərəqqi fəaliyyəti davam edir. Əslində məqsədəuyğundur ki, sığorta maariflənməsi üçün sadəcə mütaliə üsulu müəyyən edilsin və innovativ imkanları axtararaq onlardan faydalanılsın.

Hazırda sığorta məhsulu almaq istəyən hər kəsin ağlına ilk gələn sual hansı şirkəti seçməkdir.

Bu yazımızda sualın cavabını tapmağa kömək edəcək kiçik, amma dəyərli istiqamət verməyə çalışacağıq.

1) Sığorta şirkətinin bu məhsulu satmaq üçün icazəsinin olub-olmadığını bilmək

Heç də bütün şirkətlərin hər kəsin tanıdığı avto icbari sığorta məhsulunu satmağa icazəsi yoxdur. Bu növü satmaq üçün sığorta şirkəti İcbari Sığorta Bürosu və nəzarət qurumundan icazə almalı, azad-iqtisadi zonalar üzrə filiallara malik olmalı, internet səhifəsində bu növlə bağlı məlumatları təqdim edə bilməlidir.

2) Hər bir sığorta məhsulu alıcısının hüququ var ki, sığorta şirkətinin illik maliyyə göstəriciləri ilə tanış olsun. Bu ilkin təəssürat yarada biləcək ki, şirkətin il üzrə topladığı sığorta haqları və verdiyi sığorta ödənişləri üzrə dinamika necədir.

3) Sığorta şirkətinin rəsmi saytından onun qaynar xətti, sığorta hadisəsi baş verdikdə hərəkət qaydası barədə məlumatlandırmanı izləyərək hadisəyə reaksiyasını görə bilərsiniz.

4) Sığorta şirkəti məhsul satarkən sizi həmin məhsul üzrə yaddaş vərəqəsi və ya könüllü sığorta növü üzrə sığorta qaydaları ilə tanış etməli, hansı hallarda ödəniş veriləcəyi, hansı hallarda imtina ediləcəyi barədə məlumatlandırma aparmalıdır.

5) Sığorta şirkəti barədə şikayətləri ətrafınızdan, sorğu platformalarından, elektron məhkəmə sistemi üzrə işlərin sayı və həmin işlər üzrə nəticələrdən görərək şirkətin müştəri məmnuniyyətini necə tənzimlədiyini görmək mümkündür.

6) Sığorta məhsulu alarkən digər şirkətlərin də təklifləri ilə qarşılaşmısınızsa, təminat verilən hallar və müqavilə şərtlərinin eyni olduğu halda, sığorta haqqının az olmasına çox da önəm verməyin. Çünkü sığorta haqqının az olması heç də xidmətin keyfiyyətindən xəbər vermir. Bu halda yuxarıda göstərilən digər şərtləri də nəzərdən keçirməklə qərar verə bilərsiniz.

7) Sığorta məhsulunu birbaşa deyil, dolayı yolla (sığorta vasitəçilərinin köməyilə) alırsınızsa, həmin məhsulun sığorta şirkəti tərəfindən təsdiqlənməyini mütləq yoxlayın. Bəzən özünü təmsilçi kimi təqdim edən şəxslər sığorta şirkətinin adından istifadə edərək məhsul satdığını bildirsə də, sonra sığorta şirkəti ilə əlaqə saxlayarkən bunun öz təsdiqini tapmadığı hallarla da qarşılaşmaq mümkün olur.

Bu kimi itkilərin qarşısını almaq üçün əvvəl sığortaçı ilə şəxsin eyniləşdirilməsini də aparmaq məqsədəuyğundur.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun