İcbari tibbi sığorta haqqının adambaşına düşən məbləğləri

posted in: Xəbər | 0

İcbari tibbi sığorta haqları“İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.

İstehlak qiymətləri dedikdə inflyasiya səviyyəsi nəzərdə tutulur və bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən hər il üçün elan olunur.

Misal: Tutaq ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 2 faiz olub. 2021-ci ilin yanvar ayından icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 91 manat 80 qəpik təşkil edəcək:

90 manat + 90 manat x 2% = 91,80 manat.

2021-ci ilin aprel ayından icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə isə bu rəqəm 68 manat 85 qəpik olacaq:

67,5 manat + 67,5 manat x 2% =86,80 manat.

Agentlikdən bildirilib ki, birinci mərhələdə icbari tibbi sığorta 2020-ci ilin yanvar ayından Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. Həmin regionlarda icbari tibbi sığorta haqqının adambaşına məbləği 90 manat təşkil edir.

İkinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonun – Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabulun bu sistemə qoşulması nəzərdə tutulub. Üçüncü mərhələdə isə – 2021-ci il aprelin 1-dən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisinin icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə etməsi planlaşdırılıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlki dövrlərə aid e-qaimə ləğv edildikdə, dəqiqləşməni cari yoxsa e-qaimənin aid olduğu dövrə vermək lazımdır?

posted in: Xəbər | 0

əməliyyatlar, E-qaimə, Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, Elektron vergi hesab-faktura, gömrük, elektron vergi hesab-fakturası, qaime E-qaimə faktura elektron qaimə-fakturaSual: ƏDV ödəyicisi olan müəssisəmiz 2020-ci ilin mart ayında göndərdiyi qaiməni ləğv etmişdir. Bilmək istərdim ki, ləğv edilmiş qaimə üzrə mart ayının ƏDV bəyannaməsinə dəqiqləşdirmə vermək mi yoxsa, bu ay veriləcək olan iyul ayının ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” bölməsində müvafiq düzəlişi etmək mi daha məqsədəuyğundur?

Cavab: Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, iyul ayında aparılır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü, 174.2-ci və ya 175.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatının addım-addım bərpa olunacağı proqnozlaşdırılır

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı, qeyri-neft, İqtisadiyyata dəstək, dəstəkləyici tədbirlər,Almaniyanın ən iri bankı – Deutsche Bank-ın rəhbəri Kristian Syuinq koranavirus pandemiyası səbəbi ilə böhran yaşayan dünya iqtisadiyyatının uzunmüddətli bir bərpa dövrü yaşayacağını və bu bərpaolunmanın addım-addım baş verəcəyini bəyan edib. Onun sözlərini CNBC kanalı misal gətirib.

Syuinqin proqnozuna görə, bərpa prosesi qeyri-bərabər gedəcək və müxtəlif sektorlara və sahələrə müxtəlif dərəcədə təsir edəcəkdir. Bankir hesab edir ki, hazırda müşahidə olunan işgüzar fəallığın artımı elə də uzun çəkməyəcək.

Nümunə kimi o, turizm sahəsini misal gətirib. Cari yay mövsümü və məhdudiyyətlərin qismən aradan qaldırılması, bazar iştirakçılarına qazanc əldə etməyə imkan yaradıb. Lakin, yekunda bu amillər yalnız “müvəqqəti xilasedici dairə” ola bilər, Syuinq belə hesab edir.

Onun sözlərinə görə, bu problem əksər ölkələr və regionlar, ilk növbədə, Avropa İttifaqı və ABŞ üçün aktualdır. Dövlət dəstəyinin ayrı-ayrı tədbirlərinin qismən və ya tam ləğv edilməsi biznes üçün əlavə yükə çevriləcək.

Avropa Mərkəzi Bankı (ECB) son hesabatında avrozona iqtisadiyyatı üçün əlavə risklərə işarə edib. Bu, ixracatçılara sərfəli olmayan və onların məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini azaldan fövqəlmilli valyutanın möhkəmləndirici kursundan ibarətdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı

posted in: Xəbər | 0

əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barəsində Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.

Sektor müdiri bildirib ki, layihəyə əsasən qanuna yeni maddə əlavə edilir:

“Yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq”.

Qanuna digər layihəsində isə qeyd edilib ki, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun