Zoom-un təsisçisi gün ərzində beş milyard dollar qazanıb
Zoom onlayn-konfrans servisinin yaradıcısı Eric Yuan bir gün ərzində 5,2 milyard dollar qazanıb. Onun sərvəti 22 milyard dollara çatıb, bu haqda Bloomberg nəşri yazıb.
Zoom səhmləri avqustun 31-də, bazar ertəsi günü rüblük mənfəət (il ərzində 355 faiz) hesabatını yayımladıqdan sonra 32 faiz artaraq 664 milyon dollara yüksəlib. Şirkətin təmiz mənfəəti demək olar ki, 186 milyon dollar təşkil edib. Zoom-un müştəri bazası 2019-cu illə müqayisədə 458 faiz artaraq, 370,2 min şirkətə yüksəlib.
Zoom koronavirus böhranının əsas benefisiarlarından birinə çevrilib. Ondan əlavə, planetin ən zəngin adamı hesab olunan Amazon şirkətinin yaradıcısı və sahibi Jeff Bezos-un korporasiyası da pandemiyadan qələbə ilə çıxıb. Milyarderin özü isə 2020-ci ildə dünya tarixində sərvəti 200 milyard dolları ötün keçən ilk insan olub.
Yeni böhranın daha bir benefisiarı Tesla şirkəti və onun qurucusu Elon Musk hesab edilir. Onun sərvəti 114 milyard dollara kimi artıb, beləliklə, o Bloomberg versiyası üzrə dünyanın ən zəngin adamlarının siyahısında üçüncü pilləyə yüksəlib.

Vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Rayonlara gediş-gəliş açılır.
Bu gün heç kimin ağlına belə gəlməz ki, mühasib – qadın peşəsi deyil. Həqiqətən, mühasibatlıqda kişilərə elə də tez-tez rast gəlinmir. Qarışıq sahələrdə – maliyyə, vergitutma, auditdə – onların sayı daha çoxdur. Lakin heç də həmişə belə olmayıb. Ötən əsrin əvvəllərinə kimi mühasibatlıq sırf kişi məşğuliyyəti olub. Əgər bəzi qadınlar xüsusi israrçılıq və inadkarlıq nümayiş etdirməsəydilər, ola bilsin ki, şirkətlərdə maliyyə işləri indiyə kimi kişilərin əlində qala bilərdi. Qadınlar isə kağızları bir-birinin üzərinə qalaqlamq və ilkin sənədləri toplamaqla, mühasibatlıqda ikinci rolları oynamaqda davam edərdilər. Peşəkar mühasib attestatını ilk qadın 1920-ci ildə alıb. Onun adı Meri Harris Smit olub və attestata doğru gedən yol ondan ötrü heç də asan olmayıb.