Gömrük risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsinin tətbiq edəcəyi daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Bu barədə “Report”a Komitədən bildirilib.

Qurumun Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Komitənin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Komitənin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da “Doing Business” indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir. Onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Qeyd edək ki, hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

posted in: Xəbər | 0

Tikinti şirkətləri: Gəlir və xərclər

Tikinti, Bina tikintisi fəaliyyəti, ƏDV, bina tikintisi, vergi öhdəlikləri,Bina tikintisi ilə məşğul olan sahibkarlar həm hüquqi şəxs yaradaraq, həm də fiziki şəxs kimi fəaliyyət göstərirlər. Mütəxəssislər bu fəaliyyət növü üzrə uçotun, hesabatlılığın özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsində edilmiş son əlavə və dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Məcəllənin 130.6-cı maddəsində göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bina tikinsi ilə bağlı gəlirlərin və xərclərin müəyyənləşdirilməsində aşağıdakı hallar nəzərə alınır:
  • Bu, uzunmüddətli bir fəaliyyətdir;
  • bina tikintisi bir ildən başqa ilə, hətta illər üzrə həyata keçirilə bilər. Həmçinin, mərhələlər üzrə də aparıla bilər;
  • gəlirlərin müəyyənləşdirilməsi üçün yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi həyata keçirilməlidir;
  • tikinti sahəsi üzrə məsrəflər olmalıdır ki, xərc hissəsi formalaşsın;
  • gəlir və xərc formalaşması üçün binanın müəyyən hissəsi və ya müəyyən mərhələsi tikilməlidir.

Məcəllədə əks olunan gəlirlərin formalaşması üzrə digər maddələri də nəzərdən keçirək:

Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Bundan əlavə, malların təqdim edilməsi anlayışını aydınlaşdırmaq üçün Vegi Məcəlləsinin 13.2.10.-cu maddəsinə baxmalıyıq.

Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alğı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Misal 1: Tutaq ki, “AA” MMC on mərtəbəli bina tikməyi qərara alıb və bunun üçün müvafiq olaraq elanlar verib. Tikinti işləri başlayana kimi bir neçə vətəndaşdan müqavilə əsasında 200.000 manat vəsait əldə edib.

Sual: Bu halda MMC-nin aldığı vəsait gəlir sayılırmı və bunun xərci nə qədərdir?

“AA” MMC-nin vətəndaşlardan aldığı 200.000 manat gəlir sayılmayacaq. Vətəndaşlarla müqavilə imzalamasına baxmayaraq, faktiki olaraq heç bir tikinti aparılmadığına görə bu məbləğ gəlir sayıla bilməz və bunun da xərci yoxdur. Amma bu məbləğdən əlavə dəyər vergisi hesablanılıb ödənilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, bina tikən şəxs təqdim etmə həyata keçirirsə, bu məbləğ onun gəliri sayılmalıdır. Bundan əlavə, 13.2.10.-cu maddəyə görə, bina tikən şəxsin bağladığı hər hansı bir alğı-satqı müqaviləsi və ya kooperativin qərarı ilə mənzilin özgəninkiləşdirilməsi gəlir sayılır. Buradan belə nəticə çıxarıla bilər ki, bina tikmədən əldə olunan məbləğ gəlir sayılmalıdır. Ancaq Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, gəlirlərin və xərclərinn formalaşması və tanınması üçün binanın hər hansı bir hissəsi və hər hansı bir mərhələsi tikilməlidir. Ona görə də misalda göstərilən 200.000 manat gəlir sayılmır.

Misal 2: Tutaq ki, “AA” MMC binanın bütün 10 mərtəbəsini vətəndaşlara satıb və satışdan 5.000.000 manat vəsait əldə edib. Faktiki olaraq isə 2020-ci ildə binanın ancaq 5 mərtəbəsini tikib yekunlaşdırıb və bunun satışından 2.900.000 manat əldə edib. Tikintinin smeta dəyəri 3.000.000 manatdır. 5 mərtəbənin faktiki tikintisi üçün 1.000.000 manat və torpaq sahəsinin alınması üçün 300.000 manat sərf edilib.

Sual: Bu zaman gəlirlər və xərclər necə formalaşır?

MMC-nin əldə etdiyi ümumi məbləğin 5.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə gəlir kimi faktiki tikdiyi sahədən əldə etdiyi 2.900.000 manatı göstərəcək. Bundan əlavə, smeta dəyərinin 3.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə xərc kimi faktiki çəkdiyi 1.000.000 manatı+ 300.000 manat torpağın dəyəri = 1.300.000 manat göstərəcək.

Beləliklə, bina tikintisində xərclər və gəlirlər faktiki yerinə yetirilmiş mərhələ üçün uçota alınır. Yerdə qalan daxilolmalar alınmış avans məbləğlər kimi, xərclər də gələcək dövrün xərcləri kimi uçota alınır və növbəti mərtəbələrdə və ya ilin sonunda binanın bir hissəsinin tikintisi yekunlaşdıqda yekunlaşan hissə üzrə gəlirlər və xərclər nəzərə alınır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblər üçün olduqca faydalı 5 shortcut

posted in: Excel, Xəbər | 0

Mühasiblər üçün olduqca faydalı 5 shortcut.

Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman və əmək aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat shortcut-lardan istifadə etmək hər zaman tövsiyə olunur. Bu gün, bu shortcut-lardan 5-i ilə tanış olacağıq.

1. Alt + E + S – Paste special dialoq qutusunun açılması

Bu kombinasiya böyük məlumat bazası, analitik cədvəllər, formullar istifadə edən professionalların daha çox istifadə etdiyi Paste Special dialoq qutusunun açılması üçündür.

shortcut

Əgər bu shortcutdan istifadə etməmiş olsaydıq, mouse düyməsinə sağ klikləyib ordan Paste Special seçməli olacaqdıq.

2. Ctrl + Shift + 8 – Cədvəli bütövlükdə seçmək
Bu shortcut ilə müəyyən aralıqların və ya bütöv cədvəllərin avtomatik seçilməsinə nail oluruq.

Məsələn aşağıdakı kimi bir cədvəli seçmək istəsək, təxminən belə bir şey etməli olacağıq.

shortcut

Bu, kiçik bir cədvəl olduğu üçün, çox da zaman itirmədik. Lakin cədvəllərin ölçülərinin ciddi şəkildə olduğu müasir dövrümüzdə eyni əməliyyatı edəcək Ctrl+Shift+8 shortcut-ı var. Necə rahatlıq gətirdiyinə aşağıdakı görüntüdən baxa bilərik. Cədvəlin istənilən xanasına gəlib Ctrl+Shift+8 basmağımız kifayət edəcəkdir.

shortcut

3. Alt + Down arrow key

shortcut

Mətn formatlı məlumat olan bir sütun olmuş olsun. Bu sütunun istənilən xanasına gəlib Alt + Down arrow key basdığımız zaman həmin sütunda daha əvvəl daxil edilmiş mətnlər drop-down list olaraq qarşımıza çıxacaq.

shortcut

Excel bundan əvvəl daxil etdiyimiz xanaları yadda saxlayaraq vaxta qənaət edə bilməmiz üçün hazır siyahı olaraq qarşımıza çıxarır. Bu, bir növ avtomatlaşdırılmış Drop-down list funksiyası daşıyır.

4. Alt + Enter – xana daxilinə ikinci sətirin əlavə edilməsi

Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur.

shortcut

Məsələn, yuxarıdakı Product description sözünü soldakı kimi yazmaq istəsək, xana çox enli olmuş olacaq. Bunun əvəzinə, ikinci sözü bir sətir aşağı “ata” bilərik. Bunun üçün ilk sözün sonuna gəlib Alt+Enter klikləməyimiz kifayət olacaqdır.

5. Ctrl+Page down/Page up

Sheet-lər arası naviqasiya edərkən mouse-dan istifadəni minimallaşdırmaq üçün məhz bu kombinasiyadan istifadə edilməlidir. Ctrl düyməsi basılı tutularaq Page Down və Page Up düymələri ilə irəli-geri hərəkət etmək mümkündür.

shortcut

Müəllif: Elçin Xəlilov


Bax: 


​​​​​​​Şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi

posted in: Xəbər | 0

işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Qərarda həmçinin deyilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun