Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (I hissə)

posted in: Xəbər | 0

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

…Və yalnız öz işinə olan sevgi, rahat və sakit fərəh hissi verə bilər. Adamlar bir-birinə xəyanət edir, uşaqlar valideynlərini məyus edir, …mühasibatlığa olan sevgi isə insanlara həqiqətən istilik verir.

“Ədəbiyyat – həyatımızın bir təzahürüdür, reallığın yazıçılar və şairlər tərəfindən necə qəbul edildiyinin sübutudur. Onların yaradıcılığı sayəsində biz fövqəladə dərəcədə çox şeylər öyrənirik… Yazıçılar və şairlər tərəfindən bizim peşə nümayəndələrinin – mühasiblərin dəyərləndirilməsi, hesabdarlıq işçisi fenomeninin üzə çıxarılmasına və eyni zamanda çağdaş cəmiyyətin dərk olunmasına kömək edir. Mühasib özünü könüllü və ya məcburi şəkildə, müəyyən edilmiş və şübhəsiz ki, özünü çox əhəmiyyətli bir işə həsr edən bir adamdır.

Bədii ədəbiyyatda, teatrda, kinoda əgər biz cəmiyyətdə formalaşmış mühasib stereotipini görməsək də, ən azından bu peşədən olan adama incəsənət insanlarının baxışlarını görə bilirik. Cansıxıcı və yeknəsək mühasib əməyi yazıçıları onların şərəfinə tərifli nəsə yazmağa ilhamlandırmır.  Mühasib obrazlarının uzun qalereyasında biz sakit və unudulmuş şəxsiyyətləri, öz işini sevən və sevməyən, vicdanlı, eləcə də dələduz, ola bilsin ki, öz işinə tamamilə yad olan adamlarla qarşılaşırıq.

Lakin nə qədər çox tarixin dərinliklərinə eniriksə, hesabdarlıq işçisinin daha pozitiv qiymətləndirilməsi ilə rastlaşırıq. Sokolovun fikrincə – bu, onunla əlaqədardır ki, o vaxtlar əsas əhali kütləsi nə oxumağı, nə də yazmağı bacarırdı. Hər bir savadlı adam, o cümlədən mühasiblər həm bunu, həm də digərini bacarırdılar. O səbəbdən olduqca vacib və hörmətli şəxslərə çevrilirdilər.
“İctimaiyyət tərəfindən qəbul olunma meyarları eyni deyildi, – Sokolov yazırdı. Onlar müxtəlif mühitlərdə fərqli idi. … Lakin, hamıdan ötrü obyektiv olan bir meyar – əmək haqqı var idi. Əlbəttə, o da fəqli idi. Müəllif , – o sözünə davam edirdi – çox maraqlı bir cədvəl qurmuşdu, hansı ki, orada bənna ilə mühasibin orta maaşı müqayisə edilirdi. Məlumatlar həqiqətən böyük təəssürat yaradır.

Həftəlik qazanc (dollar ekvivalentində) 

Şəhər                 inşaat işçisi   mühasib        mühasib və inşaatçı maaşının nisbəti

Yeni Dehli              3,33            40,00                                13

Beyrut                    20,00          180,00                               9

Madrid                    28,00          42,00                               1,5

Belqrad                  25,00           40, 00                              1,6

Tokio                      44,00           40,20                                0,9

Stokholm               122,64          94,64                                0,7

Nyu-York                248,00         127,50                               0,5

Diqqət yetirin, – Sokolov qeyd edirdi, – ölkə iqtisadi cəhətdən nə qədər inkişaf etmişsə, mühasibin əməyi bir o qədər az dəyərləndirilir. Yeni-Dehlidə mühasib, bənnadan 13 dəfə çox, kapitalist dünyasının maliyyə mərkəzi sayılan Nyu-Yorkda isə – iki dəfə az maaş alırdı. Bunun üzərində düşünmək gərəkdir ki, elmi-texniki inkişaf mühasiblərə nə gətirib” – professor qeyd edirdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisədən xidmət alışı zamanı hər hansı səbəbdən meydana çıxan gecikməyə görə (gömrükdə, anbarda və s.) həmin müəssisə daşıma xidmətindən əlavə müəyyən məbləğdə hesabat faktura göndərir. Gecikməyə görə tərəfimizdən ödənilən bu məbləğ 10% ÖMV-yə və 18% ƏDV-yə cəlb olunmalıdır mı? Yoxsa daşıma xidmətinin tərkib hissəsi kimi 6%-lə ÖMV-yə cəlb olunmalıdır?

Cavab: Bldiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əlavə olaraq bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 159-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Startapların hüquqi tənzimlənməsi

posted in: Xəbər | 0

Startapların hüquqi tənzimlənməsi

StartapStartap dedikdə innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və həmin qurum tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti başa düşülür.

Hazırda “Startap şəhadətnaməsinin verilməsi meyarları”nın təsdiq edilməsi üçün müvafiq tədbirlər icra olunmaqdadır.

Mövzu çərçivəsində qeyd edək ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar (və ya hüquqi şəxs) kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə gəlir vergisindən (mənfəət vergisindən) azaddır.

Onu da nəzərə almaq lazımdır ki, mikro sahibkar dedikdə işçilərinin sayı 10 nəfərədək, illik gəliri 200 min AZN-dək, kiçik sahibkar dedikdə isə işçilərin sayı 11-50 nəfərədək, illik gəliri 3 milyon AZN-dək olan sahibkarlar başa düşülür.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Valyutalı dəyərlərin səliqəyə salınması

posted in: Excel, Xəbər | 0

Valyutalı dəyərlərin səliqəyə salınması

Exceldə valyutalı dəyərlərin səliqəli və anlaşıqlı olması, doğruluq  qədər vacibdir. Bu səliqəyə nail olmaq isə olduqca sadədir. Aşağıdakı 2 cədvəldəki monetar dəyərlərdən hansının daha doğru və səliqəli formatlandığını soruşsam, nə cavab verərdiniz? Mavi, yoxsa yaşıl?

 

Əksəriyyət yaşıl cədvəlin daha səliqəli olduğunu deyəcəkdir, çünki ordakı dəyərlər və onların valyuta işarələri həm bir-birindən aralıdır, həm də valyuta işarələri xananın ən solunda yer almışdır. Bu isə, məlumatın anlaşılırlığını qatbaqat gücləndirir.

Həm mavi, həm də yaşıl cədvəllər Excel-in standard formatlaması ilə həyata keçirilib və sağdakı cədvəldəki kimi bir nəticə əldə etmək istəyiriksə, bir çox insanın etdiyi xətaya düşməməliyik.

Bir çoxumuz məbləğlərə valyuta işarələrini əlavə etmək istədiyimiz zaman Ctrl + 1 ilə formatlama qutusunu açır və Currency olan sətiri seçirik.

 

Belə olan halda? nəticə hər zaman mavi cədvəldəki kimi olur, yəni valyuta işarələri əlavə edilmiş, lakin məbləğə yapışmış vəziyyətdə olur. Bu problemi aradan qaldırmanın yolu isə, formatlamanı Currency olaraq yox, Accounting olaraq etməkdir.

 

OK kliklədikdən sonra isə, cədvəlimiz yaşıl cədvəl formatına dönüşəcəkdir.

Bəzi hallarda, məbləğləri Accounting olaraq formatladıqdan sonra belə, valyuta işarələrini məbləğlərə yapışmış halda görə bilərik. Bu zaman, son toxunuş olaraq, eyni Ctrl + 1 qutusundakı Alignment seksiyasına gedib, Horizontal dropdown siyahısından General seçərək OK klikləməliyik. Bununla da, bütün problemlər həll olunacaqdır.

 

Müəllif: Elçin Xəlilov


Bax: