Elektron alış aktının tərtib edilməsi

posted in: Xəbər | 0

icazə almaq, Subsidiyalar, Nəzarət-kassa, müavinət, müavinətin təyinatı,Nazirlər Kabineti “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” və “Elektron alış aktı”nın formasını təsdiq edib.

Mövzunu şərh edən iqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, “Elektron alış aktı” vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.

Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı isə mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:

  • elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;
  • Aktın növü (cari/düzəliş/ləğv);
  • satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;
  • vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);
  • kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;
  • sıra nömrəsi;
  • malın adı;
  • malın ölçü vahidi;
  • miqdarı;
  • malın vahidinin qiyməti (manatla);
  • malın məbləği (manatla);
  • yekun məbləğ (rəqəm və yazı ilə);
  • malın təqdim edildiyi ünvan.
Elektron alış aktı aşağıdakı qaydada doldurulur:

– “Növü” rekvizitində – elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;

– “Kimdən” sətrində – satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

– “Kimə” sətrində – vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

– “Kağız daşıyıcıda tərtib edilən alış aktının” sətrində – kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;

– “Sıra nömrəsi” sütununda – alınmış malların adlarının ardıcıl nömrələri;

– “Malın adı” sütununda – malın adı;

– “Ölçü vahidi” sütununda – malın ölçü vahidi;

– “Miqdarı” sütununda – malın miqdarı;

– “Malın vahidinin qiyməti (manatla)” sütununda – malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;

– “Məbləği (manatla)” sütununda – malın ümumi dəyəri;

– “Yekun” sətrində – “Məbləği (manatla)” sütunundakı məbləğlərin cəmi;

– “Ünvanda” sətrində – malların təqdim edildiyi yerin ünvanı;

– “Təhvil verdim” sətrində – təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;

– “Təhvil aldım” sətrində – təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix.

Elektron alış aktının seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik yaradılır. Sənəddə məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir. Elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır. Aktın bütün xanalarının doldurulması zəruridir. Onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir. Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının “Növü” rekvizitində “Düzəliş” qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi “Sair qeydlər” rekvizitində göstərilir.

Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir.

Qaydalara əsasən, vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.

Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir.

“Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda, elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək, vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən 5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.

Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – AVİS vasitəsilə həyata keçirilir. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Aktın eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

EOMONTH funksiyası – hər ayın son gününün hesablanması

posted in: Excel, Xəbər | 0

EOMONTH funksiyası – hər ayın son gününün hesablanması


Hər hansı bir tarixə əsasən həmin aydakı son günü formul vasitəsilə hesablamaq istəsək bunu EOMONTH funksiyası ilə etməliyik. Məsələn, 13 yanvar 2015-ci il tarixinə əsasən, həmin aydakı ən son günü hesablamağa çalışaq.

EOMONTH function - 1

Bunun etmək üçün, aşağıdakı kimi bir formuldan istifadə etməliyik:

EOMONTH function - 2

Gördüyümüz kimi, funksiya 2 komponentdən ibarətdir:

  1. Start date – başlanğıc tarixi. Excel bu tarixi əsas alaraq hesablama aparacaqdır – 13 yanvar 2015
  2. Months – neçə ay “irəliləmək” istədiyimizi ifadə edən rəqəm – biz sıfır yazmışıq, çünki mövcud ayın son gününü hesablamaq istəyirik.

Enter düyməsinə basdıqdan sonra, Excel ayın son gününü hesablamış olacaq. Bunu hər zaman dəqiqliklə edə bilməsinin səbəbi, Excel platformasına astronomik təqvimin daha öncədən daxil edilmiş olmasıdır.

Funksiyanın ikinci komponenti üzərində bir az daha ətraflı durmaq istəyirəm. Misalımızda biz Monthsolaraq 0 seçdik, çünki mövcud ayın son gününü hesablamaq məqsədi güdürdük. Lakin, bir sonrakı ayın, 3 ay sonrakı ayın son gününü hesablamaq istəsək nə etməli?

Cavab, düşünürəm ki, çox açıqdır. Bir sonrakı ayın son gününü hesablamaq istəsək 0 yerinə 1 yazmalıyıq.

EOMONTH function - 3

Eyni məntiqlə, daha öncəki ayların son günlərini hesablaya bilmək üçün, geri gedəcəyimiz ay sayısının qarşısına mənfi işarəsini qoymağımız kifayət edəcəkdir. Aşağıdakı cədvəldə, Months komponentinə fərqli dəyərlər daxil etməklə nəticənin necə dəyişdiyini müşahidə etmək mümkündür.

EOMONTH function - 4

Əlavədəki faylı yükləyərək, funksiyanı daha ətraflı analiz edə bilərsiniz.

Faylı yükləyin: EOMONTH funksiyası
Müəllif: Elçin Xəlilov

Bax: 


Effektiv kollektivi necə toplamalı? (II hissə)

posted in: Xəbər | 0

mühasib peşəsiEffektiv kollektivi necə toplamalı? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İstənilən problemi həll edə biləcək vahid işçi kollektivin yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.

Beləliklə, namizəd bütün yoxlamalardan keçdi və işə başladı. Əgər o, ağıl və məsuliyyət göstərirsə, amma, işlər hələ də qaydasında getməzsə, onun qabiliyyətlərinə daha uyğun olan digər vəzifələri tapmağa çalışın. Əgər işçi öz vəzifələrinin öhdəsindən açıq-aydın gəlmirsə, onu maksimum sürətlə işdən çıxarın. Əlbəttə ki, həmişə insana ikinci şans da vermək olar. Amma təcrübə göstərir ki, demək olar ki, heç kim ondan istifadə etmir.

Belə diqqətli seçim etməklə siz şirkətə yalnız düzgün insanları gətirmək üçün zəmanət verəcəksiniz və sürətli işdən çıxarılma “uyğun olmayan” əməkdaşın biznesinizə zərər vurmasına imkan verməyəcək.

İndi isə sizə müəyyən sualları təqdim edəcəyik. Həmin sualların vasitəsilə şəxsin “sizin” namizəd olub-olmadığını müəyyən edə biləcəksiniz:

  • Namizədin lazımi ixtisası və təcrübəsi varmı?
  • O, ağıllıdırmı?
  • O, hər şeylə maraqlanan və enerjili biridirmi?
  • İşlədiyi sahə onun xoşuna gəlirmi?
  • Mən onunla bir komandada işləmək istəyirəmmi?
  • Mən onu idarə edə biləcəyəmi?
  • Onun təcrübəsinə görə istədiyi qədər ödəməyə hazırammı?
  • Həqiqətənmi, o götürdüyüm işdə maraqlıdır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İki brend bir arada – BirKart Umico kartını qarşılayın!

posted in: Xəbər | 0

Kapital Bank “Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend BirKart Umico kartını təqdim etdi. Adi keşbek kartlarından fərqli olaraq bu kart sahibinə ikiqat üstünlüklər və ikiqat keşbek qazandırır.

BirKart Umico vasitəsi ilə müştərilər həm BirKart-ın nağdsız ödənişlərdən verdiyi, həm də Umico proqramının daxili partnyor şəbəkəsində aparılan alış-veriş əməliyyatlarından verdiyi keşbek məbləğini qazanırlar. Qazanılan keşbeklər müştərinin Umico hesabında toplanılır. Yeni BirKart Umico debet, eləcə də taksit kartı kimi istifadə oluna bilər. Yəni müştərilər yeni kart vasitəsilə BirKart-ın taksit imkanlarından da yararlana bilərlər. BirKart Umico debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur.

Həmçinin, 1 milyondan artıq yüklənən və ölkənin ən məşhur tətbiqi olan BirBank-da istifadəçilər üçün xüsusi bölmə yaradılıb ki, bu bölmə vasitəsilə müştərilər Umico-da olan bonuslarını izləyə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.