Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

posted in: Vergi, Xəbər | 0

rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməGəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

Sual: 01.01.2019-cu il tarixdə Vergi Məcəlləsində edilmiş dəyişikliklə bağlı işlədiyim təşkilatda daxil olan müraciətlərlə bağlı bəzi suallara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Belə ki, Məcəllənin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına da vergi güzəşti tətbiq edilir. Müraciət edən şəxslərin bir hissəsinin atası 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Atanın vəfat etmə səbəbi müharibədə aldığı yaralar deyildir. Eyni qaydada olan digər müharibə iştirakçılarının övladlarından da müraciət daxil olurdu.

Bizim təşkilatda əvvəlcə yalnız şəhid övladlarına bu güzəştlər tətbiq edilirdi. Vergilər Nazirliyinə müraciət etdikdə güzəştin bütün müharibə iştirakçılarına şamil olunduğu bildirildi. Lakin güzəştlərin tətbiqi üçün tələb olunan sənədlərin siyahısı verilmiş Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarında sənədlərin siyahısı yoxdur. Həmin qərarın 1.5-ci bəndində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi vəsiqənin təqdim edilməsi tələb olunurş Göstərilən Xidmət bu vəsiqəni yalnız şəhid ailəsinə verir. Qeyd edilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə və Nazirlər Kabinetinin 04.01.2001-ci il tarixli 4 nömrəli qərarına aydınlıq gətirilməsini xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az


Bax:


Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (I hissə)

posted in: Audit, Xəbər | 0

Kənar audit, Daxili Audit, auditorlar palatası,Peşəkar fəaliyyət şəraitinin öyrənilməsi, habelə müəyyən işçilərin peşəsində tələb olunan şəxsi keyfiyyətlərin, şəxsi inkişaf səviyyələrinin müəyyənləşdirilməsi, hazırda peşəkar fəaliyyətin səmərəliliyinin artırılması prosesində prioritet hala gəlir. Bu məsələlər gələcək mühasiblərin və auditorların hazırlanması, təlimi və peşəkarlığı məsələlərinin həllində aktuallaşır. Həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının iqtisadi nəticələrinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Auditorun fəaliyyəti çoxplanlı və mürəkkəbdir. Psixoloji cəhətdən zəngindir. Çünki şəxsiyyətlərarası qarşılıqlı əlaqə çərçivəsində mövcuddur. Auditor öz əmək funksiyalarını yerinə yetirərkən, onun bilikləri, məlumatları, qərarları, təşkilati və normativ hüquqi resursları, ekspert qiymətləndirmələri, digər mütəxəssislərin hərəkətləri, habelə yuxarıda sadalananları həm öz fikirlərində, həm də auditin təşəbbüskar rəhbərlərinin fikirlərində subyektiv əks olunduğu çoxlu sayda elementləri fəaliyyət göstərir.

Bununla yanaşı, mühasibat uçotu və audit sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, onların rəqabət qabiliyyətliliyinin təmin edilməsi və müvafiq olaraq peşə uzunömürlülüyünün təmin edilməsi və peşə seçimindən məmnunluğun əldə edilməsi problemləri hələ də gündəmdədir. Qeyd olunan problemlərin həllinin həm nəzəri, həm də tətbiqi aspektlərinə həsr olunmuş işlər olduqca azdır.

Akmeologiya (insan haqqında kompleks elm), əmək psixologiyası və peşəkarlıq psixologiyasında peşəkar fəaliyyətin səmərəliliyi problemi daha böyük əhəmiyyət kəsb etmişdir. Müəlliflərin çoxu öz tədqiqatlarını müxtəlif fəaliyyət növlərinin effektivliyi amillərinin (ilk növbədə idarəçilik, daxili işlər orqanları əməkdaşlarının, psixoloqların, dövlət qulluqçularının, hərbi qulluqçuların, müəllimlərin, məktəbəqədər təhsil müəllimlərinin və s.) öyrənilməsinə həsr etmişlər. Lakin psixoloji ədəbiyyatın təhlili göstərdi ki, auditorun peşəkar fəaliyyət problemləri, onun effektivliyinin şərtləri və amilləri az araşdırılıb. Bu da qeyd olunan mövzunun aktuallığını və yeniliyini təsdiq edir.

Araşdırmanın məqsədinə uyğun olaraq tərəfimizdən auditorun peşəkar fəaliyyəti-nin ümumi şərtləri və əsas amilləri öyrənilib. Bununla yanaşı, biz sosial-bioqrafik xüsusiyyətləri şərt kimi nəzərdən keçirirdik ki, bu da auditor-mütəxəssisin təşəkkülünü və inkişafını şərtləndirir. Faktorlar kimi isə idrak və dəyər-motivasiya sahəsinin xüsusiyyətləri, auditorun şəxsi keyfiyyətləri, həmçinin təşkilatda şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətləri öyrənilirdi.

Araşdırmamızın birinci mərhələsində müəyyən olunmuşdur ki, auditorların peşəkar təşəkkülünün ümumi şərtləri aşağıdakılardır:

  • peşə istiqamətinə uyğun olaraq peşə seçimi – öyrənilən fənlərə maraq, ali təhsil müəssisəsində təhsil prosesində münaqişəsizliyi və asanlığı, düzgünlük və səriştəlik kimi peşəkar dəyərlərin üstünlüyünü müəyyən edir;
  • şəxsi nailiyyət qismində seçim-işəgötürənlərin, həmkarların və ictimaiyyətin etimadını, eləcə də öz vəzifələrindən məmnunluğu.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı pandemiya səbəbindən 5 il ərzində 82 trilyon dollar itirə bilər

posted in: iqtisadiyyat, Xəbər | 0

Dünya iqtisadiyyatı pandemiya səbəbindən 5 il ərzində 82 trilyon dollar itirə bilər

Ekspertlərin gəldiyi qənaət belədir

Kembric Universitetinin nəzdində Judge Business School yanında risk araşdırması Mərkəzinin mütəxəssislərinin  hesablamalarına görə, COVID-19 koronavirus pandemiyası dünya iqtisadiyyatına 82 trilyon dollara başa gələ bilər.

“İqtisadi depressiya”  ssenarisinə uyğun olaraq, iqtisadiyyat beş il ərzində bu cür ciddi itkilərə məruz qala bilər.

Bununla yanaşı, ekspertlərin “nikbin” ssenarisi analoji dövrdə 3,3 trilyon dollar həcmində itkiləri nəzərdə tutur. Konsensus proqnozuna görə, bu göstərici beş il ərzində 26,8 trilyon dollar və ya dünya ÜDM-nin 5,3% – ni təşkil edəcək.

Ötən il dünyanın 19 ən iri iqtisadiyyatının ÜDM-i ümumilikdə 69,2 trilyon dollar təşkil edib.

BNP Paribas-ın eksperti Pol Hollinqsvortun sözlərinə görə, koronavirus pandemiyası struktur dəyişiklikləri ilə nəticələnəcək, o cümlədən ev təsərrüfatlarının əmanətlərinin həcminin artması, proteksionizmin artması, təchizat zəncirinin yenidən təşkili və rəqəmsal texnologiyaların daha da inkişaf etdirilməsi müşahidə ediləcək.

“Biz, yəqin ki, gələcəkdə əmək bazarının və əmək haqqının perspektivləri barədə narahatlıqlar fonunda insanların öz əmanətlərini artırmaq arzusunu müşahidə edəcəyik”, – o bildirib ki, istehlakçıların davranışına dərman və vergilərin potensial xərcləri ilə bağlı narahatlıqlar da təsir göstərə bilər.

ABŞ iqtisadiyyatı üçün potensial zərər 550 milyard dollar ilə 19,9 trilyon dollar arasında dəyişir. Bununla yanaşı, hələ əminliklə demək olar ki, maliyyə bazarları proqnozlarda qlobal depressiyanı proqnozlaşdırmır. MarketWatch yazır ki, ABŞ fond indeksi S&P 500, mart ayında əldə olunan qiymətlərdən 30% çox artıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət qulluğu ilə bağlı müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilib

posted in: Xəbər | 0

Dövlət qulluğu ilə bağlı müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilib

Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi iyulun 13-dən etibarən martın 18-dən təxirə salınan 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlayıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.

Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib.

Bu səbəbdən namizədlərə Mərkəzin internet portalında Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun