Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb
Dünyanın əsas ehtiyat valyutası kimi dolların hökmranlığı Avropa ittifaqı (AI) liderlərinin Avropa iqtisadiyyatının xilası ilə bağlı razılığa gəlməsindən sonra təhlükə altına düşə bilər. Bloomberg yazır ki, “Credit Agricole” və “Mizuho International Plc.” analitikləri bu cür nəticələrə dair qərar veriblər.
Dünya valyuta ehtiyatlarının 60 faizindən çoxu dolların payına (valyuta ehtiyatlarında avronun payı isə 20 faiz təşkil edir) düşür. O, beynəlxalq tranzaksiyalarda digər valyutalardan daha çox istifadə olunur.
Lakin, Aİ tərəfindən təsdiqlənmiş stimullar paketi vahid Avropa valyutasının cəlbediciliyini artırır. Ekspertlər hesab edirlər ki, qlobal iqtisadiyyat pandemiyadan bərpa olunmağa başlayınca, avro getdikcə daha da möhkəmlənəcək. Bundan başqa, Avropa İttifaqının birgə borc öhdəlikləri ABŞ-ın xəzinədarlıq istiqrazlarına alternativ ola bilər. Analitiklər hesab edirlər ki, əgər bu, baş verərsə, dolların ehtiyatlardakı payı 1990-cı illərdəki minimuma qayıda bilər.
A.G. Bisset Associate şirkətinin baş direktoru Ulf Lindal proqnozlaşdırır ki, bu göstərici üzrə avro növbəti 16 ay ərzində dollara nisbətdə 30 faizdən çox qalxa bilər. Ancaq belə bir perspektiv üçün başlıca maneə, bütün valyuta əməliyyatlarının 85 faizinin dolların iştirakı ilə baş verməsidir.

Vakansiya: Mühasib tələb olunur.
Sual: Fiziki şəxsin əlavə iş yeri olduqda, əlavə iş yerindən ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanuna edilən son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən bütün işəgötürən və işçiləri vacib bir məsələ – istifadə olunmamış məzuniyyət üçün ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması çox maraqlandırırdı. Məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən aşağıdakı şəkildə aydınlıq gətirilib: “Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir. Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.”