Nazirlikdən sığortaolunanlarla bağlı yeni addım

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar“Sığortaedənlər 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, toplanan 1,1 milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib:

“Bu da fərdi hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub. Bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq”.

Qeyd edək ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə dəstəyi almaq üçün 147 min 803 vergi ödəyicisi müraciət edib

posted in: Xəbər | 0

iqtisadiyyat Nazirliyi,Avqustun 6-na İqtisadiyyat Nazirliyinə koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 95 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 min 708 fərdi (mikro) sahibkar, cəmi 147 min 803 vergi ödəyicisi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 min 732 işçini əhatə edən 29 min 95 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 min 856 vergi ödəyicisinə 215 min 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 min 708 vergi ödəyicisindən müraciət daxil olub, 111 min 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 milyon manat vəsaitin 106 min 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ötən ay Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 340,2 milyon manat olub

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsiİyulda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 340 milyon 210 min manat olub.

Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 126 min manat, əlavə dəyər vergisi üzrə 241 milyon 428 min manat, aksizlər üzrə 11 milyon 816 min manat, yol vergisi üzrə isə 2 milyon 840 min manat təşkil edib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib

posted in: Xəbər | 0

Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib

Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu gün ölkəmizdə mövcud olan, Mərkəzi Bank tərəfindən yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, “Müştəridən müştəriyə”) tipli ödənişlərin həyata keçirilməsi təmin olunub.

AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcəkdir. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək.

AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun