İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar, cərimələr, karantin, İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2,

maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222; Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 41-VIQD nömrəli, 24 aprel tarixli 62-VIQD nömrəli, 1 may tarixli 69-VIQD nömrəli, 8 may tarixli 94-VIQD nömrəli, 2 iyun tarixli 124-VIQD nömrəli qanunları) aşağıdakı məzmunda 370-2-ci maddə əlavə edilsin:

“Maddə 370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması

370-2.1. Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə —

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

370-2.2. Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə —

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra iş, səyahət və əyləncələr necə olacaq? (I hissə)

posted in: Xəbər | 0

Artıq indidən aydındır ki, özünütəcriddən sonra bizim həyat tərzimiz əvvəlki tək olmayacaq. Karantin bitəndən sonra hamı necə işləyəcək, alış-verişi necə edəcək, necə qidalanacaq, səyahətə necə gedəcək və necə əylənəcək, bax, bunu araşdırmağa çalışdıq.

İş necə dəyişəcək?

İş yerlərinin layihələndirilməsinin özü artıq dəyişəcək. Opens-peyslərin sayının azalacası ehtimalı var. Onların əvəzinə isə daha çox kamera tipli kabinetlər sistemi gələcək.

Bunu etmək mümkün olmayan yerlərdə iş yerlərinin işarələnməsi (stollar arasında arakəsmələr, döşəmədə və s. işarələr) həyata keçiriləcək. Bunların həddən ziyadə formal görünməməsindən ötrü iş məkanlarının dizaynerləri orqanik şüşələrdən olan şəffaf arakəsmələrdən və döşəmələrdə üzərində xüsusi həndəsi naxışları olan xalçalardan istifadə etməyi təklif etməyə hazır olacaqlar. Əməkdaşlar da sosial distansiyanın qayğısına qalmağa başlayacaqlar.

Ümumilikdə, çoxlu sayda insanların bir məkanda toplanmasına gətirib çıxaran müşavirələrin və digər iş tədbirlərinin sayları azaldılacaq. Digər bir variant isə – belə görüşlərin karantin rejimi qurtarandan sonra da onlayn rejimdə keçirilməsi ola bilər.

Müdafiə vasitələri

Ən azından işə getdikdən sonrakı ilk aylar ərzində bir çox sahibkarlar, əməkdaşları maska ​​taxmağı və temperaturu daim ölçməyi məcbur edəcəklər.

Eləcə də ofislər əlləri yumaq üçün əlavə dezinfeksiyaedici vasitələrlə təchiz olunacaq, təmizlik işlərinin sayı artırılacaq və nəzarətedici orqanın tövsiyələri əsasında iş yerləri daha tez-tez havalandırılacaq. Bəzi məkanlarda ola bilsin ki, kondinsioner sistemi vasitələri tam şəkildə dəyişdiriləcək və havanın daha güclü şəkildə filtrasiyası həyata keçiriləcək.

Çox güman ki, yeni ofis binaları artıq tamamilə fərqli hava dövriyyəsi sistemi ilə layihələndiriləcək. İndi biznes-mərkəzlərinin əksəriyyətində bu qapalı sistemdir: indiki sistemlər küçədən təmiz havanı içəri verməyərək, yalnız otaqlardakı “köhnə” havanı dövr etdirməklə məşğuldur. Bu çatışmazlıq tədricən aradan qaldırılacaq. Belə ki, təcrübə sübut edib ki, bu əməkdaşların xəstələnməsi səviyyəsinə təsir göstərir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirildi. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.

Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir.

Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edildi. Ümumilikdə isə  sosial təminat proqramları 500 mindən çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldildi.

Həmçinin sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərildi. “Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir” – deyə nazir bildirib.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!

posted in: Xəbər | 0

Kapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərçivəsində Kapital Bank-dan hər 1000 manat kredit məbləği üçün, ayda cəmi 33 manat ödəniş edə bilər.

Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 15 sentyabr 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun