Read More9
Read More9

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma

posted in: Excel, Xəbər | 0

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma

Yuvarlaqlaşdırma, excel,, Mühasibat Dövriyyə-QalıqYuvarlaqlaşdırma əməliyyatı ilə hamımız tanışıq. Ümumi qaydaya əsasən, əgər yuvarlaqlaşdırılan rəqəm 5 və ya daha böyükdürsə, o zaman yuvarlaqlaşdırma 10-a, 5-dən aşağı isə 0-a tamamlanır. Misal üçün, 2,34 ədədi onluq dərəcəsinə yuvarlaqlaşdırılsa, 2,3 olacaq, çünki yüzlük dərəcəsindəki rəqəm 4-dür, yəni 5-dən aşağıdır. 2,36 isə 2,4 olacaq, çünki 6 5-dən böyükdür. 

Excel-də yuvarlaqlaşdırma əməliyyatı əsasən ROUND funksiyası ilə həyata keçirilir və yazılış qaydası belədir:

=ROUND(number;num_digits)

Number: Yuvarlaqlaşdırmaq istədiyimiz ədəd

Num_digits: Yuvarlaqlaşdırılan dərəcə (onluq-1, yüzlük-2, minlik-3 və s.)

Misalımıza nəzər yetirək.

ROUND function - 1

Yuvarlaqlaşdırma istədiyimiz ədəd 2,348546, dərəcəsi isə minlik olsun. 3 rəqəmi bizə vergüldən sonra 3 rəqəm qalacağını bildirir. Funksiyamızı çalışdırdığımız zaman Excel ədədimizi alıb, vergüldən sonra 3 rəqəm qalacaq şəkildə yuvarlaqlaşdıracaq.

ROUND function - 2

Nəticə 2,349 olacaq. 8-dən sonra 5 olduğu üçün, 8 rəqəmi 9-a çevrildi.

Num_digits mənfi rəqəm də ola bilər. Belə olan halda, yuvarlaqlaşdırma vergüldən sola doğru gedəcək. Gəlin ədədi böyüdək və mənfi rəqəm ilə yuvarlaqlaşdırmağa çalışaq.

ROUND function - 3

Gördüyünüz kimi, num_digits mənfi rəqəm olduğu üçün, yuvarlaqlaşdırma əməliyyatı sola doğru işləmiş oldu. 115 ədədi onluq dərəcəsində yuvarlaqlaşdırıldı və 120 ədədi əldə edilmiş oldu.

Formulu özünüz yazıb, eksperiment apararaq daha yaxşı qavrama fürsətiniz olacaq. Həm mənfi, həm müsbət, həm də sıfır yazaraq nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.

Uğurlar!

Müəllif: Elçin Xəlilov


Həmçinin bax:


Vakansiya: İnventarlar üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

İş vaxtından əlavə iş, iş prosesinin tənzimlənməsi, Maliyyə üzrə mütəxəssis, vakansiya, mühasib, Əmək haqqının hesablanması üzrə Mühasib, vakansiya, e-qaimənin müddəti, əsas vəsait, amortizasiya, Maliyyə mütəxəssisi, vakansiya,Vakansiya: inventarlar üzrə mühasib tələb olunur

İşəgötürən: A+CO MMC

Vakansiya barədə məlumat:

– Əsas vəsaitlərin uçotu,izlənilməsi,yerdəyişmələrin sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemə işlənilməsi

– Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotu

– Digər inventarların uçotu , sayımların təşkili və ehityac yaranarsa sayımlarda iştirak

– Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması

– Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi

– İş yeri: Xırdalan şəhəri

– 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək

– Nahar Şirkət tərəfindən təmin olunur.

Namizədə tələblər:

– Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir

– Yaş: 24-33

– Cins: Yalnız kişi namizədlər

– Maliyyə sahəsi üzrə karyera qurmaq hədəfi

– MS Office (MS Excel) proqram bilikləri

– Logo Tiger 3 Enterprise proqram bilikləri

– Rus dili biliyi (iş gərəyi lazım olacaq)

– Məsuliyyətlilik və detallara qarşı diqqətlilik

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə inventarlar üzrə mühasib yazaraq / ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: finstaff.az


Vakansiya: Biznesə Nəzarət və Maliyyə Təhlilçisi

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Vakansiya: Biznesə Nəzarət və Maliyyə Təhlilçisi

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Əmək haqqı: Razılaşma əsasında müəyyən olunur

Vakansiya barədə məlumat:

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.

İşin Təsviri:

Maliyyə hesabatlarının hazırlanması, maliyyə hesabatlarının təhlili, digər müxtəlif növ maliyyə təhlilləri (rentabellik, maya dəyəri, qiymətləndirmə və.s) və maliyə modellerinin qurulması sahəsində təcrübəsi olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Büdcələşdirmə prosesinin idarə edilməsi və büdcə nəzarəti prosesinin qurulması və izlənməsi;
  • Müxtəlif idarəetmə hesabatlarının hazırlanması və təhlili;
  • Maliyyə hesabatlarının, şirkətin dövri performansının və əsas KPI-larının təhlili və müvafiq hesabatların hazırlanması;
  • Müxtəlif investisiya, maliyyələşdirmə, qiymətləndirmə və digər layihələr üzrə maliyyə təhlili modellərinin qurulması və layihlərin dəyərləndirilməsi;
  • Rəhbərliyin tapşırığı ilə müxtəlif maliyyə istiqamətli layihələrin idarə edilməsi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

– Nahar ilə təmin edilmə;

– Endirimli tibb xidməti;

– Mobil nömrə və telefon limiti.

İş qrafiki: 5 günlük

Namizədə tələblər

İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsində minumum 5 il iş təcrübəsi.

Təhsil: Ali iqtisadi təhsil.

Yaş həddi: 28-40

– Komanda quruculuğu və komandanın idarəedilməsi;

– Problemləri həll etmə bacarığı və punktuallıq;

– Yüksək analitik təhlil qabiliyyəti;

– MS Office proqramları biliyi (yüksək səviyyədə);

– Hesabatlılıq (Word üzərindən);

– İngilis və rus dillərini bilmək arzuolunandır;

– Maliyyə və mühasibatlıq sahələrində beynəlxalq kvalifikasiyalar (ACCA,CİMA və CPA) arzuolunandır.

Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Biznesə Nəzarət və Maliyyə Təhlilçisi yazmaqla CV göndərərək müraciət edilir.
Mənbə: finstaff.az

Rusiyada yoxsulluq səviyyəsi hesablandı

posted in: Xəbər | 0

Rusiyada median gəlirlərin fiksasiya olunmuş mal və xidmət dəstinin dəyərinin orta nisbəti (yoxsulluq səviyyəsi) 1,65 təşkil edir. Yoxsulluq həddindən aşağı olan əhali payı isə əlavə göstərici sayılırdı. Müvafiq nəticələr Rusiya statistika komitəsinin (Rosstat) məlumatlarına əsasən RİA Novosti mütəxəssisləri tərəfindən təqdim edilib.

Eyni zamanda, 65 bölgədə bu göstəricilər orta Rusiya səviyyəsindən aşağı, 20 federasiya subyektində isə həmin səviyyədən yuxarı olmuşdur. Ən yüksək göstəricilər Yamalo-Nenets (3.11) və Nenets muxtar dairələrində (2.92), Moskva (2.4), Çukotka muxtar dairəsi (2.27) və Maqadan vilayətində (2.26) olmuşdur. Yüksək göstərcilər həmçinin Saxalin vilayətində (2.22), Xantı-Mansi muxtar dairəsi – Yuqra (2.17), Moskva vilayətində (2.08) və Sankt-Peterburqda (2.05) qeydə alınıb.

Reytinqdə sonuncu yeri 0,97 göstəricisi ilə Tuva Respublikası tutub. Yoxsulluq baxımından ən pis vəziyyətin qeydə alındığı bölgələr arasında Kurqan, Qaraçay-Çərkəz, İnquşetiya Respublikası, Kalmıkiya və Altay da var.

Ümumilikdə, Rusiyada 2019-cu ilin sonunda yoxsulluq səviyyəsi 12,3 faiz təşkil etmişdir – təxminən 18 milyon vətəndaş yaşayış səviyyəsindən aşağı gəlir əldə edir. Yaşayış minimumunun yarısından az qazanc əldə edən adamlar əhalinin 1,9 faizini təşkil edir. Federasiyanın 17 subyektində yoxsul əhalinin payı 10 faizdən bir qədər az hissəni təşkil edir.

Rusiyanın müasir tarixində yoxsulluğun ən kiçik payı 2012-ci ildə qeydə alınıb (10,8 faiz və ya 15,5 milyon nəfər). Ancaq, 2000-ci ilə nisbətən yoxsul adamların sayı 2,3 dəfə azalıbdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!