Koronavirus pandemiyasının gözlənilməz təsiri

posted in: Xəbər | 0

Koronavirus pandemiyasının gözlənilməz təsiri

Alimlər 2020-ci ildə baş verən koronavirus pandemiyasının gözlənilməz təsirini qeyd ediblər. İnfeksiyanın yayılması ətraf mühitin qorunması məqsədini pozaraq birdəfəlik istifadə olunan plastik istehlakının kəskin artmasına səbəb olub. Bu barədə Science jurnalı yazıb.

Tədqiqatçıların sözlərinə görə, 2040-cı ilə qədər dünya okeanına atılan plastik kütlənin həcmi üç dəfə arta bilər və pandemiya vəziyyəti daha da ağırlaşdırır. Alimlər iqtisadi modelin köməyi ilə plastik kütləsinin dövriyyəsini qiymətləndirərək, böhrandan çıxmaq üçün plan işləyib hazırladılar.

Mütəxəssislər belə qənaətə gəliblər ki, plastik tullantılarının həcmi 80 faiz azaldıla bilər. Amma bundan ötrü ilk növbədə ilkin plastik kütlənin istehsalını azaltmaq lazımdır. İkinci addım kimi bütün dünyada tullantıların yığımı sisteminin təkmilləşdirilməsi və utilizasiyası asan olan plastik məhsulların işlənib hazırlanmasına investisiyalar yatırılması olardı. “Lakin biz plastik kütlənin yığımını və emalını kəskin şəkildə artıra bilsək belə, ilkin plastik istehsalını 2020-ci il səviyyəsində dondurmasaq, qarşıya qoyulan məqsədlərə hələ də nail ola bilməyəcəyik”, – deyə, mütəxəssislər qeyd ediblər.

Dəniz iqtisadiyyatının öyrənilməsi ilə məşğul olan alimlər bundan əvvəl dənizlərə yatırılan investisiyaları ən perspktivli sərmayələr adlandırmışdılar. Onların sözlərinə görə, dənizdə külək enerjisi qurğularının inşasına və təbii, zülallarla zəngin ərzaq məhsullarının əldə olunmasından ötrü okeanların mənimsənilməsinə yönələn sərmayələr çox faydalı və xeyirli ola bilər.


Bax: “Zənginliyə can atmaq bəşəriyyətin başlıca təhlükəsidir”


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Zənginliyə can atmaq bəşəriyyətin başlıca təhlükəsidir”

posted in: Xəbər | 0

Var-dövlət hərisliyi və həddən ziyadə istehlak, bəşəriyyətin inkişafı üçün başlıca təhlükədir. Avstraliya, İsveçrə və Böyük Britaniyadan olan alimlər belə hesab edirlər. Bununla bağlı məqalə Nature Communications jurnalında çap olunub.

BMT-nin məlumatına görə, dünya ÜDM-nin təxminən yarısı bəşəriyyətin ətraf mühitdən aldığı resurslarla bağlıdır. Rifahın yüksəlməsi atmosferə zərərli maddələrin atılmasının artmasına gətirib çıxarır. Bu proses ətraf mühitin qorunmasına yönəlmiş yeni texnologiyaların ortaya çıxmasını qabaqlayır. Mütəxəssislər həddindən artıq istehlakı planet üçün təhlükəli olaraq xarakterizə edir və bərabərsizliyi azaltmağın, “sərvətin və ona sahib olanların açıq bir üstünlük olduğu anlayışına meydan oxumaq” lazım olduğunu vurğulayırlar.

İyun ayında ümumi qlobal sərvətin koronavirus pandemiyasının nəticələri səbəbindən 2020-ci ildə 16 trilyon dollar azala biləcəyi məlum olub. 2008-ci ildəki maliyyə böhranı isə dünya kapitalını 10,2 trilyon dollar azaltmışdı.

Wealth-X şirkətinin apardığı tədqiqatların nəticəsinə görə, 2010-cu ildən 2020-ci ilə kimi bütün dünyada varlıların sayı 50 faiz artıb. Qlobal sərvətin təxminən üçdə biri –  104 trilyon dollar, sərvəti bir milyon dollardan artıq olan insanların nəzarəti altındadır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya bankları yüz milyonlarla dollar əmanətləri itirdilər

posted in: Xəbər | 0

Rusiya bankları yüz milyonlarla dollar əmanətləri itirdilər

İyunda sistematik əhəmiyyət daşıyan banklar siyahısında olan 11 Rusiya bankından 7-si 600 milyon dollardan çox valyuta əmanətini itirib. Bu məlumatı kredit təşkilatlarının hesabatlarına istinadən RBK saytı yayıb.

Bu rəqəmlər nəhəng bankların may ayındakı məcmu itkilərindən (505 milyon dollar) çoxdur. Baxmayaraq ki, apreldəki (1,1 milyard dollar) və mart ayındakı (3,8 milyard dollar) itkilərdən azdır.

Ümumilikdə, Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə olan məlumata görə, Rusiya kredit təşkilatlarının hesablarında 89,56 milyard dollar xarici valyutada əmanətlər olub. Eyni zamanda, bir ay ərzində bu məbləğ 593 milyon artıb. Lakin dinamikanı depozitlər deyil, cari və kart hesabları təmin etmişdir.

Mütəxəssislərin fikrincə, xarici valyuta əmanətlərinin bağlanmasının əsas səbəbi dərəcələrin iqtisadi mənfəətdən məhrum bir səviyyəyə endirilməsidir. Eyni zamanda, cari hesabda pul saxlamaq daha rahatdır. Çünki onu idarə etmək daha asandır.

Digər bir səbəb, bir sıra bankların avro və dollarla depozit açmaqdan imtina etməsidir. Beləliklə, müddət uzatmanın mümkünsüzlüyünə görə pul cari hesablara keçir. Proses təxminən bir ildir davam edir. Rusiya bankları belə bir alətin onlara zərər verdiyindən şikayət ediblər. Belə ki, Mərkəzi Bank hətta xarici valyutalarda əmanətlərin mənfi gəlirliliyini həll etmək imkanını araşdırıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Riskli vergi ödəyiciləri – meyarlar, məhdudiyyətlər və hüquqların bərpası” mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi “Riskli vergi ödəyiciləri – meyarlar, məhdudiyyətlər və hüquqların bərpası” mövzusunda seminara qeydiyyat elan edir.

Təlim online şəkildə, ZOOM proqramı vasitəsi ilə keçiriləcək.

Seminarın tarixi: 10 avqust 2020- ci il, saat 16:00

Seminarın müddəti: 3 saat

Qiyməti: 25 AZN

Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:

Riskli vergi ödəyicisinin,o cümlədən riskli əməliyyatların meyarları;
Anlayışlar;
Məhdudiyyətlər;
İstisnalar və hüquqların bərpası;
Hüquqi aktlar;

Təlimçi: Vergi inzibatçılığının tədrisi şöbəsinin müəllimi: Azər Məmmədov.

O, uzun illər Vergi orqanlarında audit və vergi ödəyicilərinə xidmət strukturlarında rəhbər vəzifələrdə çalışmışdır.

Daha ətraflı məlumat üçün isə bizimlə əlaqə saxlaya bilərsiniz:

📱 (+994 050) 2544969
📱 (+994 050) 2543313
☎️(+994 012) 4038872
✉️

Ünvan: Bakı şəh., Nərimanov r-nu, Ağa Nemətulla küç., 44


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun