Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb

posted in: Xəbər | 0

Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb

nizamnamə kapitalı, şirkət, aksiz dərəcələri, şirkət, Nizamnamə kapitalı, Lisenziya? dövlət qeydiyyatı hüquqi Malların ehtimal olunan qiymətləriİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti “Azsu Ekoloji Qurğu” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev Sarıqaya, nizamnamə kapitalı 3 783 mİn manat, qanuni təmsilçisi isə Famil Oruc oğlu Alkərəmovdur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – Faraon MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, böyük mühasib, baş mühasib, vakansiya, mühasib təcrübəçi,Vakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Faraon MMC

Vakansiya barədə məlumat:

– Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir;

– Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;

– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;

– Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir;

– Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür;

– Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

– Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

İş vaxtı : 09:00 – 18:00

Əmək haqqı 1500-1800 AZN

Baş mühasib üçün tələblər:

– Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;

– AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;

– İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;

– MS Office, 1C 8.2, 8.3 ;

– Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək ACCA, CİMA, və s.);

– Şəxsi keyfiyyətlər: stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;

– Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;

– Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır);

Namizədlər cv – lərini / elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?

posted in: Xəbər | 0

Sual: İcarəyə verən icarəyə verilmiş obyekt üzrə qaz xərclərini “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş e-qaimə-faktura əsasında ödəyir. Lakin həmin qazdan icarəçi istifadə edir. İcarəçinin bir sıra texniki səbəblərdən rəsmi sayğacı olmasa da, daxili sayğacı var. Yəni ay ərzində istifadə edilmiş təbii qazın həcmini müəyyən etmək mümkün olur.

Bu halda:

1) İcarə müqaviləsində müvafiq şərtlər nəzərə tutulmaqla, icarəyə verən icarəçi tərəfindən istifadə edilmiş təbii qaza görə icarəçiyə e-qaimə-faktura verə bilərmi? Belədə icarəyə verən qeyd edilən əməliyyatın dəyərini gəlirinə və xərcinə hansı qaydada daxil etməlidir?

2) İcarə müqaviləsində müvafiq şərtlər nəzərdə tutulmaqla, “Azəriqaz” İB tərəfindən icarəyə verənə təqdim edilmiş elektron qaimə-faktura üzrə təbii qazın dəyərini icarəçi ödədikdə icarəyə verən və icarəçi tərəfindən həmin məbləğ gəlirə və (və ya) xərcə hansı qaydada daxil edilməlidir?

Cavab: İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Bax:


Vergi ödəyiciləri üzrə icazələr sistemində yenidən tənzimləmələr aparılır

posted in: Xəbər | 0

maliyyə sanksiyaları, Elektron qaimə, bank rekvizitləri, Karantin qaydaları, icazələrin aktivləşdirilməsi, fəaliyyət növləri, icaze.e-gov.az, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması “icaze.e-gov.az” portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən aparılan reydlər zamanı Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulmayan fəaliyyət sahələrə aid olan bir sıra vergi ödəyicilərinin obyektlərinin fəaliyyət göstərməsi halları müəyyən edilib. Bu halların araşdırılması məqsədilə Nazirlər Kabineti vasitəsilə İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) müraciət edilib. Aparılan araşdırmalarla müəyyən edilən hallar üzrə ilkin mərhələdə bir sıra vergi ödəyicilərinin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur.

Aparılan məhdudlaşmalar barədə vergi ödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən həmin icazələri almış şəxslərin elektron kabinetlərinə bildirişlər və vergi orqanlarında mövcud olan mobil telefon nömrələrinə məlumat xarakterli SMS-lər göndərilib. Müvafiq xəbərdarlıq məlumatı almış vergi ödəyiciləri 2 gün ərzində öz uçot məlumatlarını Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyətinə icazə verilən sahələrə aid olduqları halda dəqiqləşdirməli, habelə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan vergi ödəyiciləri mühafizə və texniki təhlükəsizliklə bağlı işçilərinin sayı barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidirlər.

Belə məlumatı təqdim etməyən, habelə uçot məlumatlarını dəqiqləşdirməyən vergi ödəyiciləri üzrə aktiv icazələrin ləğv edilməsi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndəriləcək.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin uçot-baza məlumatları üzrə araşdırmalar davam edir. Bu araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra vergi ödəyicilərinin mövcud uçot məlumatları, əsas və əlavə fəaliyyət istiqamətləri, obyektlərinin müvafiq qaydada uçota qoyulması ilə bağlı mövcud məlumatlarında qeyri-dəqiqliklər vardır və xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər həmin məlumatlarının dürüstləşdirilməsi həyata keçirilməyib.

Fəaliyyətinə icazə verilməyən sahələrdə çalışan və uçot məlumatlarını dəyişməklə icazələr sistemində qeydiyyatdan keçməyə cəhd edən vergi ödəyiciləri müəyyən edilərsə, onların icazələri ləğv ediləcəkdir. Bəzi hallarda isə faktiki fəaliyyətləri icazə verilən sahələrə aid olmasına baxmayaraq, bir sıra sahibkarların uçot baza məlumatlarında mövcud olan qeyri-dəqiqlik onların icazələr sistemində aktivləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu baxımdan sahibkarlar uçot məlumatlarına diqqətlə yanaşmalı, mövcud olan çatışmazlıqları aradan qaldırmalıdırlar.

Məlumat üçün bildirilir ki, “icaze.e-gov.az” vasitəsilə iyulun 17-ə 71.103 sahibkarlıq subyektinə 731.943 icazə verilib.

Sahibkarlıq subyektləri yarana biləcək suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindəki elektron kargüzarlıq sistemi vasitəsilə müraciət edə bilərlər.

Xüsusi karantin rejimi dövründə icazələrin alınması ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələr vasitəsilə əldə etmək mümkündür:

https://economy.gov.az/article/xususi-karantin-rejiminin-sertleshdirilmesi-dovrunde-icazelerin-alinmasi/31061

https://www.taxes.gov.az/az/page/xususi-karantin-rejiminin-sertlesdirilmesi-dovrunde-icazelerin-alinmasi

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun