Ölkədə xarici valyuta üzrə mübadilə əməliyyatlarına yeni qayda tətbiq edilirmi?
Hazırda bütün dünyada koronavirus (COVID 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq, banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışırlar. Bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verilir. “Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer alıb.
Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir. Bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər.
Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”, – məlumatda deyilir.
Mənbə: report.az

Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilmiş 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.
Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.