DMX əcnəbilərə müraciət etdi

posted in: Xəbər | 0

Əcnəbilər, DMX, sənədlərin notarial təsdiqiDövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunub və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılıb.

Qeyd olunub ki, bu, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması ilə əlaqədardır.

“Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”,  məlumatda bildirilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya koronavirus ilə mübarizə aparmaq üçün varlıların vergilərini artıracaq

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyanın Maliyyə Nazirliyi zəngin vətəndaşlar üçün vergiləri artırmaq imkanını ən böyük özəl banklar və aktivlərin idarə olunması şirkətləri ilə müzakirə edir. Bu barədə krallığın bank sektorundan olan bir neçə mənbəyə istinadən Reuters agentliyi məlumat verib.

Bundan əlavə, qurum varlı britaniyalıların kronavirusla bağlı vəziyyətlə bağlı dövlət yardım paketlərinə vəsait ayrılmasına cəlb edilməsi imkanlarını da nəzərdən keçirir.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Maliyyə Nazirliyi koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində dövlət xəzinəsinin tükənmiş ehtiyatlarını bu yolla bərpa etmək niyyətindədir. Əhali dəstəyi tədbirləri və COVİD-19 ilə bağlı xərclər Böyük Britaniyaya 133 milyard funt sterlinqə başa gələcək.

Agentlik tərəfindən sorğuya cəlb edilən iqtisadçılar hesab edirlər ki, hökumət əmanətlərə, kapital artımına görə vergiləri, ƏDV və ya əmlaka görə vergini də artıra bilər.

Bundan əvvəl isə RSA Future Work Center analitik mərkəzi, koronavirus pandemiyası səbəbindən böhran keçirən Böyük Britaniya itisadiyyatını baza gəlirinin tətbiq olunması yolu ilə xilas etməyin mümkün ola biləcəyi qənaətinə gəlmişdi. Mərkəz bundan ötrü il ərzində britaniyalılara heç nədən mütəmadi olaraq 2,5 min funt sterlinq pul paylamağı təklif etmişdi. Mütəxəssislər tədbiri effektiv adlandırmışdılar. Problemli sektorlarda çalışanlara dəstək verə biləcəyinə və böhrandan sonra sürətli bir bərpa olunmanı təmin edəcəyinə əminlik ifadə etmişdirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat balansı üçün labüd olan tələblər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansıMühasibat balansı üçün labüd olan tələblər

İstənilən mühasibat balansına aşağıdakı müəyyən tələblərin irəli sürülməsi labüddür: düzgünlük (həqiqət), reallıq, tamlıq, ardıcıllıq, aydınlıq.  Sözügedən sənədlərin və müvafiq qeydlərin əsasında tərtib olunmuş balans düzgün balansdır. Sənədlər isə öz növbəsində təşkilatın müəyyən dövr üçün təsərrüfat fəaliyyəti ilə bağlı faktları əks etdirir.

Balansın düzgünlüyünün şərtləri- Sənədlərdə balans göstəricilərini əsaslandıran qeydlərin həqiqiliyi.

Balansın reallığı həqiqiliyi – Birmənalı anlayış deyil. Balans düzgün ola bilər, amma real da olmaya bilər.

Balans dəyərləndirmələri nəzəriyyələri:

Balans dəyərləndirmələri nəzəriyyələri mövcuddur: obyektiv dəyərləndirmələr, subyektivkitab dəyərləndirmələri.

Obyektiv dəyərləndirmələr nəzəriyyəsi satış qiymətləri prinsipinə əsaslanır, hansılar ki, təşkilatın əmlakının satışı prosesində balans tərtib olunan zaman dəyərləndirlib.

Subyektiv dəyərləndirmələr nəzəriyyəsi isə təşkilatın mülkiyyətinin qiyməti bilavasitə fərdi şərtlərdən, sözügedən şirkətin hazırda olduğu vəziyyətdən asılı olur. Eyni bir əşya müxtəlif təşkilatlarda fərqli qiymətlərə malik ola bilər.

Kitab dəyərləndirmələri nəzəriyyəsi təşkilatın uçotunda olan vasitələrin dəyərləndirmələrinə müvafiq qiymətə əsaslanır.

Lakin, sadalanan nəzəriyyələrdən heç biri qiymətə dair məsələ barəsində birmənalı cavab verə bilmir.  Buna görə balans hesablamalarının hazırda tətbiq olunan müəyyən normativ sənədlərə uyğunluğuna etibar etmək lazımdır.

Balansın reallığı başlıca olaraq təşkilatın vəsaitlərinin likvidliyindən asılıdır. Debitor borclarının likvidliyi debitordan pul vəsaitlərinin alınması imkanları ilə xarakterizə olunur. Beləliklə, balansın həm likvid, həm də qeyri-likvid  vəsaitləri (dövriyyədən keçmək qabiliyyəti olmayan) ola bilər.

Balansın reallığı sözügedən şirkətin aktivlərinin “həyat” imkanları ilə xarakterizə olunur.

Balansın tamlığı onun birtipli uçot prinsipləri əsasında qurulması və qiymətlərdən asılı olur.

Balansın ardıcıllığına gəldikdə, bu o deməkdir ki, hər bir növbəti mühasibat balansı, özündən əvvəlki balansdan törəyir (ardıcıllıq dəyərləndirmə metodlarına və balansların tərtib olunması kimi yayılmalıdır).

Balansın aydınlığı – bu onun ayrı-ayrı informasiya istifadəçilərinə əlçatanlığıdır.


Bax: Uğurlu mühasib olmaq üçün 4 sadə üsul barədə 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

posted in: Xəbər | 0

İş yerlərini itirmiş amerikalılarAğ Evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kadlou 2020-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında böyük artım olacağını proqnozlaşdırıb. Bu fikirləri o, cümə axşamı Fox Business telekanalına verdiyi müsahibədə bölüşüb. Bu haqda TASS agentliyi məlumat verib.

Onun sözlərinə görə, cari ilin üçüncü və dördüncü rüblərində ABŞ iqtisadiyyatı 20 faiz yüksəliş göstərəcək. “Bazarlardakı vəziyyəti nəzərə alaraq, artım tendensiyası müşahidə olunur”, – o belə söyləyib. Beləliklə, o, ABŞ federal ehtiyat sisteminin (FES) sədri Cerom Pauelin ABŞ iqtisadiyyatının “gələcəklə bağlı böyük qeyri-müəyyənliyi”  barədə söylədiyi sözləri şərh edib.

Bundan əlavə, o, 2021-ci ildə ABŞ iqtisadiyyatının artımının 4 faizdən az olmayacağını gözləyir.

Bundan bir qədər əvvəl məlum olmuşdu ki, ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb və mütləq rekord vurub. Həmin borc bir ay ərzində trilyon dollar artıb. Maliyyə Nazirliyi bildirir ki, kəskin artım koronavirus pandemiyası və vergi ödənişlərinin təxirə salınması ilə mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır. Donald Tramp Ağ evə rəhbərlik etdiyi dönəmdə dövlət borcu altı trilyon artıb. Beynəlxalq valyuta fondunun (BVF) dəyərləndirməsinə görə, 2020-ci ildə dövlət borcu ÜDM-nə 131,1 faizinə qədər yüksələ bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun