Avropada dövriyyəyə yeni pullar buraxılacaq

posted in: Xəbər | 0

Avropada dövriyyəyə yeni pullar buraxılacaq

Avropa mərkəzi bankı (AMB) beş və on avro dəyərində yeni çap banknotlarının dövriyyəyə buraxılacağını elan edib. Çox tezliklə Avropa iqtisadi məkanında dövriyyədə olacaq yeni pullarda AMB-nin indiki rəhbəri Kristin Laqardın imzası olacaq. Bu haqda informasiya tənzimləyicinin rəsmi Twitter səhifəsində yerləşdirilib.

Yeni əskinaslar dövriyyəyə növbəti həftədən daxil ediləcək. Həmin ana kimi avrozona ölkələrində AMB-a Laqardan öncə rəhbərlik etmiş üç nəfərin: Vima Duyzenberq, Jan-Klod Trişe və Mario Draqinin imzaları olan pullarla ödəniş edirdilər. Laqard AMB-ə 2019-cu ildən sədrlik dir. Köhnə pullar da qanuni ödəniş vasitəsi kimi dövriyyədə qalacaq.

2007-2011-ci illərdə Laqard Fransanın maliyyə naziri olub və qlobal böhran şəraitində ölkə iqtisadiyyatına səriştəli rəhbərlik etdiyinə görə bu vəzifədə özünü beynəlxalq səviyyədə bacarıqlı rəhbər kimi tanıdıb. 2011-ci ildən isə o, beynəlxalq valyuta fonduna rəhbərlik edirdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Maliyyəçi menecer – Koroğlu MMC

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibiVakansiya: Maliyyəçi menecer tələb olunur.

İşəgötürən: Koroğlu MMC.

Vakansiya barədə məlumat:
Şirkətin Zaqatala və İsmayıllı şəhərlərində yerləşən ofislərində işləmək üçün təcili maliyyəçi menecer tələb olunur

– Gündəlik olaraq ticarət nümayəndələrinə və supervayzerlərə tələb olunan sənədlərin hazırlanıb verilməsi

– Gündəlik olaraq, ticarət nümayəndələrindən ödənişlərin və qəbzlərinin qəbul olunaraq baş ofisə göndərilməsini təşkil etmək.

– Gündəlik olaraq əmək intizamı qaydalarına nəzarət məqsədilə videohesabatların baş ofisə göndərilməsi

– Hər ayın sonunda Bakı şəhərinə gələrək maliyyə hesabatlarının verilməsi

Namizədə tələblər

– Cinsi : kişi

– Yaş həddi : 25-40

– Təhsil : Ali və orta ( ali təhsillilərə üstünlük veriləcək )

– İş təcrübəsi : 1- 2 il

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinə karantin rejimini pozanları cərimələmək səlahiyyəti verilib

posted in: Xəbər | 0

Nizamnamə, yoxlamalar, sahibkarlıq, Nağdsız hesablaşmalar, Lisenziyalar və icazələrİqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələri artırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin Fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi ”ndə edilən dəyişikliyə əsasən isə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin rejimini pozanları İqtisadiyyat Nazirliyi cərimə edəcək

posted in: Xəbər | 0

Karantin rejimini pozanları İqtisadiyyat Nazirliyi cərimə edəcək

İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxacaq.
Qeyd edək ki, əvvəllər 211-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yalnız Daxili İşlər Nazirliyi baxırdı.


“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018,

№ 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 1015 nömrəli, 22 may tarixli 1039 nömrəli, 2 iyun tarixli 1049 nömrəli, 18 iyun tarixli 1068 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1-ci bənddən “211,” rəqəmləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 5.6-2-ci bənd əlavə edilsin:

“5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun