İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2,

maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli, 30 mart tarixli 41-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

190 manat üçün yenidən müraciət edilməlidirmi? – Rəsmi Açıqlama

posted in: Xəbər | 0

Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərt karantin rejimi tətbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində veriləcək birdəfəlik ödəmə ilə bağlı bəzi detalları açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağını bildirib.

“Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur”, – o qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ticarət, xidmət və istehsal obyektlərində növbəti monitorinqlər keçirilib

posted in: Xəbər | 0

Ticarət, xidmət və istehsal obyektlərində növbəti monitorinqlər keçirilib

Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 20-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Arzu market”də, “Dönər-bura”da, Kərim Manafova məxsus “Zərgərlik emalatxanası”nda, Yasamal rayonunda “Xəzər mebel”də, “Salıoğlu” mağazasında, Xətai rayonunda Amalya Əlimovaya məxsus “Oyuncaq mağazası”nda, Asif Şahnəzərova məxsus “Çay evi”ndə, Səbail rayonunda “Breno mağaza”da, Mirkamran Salahova məxsus “Bərbər” xidmət obyektində, Sabunçu rayonunda “Samir market”də, Cəlil Əmirəhmədova məxsus “Xırdavat” mağazasında, Nizami rayonunda “Ləzzət dönər”də, “Çinarlı kafe”də, “Kafe dostlar”da, Elşən Mirzəyevə məxsus “Şaurma”da, Aydın Məmmədova məxsus “Ət mağazası”nda, Rizvan İsgəndərova məxsus “Market”də,

Gəncə şəhərində “Elit Kosmetika” mağazasında, “Lider M” MMC-yə məxsus “Merkuriy” xidmet obyektində, Lənkəran rayonunda “Limon Market”də, “Ruslan Market”də, İlham İbayevə məxsus “Ərzaq mağazası”nda, Şamaxı rayonunda “Yarpaq Dönər”də, “Sarvan Market”də, Zərbalı Qədirova məxsus “Avtoehtiyyat hissələrinin satışı”, Fərid İskəndərova məxsus “Qapı satışı” mağazalarında, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, “Sədərək Ucuzluq” qarışıq mallar mağazasında, Bərdə rayonunda “Eurolux” elektronika mallarının satışı mağazasında, Xaçmaz rayonunda “Quba təndiri” çörək istehsalı müəssisəsində, Sabir Quliyevə məxsus “Un mağazası”nda, ümumilikdə monitorinq keçirilmiş 309 obyektdən 137-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb. Zəruri qayda və tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 22-dək monitorinq keçirilmiş 7855 sahibkarlıq subyektindən 3422-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sərt karantin tətbiq edilən şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək

posted in: Xəbər | 0

Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında qərar verib.

Qərarda deyilir:

Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun