Sosial yardımın 1 illik təyin olunması təsdiqləndi

posted in: Xəbər | 0

dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.  Qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Digər bir dəyişikliklə isə sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilir.

Qanunun 3-cü maddəsinə ( Sosial yardım almaq hüququ olan ailələr) təklif olunan dəyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.

Qanunun mövcud varinatında qeyd edilib ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Mənbə: report.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dərslər tədris ilinin sonunadək dayandırıldı

posted in: Xəbər | 0

karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiBaş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.

Sərəncam imzalandığı gündən (mayın 30-dan) qüvvəyə minir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada pensiya yaşının azaldılması proqnozlaşdırılır

posted in: Xəbər | 0

işsiz,Rusiyada ölkədə işsizlik səviyyəsinin artması halında pensiya yaşı yenidən azaldıla bilər. Bu haqda “Praym” agentliyinə Plexanov adına Rusiya iqtisadiyyat universitetinin “İnsan kapitalının inkişafı” kafedrasının dosenti Fəridə Mirzəbalayeva məlumat verib.

Ekspertin sözlərinə görə, koronavirus epidemiyasından sonra ölkədə vakansiyaların sayı azaldıqda, belə bir tədbir məcburi xarakter daşıyacaq. Bu şəraitdə iş yerlərini pensiyaya çıxma ərəfəsində olan və dövlət tərəfindən müavinət ilə təmin olunmuş şəxslərdən fərqli olaraq, hələ özlərinə qazanc əldə edə bilməyən gənclərdən ötrü azad edilməsi nəzərdə tutulur.

“İşsizliyin yüksəlməsi şəraitində gənclərin işlə təmin olunmasına daha böyük şanslar vermək lazımdır. Düşünürəm ki, işsizlərin sayından asılı olaraq, 1,5-2 milyon adam vaxtından əvvəl pensiyaya çıxmağa ümid edə bilər”, Mirzəbalayeva belə təxmin edir.

O qeyd edib ki, pensiya yaşının azalması differensial və çevik olmalıdır. Lakin istənilən halda düzəlişlərin ola biləcəyini vurğulayıb. Bununla yanaşı, ekspert bildirib ki, çox güman ki, sözügedən dəyişiklikləri bu il gözləməmək lazımdır.

Bundan bir qədər əvvəl, may ayında Rusiya hökuməti pensiyaya vaxtından əvvəl çıxmağın şərtlərinin bir qədər yumşaldıla biləcəyi imkanlarını müzakirə etmişdi. Həmin müzakirələrdə bu ilin sonuna qədər fəxri istirahət yaşına üç il qalanlar, pensiyaya vaxtından əvvəl çıxmağa iddia edə bilərlər. Bu zaman ümumi iş stajı həmin məsələdə heç bir rol oynamayacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASK “Gələcəyin sahibkarı” müsabiqəsinin qaliblərini elan etdi

posted in: Xəbər | 0

Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə keçirdiyi “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsinin qaliblərini elan etdi.

“Kiçik sahibkarlar” “Landmark” biznes mərkəzində keçirilən tədbirdə ASK və “İnci” şirkətlər qrupuna daxil olan “Ofisait” şirkətinin təqdim etdiyi hədiyyələrə layiq görüldülər.

Məlumat üçün bildirək ki, müsabiqəyə 8-11, 12-15 yaş qruplarında 25 şagird yazı göndərmişdi. 6 nəfərdən ibarət münsiflər heyəti yazıları bir neçə kateqoriya üzrə bal sistemilə qiymətləndiriblər.

Bu barədə məlumat verən ASK baş katibinin müavini Nərmin Qəniyevanın sözlərinə görə, “Gələcəyin sahibkarı” müsabiqəsinin keçirilməsində məqsəd uşaqlar arasında sahibkarlıq mədəniyyətinin formalaşmasına töhfə verməkdir.

“Sahibkarlığı kiçik yaşlarında formalaşdırmaq lazımdır. Hər bir böyük işin təməli kiçik addımlardan başlayır”, – deyə N.Qəniyeva bildirib.

“Ofisait” şirkətinin departament müdiri və münsiflər heyətinin üzvü İlkin Rufullayev də qalibləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edən ASK prezidentinin məsləhətçisi Fərid Vəlizadə, ASK-nın baş katib əvəzi Kristina Məmmədova müsabiqəyə daxil olan yazılardakı biznes ideyalar barədə yüksək fikirlər söyləyiblər.

Qeyd edək ki, “İş yeri axtarma iş yeri yarat”, “Öz biznesinə başla” layihələrini uğurla həyata keçirən ASK uşaqlar arasında sahibkarlıq ideyalarının  aşılanması məqsədilə “Gələcəyin sahibkarı” müsabiqəsinin daimi şəkildə keçiriləcəyini bəyan edib.

Beləliklə, müsabiqənin qaliblərinin adlarını və onların topladığı balları təqdim edirik:

I yer – Fərid Arifli , 12 yaş – 47 bal. Laçın rayonu M.Səfərov adına Qozlu kənd məktəbi 6- cı sinif

II yer- Ömər Şərifzadə, 9 yaş – 45 bal .10 saylı orta məktəb 2-ci sinif

III yer – Yusif Cəbili, 9 yaş – 44 bal. 263 saylı məktəb 3- cü sinif


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun