Read More9
Read More9

Qeyri-iş günlərində əmək haqqı hesablanmalıdırmı?

posted in: Xəbər | 1

Qeyri-iş günlərində əmək haqqı

ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiAzərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı son aylarda Nazirlər Kabineti iqtisadi subyektlər üçün iş günlərini azaldıb. Bu məsələ ilə bağlı sahibkarlarda, mühasiblərdə, kadrlar üzrə mütəxəssislərdə müxtəlif suallar yaranır: qeyri-iş günlərində əmək haqqı hesablanmalıdırmı? Tabellər necə doldurulmalıdır? İstehsalat təqviminin və iş vaxtının normasının dəyişdirilməməsi dedikdə nə başa düşülür? Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Normal halda, bayram günləri və ya istirahət günləri qeyri-iş günləridir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarlarından göründüyü kimi, fors-major hallarında xüsusi iş (əmək) rejimi tədbiq edilməklə qeyri-iş günləri müəyyənləşdirilib. Yəni qeyri-iş günü kimi göstərilən bu tarixlər nə bayram, nədə də istirahət günləridir, sadəcə ümumi bir anlayış kimi qeyri-iş günüdür. Ona görə də qanunvericiliyin tələbinə görə qeyri-iş günlərində işçilərin əmək haqqı ödənilməlidir və işləmədiyinə görə onlar sonradan əlavə işə cəlb edilə bilməzlər.

Burada digər vacib bir məqam var. Nazirlər Kabinetinin son qərarında “xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir” yazılıb. Bu məsələyə misallarla aydınlıq gətirək.

Misal 1: Tutaq ki, “AA” MMC beşgünlük iş rejimi ilə işləyir və may ayında normal fəaliyyət göstərir. Şirkət 2020-ci ilin may ayı üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?

Bu il üçün iş vaxtı norması və istehsalat təqvimi ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilib. Bütün iqtisadi subyektlər öz iş rejimlərinin müxtəlifliyinə baxmayaraq iş vaxtını və istehsalat təqvimini normalara uyğunlaşdırmalıdır. 2020-ci ilin may ayı üçün beşgülük iş rejimində çalışanlara 134 saat norma qoyulub. Amma Nazirlər Kabineinin bu qərarına görə beşgünlük iş həftəsi ilə işləyənlər üçün 29 may qeyri-iş günü müəyyənləşdirilib. Deməli, may ayı üçün faktiki işlənilən saatların həcmi 134 yox 126 (134-8) olacaq. Həmçinin, normal halda praktiki olaraq iqtisadi subyektlər iş vaxtının uçotunu, işçilərin işə davamiyyətini aparmaq üçün tabel tuturlar. Tabelin hansı formada tutulmasından asılı olmayaraq orada ən azı işçilərin ay ərzində işlədiyi və işləmədiyi iş günləri, iş saatları haqqında məlumatlar olmalıdır. Beləliklə, işçilərin faktiki olaraq işləmədiyi günləri tabeldə işləmiş kimi yazmaq düzgün olmaz.

Məsələn, tabeldə 29 mayda işçinin işləməsi yazılarsa və həmin gün işçi tərəfindən hər hansı bir inzibati xəta və ya cinayət əməli törədilərsə, müəssisə üçün böyük problemlər yaranar. İşçi həmin gün faktiki olaraq işləmədiyinə görə tabeldə qeyri-iş günü göstərilməlidir. Amma həmin gün üçün əmək haqqı saxlanılmalı və işçiyə tam ödənilməlidir.

Misal 2: Tutaq ki, “AA” MMC altıgünlük iş rejimi ilə işləyir və 2020-ci ilin may ayında normal fəaliyyət göstərir. Şirkət bu ay üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?

Altıgünlük iş rejimində işləyən iqtisadi subyeklər üçün əmək haqqı hesablamaları və ödəmələri yuxarıdakı misaldakı kimidir. Amma tabeldə 23, 29, 30 may günləri qeyri-iş günü kimi yazılacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məhkəmə sistemi. Kommersiya Məhkəmələri

posted in: Xəbər | 0

Məhkəmə sistemi. Kommersiya Məhkəmələri

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsini III hissəsinə görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 7-ci fəsli (Maddə 125-133) birbaşa olaraq məhkəmə hakimiyyəti ilə bağlı məsələləri tənzimləyir. Onu da qeyd edək ki, Konstitusiyanın 125-ci maddəsinin 1-ci hissəsinə görə məhkəmə hakimiyyətini Azərbaycan Respublikasında ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.

Bu yazımızda məhkəmə hakimiyyətinin bir parçası qismində yeni yaradılan kommersiya məhkəmələri barədə məlumat verməyə çalışacağıq.

Xatırlatmaq yerinə düşərdi ki, 09.07.2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanuna və Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli 1325 saylı sərəncamına əsasən ölkədə kommersiya məhkəmələrinin təşkil edilməsinə başlandı.

3 pilləli məhkəmə sisteminin 1-ci pilləsi üzrə çıxış edən kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə (kommersiya mübahisələri də demək mümkündür) mülki məhkəmə icraatı qaydasında baxır. Kommersiya məhkəmələrində icraatın aparılması “elektron məhkəmə” informasiya sistemi vasitəsilə mümkündür. Bu sistem vasitəsilə icraatın başlanması üçün sənədlərin digər iştirakçılara və məhkəməyə göndərilməsi mümkündür.

Kommersiya məhkəmələrində işə tək hakim tərəfindən baxılır.

Aşağıdakı icraatlar üzrə işlərə kommersiya məhkəmələrində baxılır:

– Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat

Sahibkarlıq fəaliyyətinə aid olduğu halda

– İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

– Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat

– qanunla səlahiyyətlərinə aid edilən digər işlər

Mövzu çərçivəsində qeyd edək ki, hazırda 6 kommersiya məhkəməsi mövcuddur. Bu məhkəmələr aşağıdakı ərazilərdə fəaliyyət göstərir və yurisdiksiyası üzrə ətraf ərazilərin kommersiya mübahisələrinə də baxır.

– Bakı

– Gəncə

– Şəki

– Şirvan

– Sumqayıt

– Naxçıvan Muxtar Respublikası


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmamışdır.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

İqtisadiyyat Nazirliyi

Karantin qaydalarına əməl etməyən şirkət rəhbərləri cərimələnəcək

posted in: Xəbər | 0

“Karantin rejiminin qaydalarına əməl etməyən ictimai iaşə və özəl şirkətlərin rəhbərlərinin cərimə olunması üçün danışıqlar gedir. Qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi gözlənilir. Odur ki, hüquqi və fiziki şəxslər üçün cərimələrin şahidi ola bilərik”.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“İctimai iaşə və özəl şirkətlərin qaydalara cidd əməl etmələrini tövsiyə edirik”, – o bildirib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!