Vahid büdcə təsnifatında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

AR Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2090, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 83 nömrəli, 9 aprel tarixli 132 nömrəli və 14 may tarixli 172 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

1 4 3 1 1 2 Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 8 iyun 2020-ci il
№ 194

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

COVİD-19: Gələcəyi necə rəqəmsallaşdırmalı və maliyyələşdirməli (1-ci hissə)

posted in: Xəbər | 0

Bill Qeyts kimi dünya məşhurları hesab edirlər ki, biz bu böhranın yalnız üçdə birini dəf etmişik, növbəti 6-12 ay ərzində vəziyyət qeyri-müəyyən olaraq qalacaq. Maliyyə direktorları, maliyyə nəzarətçiləri və mühasibləri tez bir zamanda biznesin qəlbində rəqəmsallaşdırmanı həyata keçirməlidirlər ki, bu da ayaqda qalma və rifah strategiyasının əsasını yaratmaq üçün əsas olacaqdır.

Bizim əlaqədə qalmaq qabiliyyətimiz və bu gün baş verən hadisələrin kursundan xəbərdar olmağımız smartfon vasitəsilə öz əlimizdədir. Sizin uçot sistemi ilə bağlı da eyni şey baş verəcək. O, həmişə aktual olmalıdır və məlumatları real vaxt rejimində biznesdə lazımlı insanlarla bölüşməlidir.

Hər şeyin sadə olması üçün bir məsləhət. Siz bir neçə gün və ya həftə ərzində praktiki olaraq istənilən kiçik və orta virtual sistem vasitəsilə işə başlaya bilərsiniz. Lakin, seçiminizi ehtiyatlı edin. Belə ki, siz artıq bir qədər inkişaf etmisiniz və bir neçə il ərzində sisteminizi dəyişdirmək istəməyəcəksiniz. İdealda yaxın 5 il və daha artıq sizin tələbatınıza uyğun gələn bir sistemi seçin. Sizin virtual uçot sisteminiz brauzer vasitəsilə istənilən yerdən əlçatan, tam yerləşdirilmiş olmalı və profilləndirilmiş istifadəçi izləmə auditi, tam ehtiyat nüsxəsi kimi funksiyaları olmalı, eləcə də müntəzəm və avtomatik şəkildə yenilənməli və istifadəçi dəstəyi olmalıdır. İşiniz böyüdükcə və biznesiniz inkişaf etdikcə onun miqyasının genişləndirilə bilməsi də çox mühümdür.

Sizin gələcək maliyyə funksiyalarınızı necə rəqəmləşdirməli və hesablamalı:
  1. Mütləq şəkildə ən qısa müddətdə işinizə uyğun bir Go Cloud real virtual uçot sistemi əldə edin. Həddən artıq sadə və ya VPN vasitəsilə host-həllə qoşulan yox. Bu çox sadədir və siz əgər istəyirsinizsə, onda bir həftə ərzində işə başlaya bilərsiniz. Bu, maliyyə komandasının növbəti 6-12 ayda qəbul edəcəyi ən vacib qərar olacaq, o səbəbdən bunu təxirə salmayın.
  2. API iqtisadiyyat API – in nə olduğunu və ilk gündə və böyüdükcə işinizə necə kömək edə biləcəyini öyrənin. API – bu, iki sistemi təhlükəsiz birləşdirən və informasiya mübadiləsi etməyə imkan verən tətbiqi proqramlaşdırma interfeysidir. Bu gün bütün müəssisələrə təsir göstərən nümunələr vergi rəqəmsal və açıq bank xidmətlərinin yaradılmasıdır. Hər ikisi, mühasibat sisteminizə ƏDV və bankçılığı üçüncü tərəflə əlaqələndirməyə imkan verən standart API-lərdən istifadə edir.
  3. Bütün məlumatların avtomtik emalı – komandanı avtomatlaşdırmaya yönəltmək (yəni, sistemdən məlumatları klavişlərə minimal toxunma ilə əldə etmək). Bunu tədarükçülərin hesab fakturalarından OCR konnektorlar, maaşların hesablanması üçün konnektorlardan, eləcə də satış nöqtələri, CRM, Power BI və digər kənar sistemlər vasitəsilə etmək olar.
  4. Öz banklarınızı daxil edin – əməliyyatların hər gün müqayisə edilə bilməsi və yoxlanılması üçün gündəlik və həftəlik olaraq real iş kapitalını rəhbərliyə təqdim etmək üçün öz bank hesabınızı daxil edin. Bundan əlavə, ödəniş paylamasını avtomatlaşdıran ödəniş funksiyasından istifadə edərək, təchizatçılara və müştərilərdən pul toplamaq üçün birbaşa debet sistemindən istifadə edə biləcəyinizə əmin olun.
  5. Məhsuldarlığın artırılması funksiyalarından istifadə edin – rəqəmsal uduşlar test etmək üçün asan olan və komandaya kiçik bir müvəffəqiyyət gətirən balaca layihələrdir. Bəzi nümunələr: təchizat sifarişinin həyata keçirilməsi, təsdiqləmə iş prosesi, xərclərin uçotu, əsas vəsaitlərin reyestri. Bütün bunlar hər ay vaxtınıza qənaət etməyə imkan verəcək, buna görə investisiyaların özünü doğrultması həqiqətən əhəmiyyətlidir. Bu həm də maliyyə qruplarına nüfuzlu tərəfdar və iş dəyişikliyinin tərəfdarı kimi sosial valyuta verir.
  6. Real vaxt rejimində hesabatlar. Bütün maliyyə və iş kəşfiyyatı məlumatlarının effektiv olması üçün rəhbərliyə və digər idarəçilərə çatdırmaq bacarığınızın olmasından əmin olun. Bu o deməkdir ki, siz qruplar, şirkətlər, bölmələr, sahələr, şöbələr, layihələrin dəyişdirilməsi üzrə məsələləri qaldıra bilərsiniz. Bütün bu hesabatlar virtual FMS-dən real vaxt rejimində görünməlidir, ixrac edilməməlidir və Excel-də bir komanda tərəfindən yenidən işlənməlidir. Artıq buna ehtiyac yoxdur və real vaxt rejimində virtual FMS ilə əlaqə yaratmaq üçün API əlaqələrini istifadə edən Power BI kimi zahiri hesabat vasitələrindən də istifadə edə bilərsiniz.

2-ci hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödənişli əmək məzuniyyəti ilə bağlı təkliflər hazırlanır

posted in: Xəbər | 0

Ödənişli əmək məzuniyyəti ilə bağlı təkliflər hazırlanır

Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təkliflərdən biri – Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.

Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyəti-nin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.

Mənbə: vergiler.az


Bax: DSMF-nin strukturunda dəyişiklik edilib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF-nin strukturunda dəyişiklik edilib

posted in: Xəbər | 0

DSMF-nin strukturunda dəyişiklik,Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən verilən məlumata görə, dəyişikliklə bağlı Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun