ƏDV-ni geri alan istehlakçı malı necə geri qaytara bilər?

posted in: Xəbər | 0

baş mühasib, mühasibat uçotu, normadan artıq ezamiyyə xərci gəlir aparıcı mühasib köməkçisi vakansiyaVergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin 15 faizini, nağd qaydada ödənilmiş əlavə dəyər vergisinin 10 faizini təşkil edir. Ödənilmiş əlavə dəyər vergisinin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericiliyin bu tələbini şərh edərək bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən bu dəyişiklik nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsidir. Artıq istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisi 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılması üçün mexanizm işləyir. Bu məsələdə iki məqamı diqqətdə saxlamaq lazımdır. Birincisi, ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarının məlumat bazasına inteqarsiya olunan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. İkincisi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Misal: Tutaq ki, vətəndaş POS-terminal vasitəsilə 118 (100 manat +18 manat (ƏDV 18%)) manat, nağd qaydada isə 59 (50 manat + 9 manat (ƏDV 18%)) manat isə nağd qaydada ödəniş edərək mal alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq əlavə dəyər vergisinin məbləği POS-terminalla aldığı mala görə 2,70 manat (18 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə bu məbləğ 90 (9 manat x 10 faiz) qəpik olacaq. Vətəndaşın müraciəti əsasında 177 (118+59) manatlıq mala görə 3,60 (2,70 + 0,90) manat məbləği geri qaytarılacaq.

Əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı qaydalar işə düşdükdən sonra bir məsələ də gündəmə gəlib. Bilirik ki, istehlakçıların aldıqları malı hər hansı səbəbdən geri qaytarmaq haqqı vardır. Bəs ƏDV qaytarıldıqdan sonra istehlakçının malı geri qaytarması proseduru necə olacaq?

1. İstehlakçı alınmış mallara görə ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir. Həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarıldığı portalda yoxlanılır.

2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, ödədiyi məbləğdən istehlakçıya qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, istehlakçının ödədiyi məbləğdə tam şəkildə istehlakçıya geri qaytarır.

3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.

4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.

5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir. Müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Qaytarılmalı olan ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən beş gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank isə on gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.

Qeyd edək ki, çekləri “Kaptalbank”ın “BirBank” əlavəsi ilə də oxutmaq mümkündür.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası bu gün vebinar keçirəcək

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da “Koronovirusun auditə təsiri” ilə əlaqədar növbəti vebinar keçiriləcəkdir

Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarına və sərbəst auditorlara pandemiya şəraitində Auditorlar Palatasında keçiriləcək növbəti vebinar barədə

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində saat 12:00-da auditor təşkilatlarına və sərbəst auditorlara növbəti distant vebinar keçiriləcək və eyni qayda ilə saat 11:30-da link elektron poçt vasitəsi ilə sizə göndəriləcək.

Xahiş edirik ki, həmin vaxtda vebinarın işinə qatılasınız və “Koronovirusun auditə təsiri” ilə bağlı təklif və tövsiyələrinizi verəsiniz.

(Əlaqələndirici şəxslər: İşçi Qərargahın üzvləri, Vasif Cavadov – 050-612-04-73; 012-564-80-62; Fəqan Qarayev-055-727-74-77; Nəcəf Talıbov-050-330-55-22)

Azərbaycan Respublikasının Auditorlar Palatası.

Mənbə: audit.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda əlillik qrupları ləğv edilir

posted in: Xəbər | 0

Azərbaycanda əlillik qrupları ləğv edilir

əlilliyi olan şəxslər üçün kvotalarAzərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.

Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.

Qanunda əlillik dərəcələri üzrə meyarlara da dəyişiklik olunacaq.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib

posted in: Vergi, Xəbər | 0

Dövlət Vergi Xidməti, Əmək haqları, maaş, muzdlu, maaş, orta aylıq əmək haqqı, maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGK2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86 845 min manat mənfəət əldə edib.

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci ilə nisbətən 11,7% azdır.

Ötən il Dövlət Vergi Xidməti 121 482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121 472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 34 637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18 363 min manatı əməkhaqqı və işçilərlə bağlı digər xərclər, 1 101 min manatı sərf edilmiş materialların dəyəri, 1 693 min manat amortizasiya xərcləri 13 480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun