Read More9
Read More9

Məhkəmə sistemi. Kommersiya Məhkəmələri

posted in: Xəbər | 0

Məhkəmə sistemi. Kommersiya Məhkəmələri

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsini III hissəsinə görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 7-ci fəsli (Maddə 125-133) birbaşa olaraq məhkəmə hakimiyyəti ilə bağlı məsələləri tənzimləyir. Onu da qeyd edək ki, Konstitusiyanın 125-ci maddəsinin 1-ci hissəsinə görə məhkəmə hakimiyyətini Azərbaycan Respublikasında ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.

Bu yazımızda məhkəmə hakimiyyətinin bir parçası qismində yeni yaradılan kommersiya məhkəmələri barədə məlumat verməyə çalışacağıq.

Xatırlatmaq yerinə düşərdi ki, 09.07.2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanuna və Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli 1325 saylı sərəncamına əsasən ölkədə kommersiya məhkəmələrinin təşkil edilməsinə başlandı.

3 pilləli məhkəmə sisteminin 1-ci pilləsi üzrə çıxış edən kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə (kommersiya mübahisələri də demək mümkündür) mülki məhkəmə icraatı qaydasında baxır. Kommersiya məhkəmələrində icraatın aparılması “elektron məhkəmə” informasiya sistemi vasitəsilə mümkündür. Bu sistem vasitəsilə icraatın başlanması üçün sənədlərin digər iştirakçılara və məhkəməyə göndərilməsi mümkündür.

Kommersiya məhkəmələrində işə tək hakim tərəfindən baxılır.

Aşağıdakı icraatlar üzrə işlərə kommersiya məhkəmələrində baxılır:

– Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat

Sahibkarlıq fəaliyyətinə aid olduğu halda

– İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

– Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat

– qanunla səlahiyyətlərinə aid edilən digər işlər

Mövzu çərçivəsində qeyd edək ki, hazırda 6 kommersiya məhkəməsi mövcuddur. Bu məhkəmələr aşağıdakı ərazilərdə fəaliyyət göstərir və yurisdiksiyası üzrə ətraf ərazilərin kommersiya mübahisələrinə də baxır.

– Bakı

– Gəncə

– Şəki

– Şirvan

– Sumqayıt

– Naxçıvan Muxtar Respublikası


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmamışdır.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

İqtisadiyyat Nazirliyi

Karantin qaydalarına əməl etməyən şirkət rəhbərləri cərimələnəcək

posted in: Xəbər | 0

“Karantin rejiminin qaydalarına əməl etməyən ictimai iaşə və özəl şirkətlərin rəhbərlərinin cərimə olunması üçün danışıqlar gedir. Qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi gözlənilir. Odur ki, hüquqi və fiziki şəxslər üçün cərimələrin şahidi ola bilərik”.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“İctimai iaşə və özəl şirkətlərin qaydalara cidd əməl etmələrini tövsiyə edirik”, – o bildirib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi və Əmək Məcəlləsində kiçik dəyişikliklər edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, İşsizlikdən sığorta əmək müqaviləsi nümunəsi Mühasibat uçotu İnzibati XətalarVergi və Əmək Məcələsində qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülən vəsatin dərəcəsində dəyişiklik edilmiş, həmçinin Vergi məcəlləsinin 22-1 maddəsində “müvafiq icra hakimiyyəti orqanı” və “orqan (qurum)” anlayışlarının izahı verilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci, 16-cı və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin  312-ci maddəsinin ikinci hissəsində “25” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin  22-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 22-1.1-ci maddə üzrə:

3.1.1. birinci cümlədə “Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının” sözləri ilə, “orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

3.1.2. ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı” sözləri “vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözü ilə əvəz edilsin;

3.2. 22-1.2-ci və 22-1.4-cü maddələrinin birinci cümlələrində hər iki halda “orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına” sözləri “orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə” sözləri ilə, “50” rəqəmləri “43” rəqəmləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində nəzərdə tutulmuş nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

  1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri “22-1.1-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində” sözləri ilə, “22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri “22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-1-ci, 1.1-2-ci, 1.1-3-cü, 1.1-4-cü, 1.1-5-ci və 1.1-6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1-1. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.1-2. həmin Məcəllənin 22-1.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-3. həmin Məcəllənin 22-1.1-ci maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.1-4. həmin Məcəllənin 22-1.2-ci və 22-1.4-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.1-5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.1-6. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

2.3. 1.1-7-ci və 1.1-9-cu bəndlər ləğv edilsin.

  1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 avqust tarixli 814 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1396) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019–2022-ci illər üçün – 93 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 43 faizi.”.

  1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1945) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Məcəllənin 22-1.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Məcəllənin 22-1.4-cü maddəsinin birinci cümləsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

4.2. 2.5-ci və 2.6-cı bəndlər ləğv edilsin.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!