Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

posted in: Xəbər | 0

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

İxtisarBu yazımızda bağlanmış müəssisələrdə çalışan şəxsləri düşünərək faydalı olacaq məsələləri qeyd etməyə üstünlük verdik.

Müəssisə ləğv olduqda işdən bu əsasla ayrılaraq əmək müqaviləsinə xitam verilən işçilərin bir neçə təminatı nəzərdə tutulmuşdur.

1) Əvvəla işçi işdən ayrıldığı ay üzrə faktiki işlədiyi günlərə müvafiq olaraq əmək haqqını almalıdır.

2) Əmək müqaviləsinə müəssisənin ləğv olunması ilə bağlı xitam verilən işçilərə müvafiq olaraq bu iş yerindəki əmək stajından asılı olaraq işdənçıxma müavinəti verilməlidir.

  1. a) 1 ilədək orta aylıq əmək haqqı (son iki aylıq əmək haqqı cəmi üzrə hesablanır)
  2. b) 1-5 ilədək orta aylıq əmək haqqının 1.4 misli
  3. c) 5-10 ilədək orta aylıq əmək haqqının 1.7 misli
  4. d) 10+ ilədək orta aylıq əmək haqqının 2 misli
3) İstifadə edilməmiş və iş ili üçün (əmək müqaviləsi bağlanan gündən növbəti ilin həmin günü olaraq hesablanır) müəyyən edilmiş növbəti əsas əmək məzuniyyəti üzrə məzuniyyət haqqı

4) Müəssisə tərəfindən işçiyə ödənilməli olan əlavə məbləğlər (vurulmuş zərərə görə kompensasiya, ezamiyyətlə əlaqədar ödənilməmiş ezamiyyət haqqı və digər ödənişlər)

5.1) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan çox, ümumilikdə 3 ildən çox sığorta stajı (məcburi dövlət sosial sığorta haqqı ödənildikdə yaranır) varsa, işçiyə aşağıdakı qaydada işsizlikdən sığorta ödənişi verilir.

  1. a) 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əmək haqqını 12yə bölməklə alınır) əmək haqqının 50%
  2. b) 5-10 il sığorta stajı olduqda orta aylıq əmək haqqının 55%
  3. c) 10+ sığorta stajı olduqda orta aylıq əmək haqqının 60%-i məbləğində.

Qeyd edək ki, bu ödəniş ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir.

5.2) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, lakin ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əmək haqqı məbləğində ilk 6 ay yuxarıdakı nisbətlərə uyğun ödənilir.

Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əmək haqqı məbləğində və 3 ay işsiz olan müddət üçün ödənilir. Həmçinin 18 yaşadək uşağı olduqda yuxarıdakı faizlərə 5% (20%dən çox olmayaraq) əlavə etməklə işsizlikdən sığorta ödənişi verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bağlanan bankların fiziki və hüquqi şəxslər qarşısında hansı öhdəlikləri var?

posted in: Xəbər | 0

Müvəqqəti inzibatçı, bankların iş rejimi, Banklar,İqtisadçı ekspert Samir Əliyev bu sualımıza cavab olaraq bildirib ki, bağlanan banklar fiziki şəxslər qarşısında iki öhdəlik daşıyır:

1) qorunan əmanətlərin sahibləri;

2) qorunmayan əmanətlərin sahibləri və fərdi sahibkarlar qarşısında öhdəlik.

Qorunan əmanətlərin sahibləri qarşısında öhdəliklər özündə əmanətləri və fiziki şəxslərin cari hesablarını əks etdirir və “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlarla tənzimlənir. Bu qanunlara görə, fiziki şəxslər tərəfindən banklara yerləşdirilmiş əmanətlər dövlət tərəfindən qorunur: bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10 faizdən (2020-ci il iyun ayının 1-dən etibarən 12 faizə qaldırılıb – S.Ə.), xarici valyuta üzrə 2,5 faizdən çox olmasın. Belə olan halda, bank bağlandıqda “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən, dövlət tərəfindən qorunan əmanətçilərin vəsaitləri tam qaytarılır. Bu Qanunun müddəti 2020-ci il dekabr ayının 4-də bitir. Qanunun müddəti uzadılmayacağı halda “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək və kompensasiya məbləği 30 min manatla məhdudlaşacaq.

Qorunmayan əmanət sahibləri və fərdi sahibkarlar qarşısında öhdəliklərə isə əmanətlər (qorunmayan), fərdi sahibkarların cari hesablarlarındakı vəsaitlər, hüquqi şəxslərin depozitləri və cari hesablarındakı vəsaitlər daxildir. Bu öhdəliklər “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən icra olunur. Ödəniş növbəliliyinə görə, bu qrup kreditorların vəsaitləri sonuncu yerlərdə gəlir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?

posted in: Xəbər | 0

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxs yenidən rəhbər işçi ola bilərmi? (bank, sığorta sektoru və qiymətli kağızlar bazarı üzrə)

Bu yazımızda müflisləşmə halında sığorta sektoru üzrə hansı rəhbər işçilərinin, bank sektoru üzrə isə inzibatçıların yenidən rəhbər vəzifələrə təyinatı barədə qanunvericilik üzrə müvafiq izah verməyə çalışacağıq.
1) Bank sektoru

Bank sektoru üzrə inzibatçı anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı olmuş şəxslər 2 il ərzində başqa bankın inzibatçısı ola bilməzlər.

Qeyd edək ki, bank sektoru üzrə inzibatçı dedikdə bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri başa düşülür.

2) Sığorta sektoru

Sığorta sektoru üzrə sığortaçının rəhbər işçisi anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır.

Sığortaçının rəhbər işçisi olmaq istəyən bu şəxslər isə müflis elan olunaraq ləğv etmə barədə qərar qəbul edildikdən sonra 5 il müddətində rəhbər işçi vəzifələrinə təyin oluna bilməzlər.

Onu da qeyd edək ki, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləridir.

Göründüyü kimi 2 halda da müvafiq qərarın qəbulundan azı 1 il (12 ay) əvvəlki dövrdə müvafiq proseslərdə iştirak etmiş şəxslər (bank sektoru) yaxud rəhbər işçi vəzifəsində işləmiş şəxslərə müvafiq məhdudiyyət nəzərdə tutulur.

3) İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı olan müəssisələr – lisenziyalaşdırılan şirkətlər

Lisenziyalaşdırılan şirkətlər üzrə rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin və ya daxili audit xidmətinin üzvü olmamalıdırlar.

Qeyd edək ki, lisenziyalaşdırılan şirkətlərdə icra orqanının, müşahidə şurasının, daxili audit xidmətinin üzvü, habelə investisiya şirkətinin filiallarının rəhbərləri üçün bu tələb mövcuddur.

Bu sahədə digər iki sektordan fərqli olaraq müvafiq qaydada ləğv edilmiş şəxslərdə rəhbər vəzifə tutmuş işçilərin hansı müddətdə yenidən digər lisenziyalaşdırəlan şirkətlərdə rəhbər vəzifəyə təyin oluna bilməməsi qeyd edilməmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda sahibkarlıq subyektlərində monitorinqlər keçiriləcək

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq subyektlərində monitorinq keçiriləcək

İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, monitorinq qruplarına İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir. Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcək.

“Məlum olduğu kimi, Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mərhələlərlə xüsusi karantin rejiminin yumşaldılması həyata keçirilir. Belə ki, ilkin mərhələdə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmiş, Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ticarət obyektlərinin (iri ticarət mərkəzləri istisna olmaqla), digər inzibati ərazi vahidlərinin ərazisində isə ticarət və ictimai iaşə obyektlərinin fəaliyyətinə, nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayonlararası və şəhərlərarası sərbəst hərəkətinə icazə verilib.

Bununla belə, insanların sağlamlığının qorunması baxımından iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməli, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin edilməlidir.

İş və xidmət sahələri üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla profilaktik tədbirlər görülməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, sosial məsafə saxlanılmalı, qoruyucu vasitələrdən istifadə edilməli, işçi heyət gigiyenik tələblərə əməl etməlidir”.

Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq, monitorinqlərin nəticələri KİV-də geniş işıqlandırılacaq”, – deyə qurum bəyan edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun