Ötən həftə 5 konsaltinq şirkəti ləğv edilib

posted in: Xəbər | 0

yerli şirkət, emek muqavilesi, xarici şirkət, əmək müqaviləsi,Vergilər.Az saytında olan məlumatlara əsasən ötən həftə ərzində 5 konsaltinq Şirkəti ləğv edilib:

“CASPİAN ACCOUNTİNG AND CONSULTİNG SERVİCES (CASC)” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1800360201

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1038 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, Dirçəliş küçəsi, dalan 3, mənzil 2 ünvanına bildirə bilərlər.


“KASPİAN AKKAUNTANTS” MƏHDUD MƏSULİYYƏTLİ MÜƏSSİSƏSİ

VÖEN: 1700408991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1134 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 66, mənzil 18 ünvanına bildirə bilərlər.


“FİN ADVİSER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303250781

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“LEGAL KONSALTANSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302364661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.


“VES FİNANCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301850931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bak; şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, küçəsi, ev 3 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böhran dövründə şirkət psixologiyası mövzusunda ödənişsiz onlayn seminar keçiriləcək

posted in: Xəbər | 0

Böhran dövründə şirkət psixologiyası: İşçilərin psixoloji sağlamlığı, şirkətin dayanıqlılığı və davamlılığı.

Hörmətli Sahibkar!

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Sizi, 19 may 2020-ci il tarixində saat 16:00 da “Böhran dövründə şirkət psixologiyası: İşçilərin psixoloji sağlamlığı, şirkətin dayanıqlılığı və davamlılığı” mövzusunda TƏBİB Psixoloji Dəstək Layihəsi Koordinatoru, uzman psixoloji konsultant/psixoterapevt Nərmin Osmanlının moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən canlı yayıma dəvət edirik.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Audit və maliyyə təhsili olanlar üçün ödənişli təcrübə proqramı

posted in: Audit, İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

Əməliyyat Şöbəsində Təcrübə Proqramı elan olunur.

İşəgötürən: Optimal Electronics LLC.

Biz Sizə təklif edirik:

  • Karyera inkişafı;
  • Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
  • 6 günlük iş rejimi;
  • Ödənişli təcrübə proqramından faydalanma imkanı.

Namizədə tələblər:

  • Ali təhsil müəssissini yeni bitirməlidir. (Audit, maliyyə üzrə təhsili olanlara üstünlük verilir);
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı olmalıdır; Rus, ingilis dillərində bilmək üstünlükdür.
  • İnkişafa meylli olmalıdır;
  • Microsoft Office proqramlarını yaxşı bilməlidir.
Maraqlanan şəxslər CV-lərini müvzu yerində Əməliyyat Şöbəsində Təcrübə Proqramı qeyd etməklə, / ünvanına göndərə bilərlər.

Son tarix: 30.05.2020

Mənbə: finstaff.az


Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2751) ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın “Qeydlər”inin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 may 2020-ci il
№ 174

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun