Mühasib keçmişdə və gələcəkdə (IV hissə)

posted in: Xəbər | 0

Mühasib keçmişdə və gələcəkdə (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.

Protaqor

Analitik fəlsəfədə qəbul olunduğu kimi şagirdin müəllimlə söhbətinin formasının parodiyasını təsəvvür edək.

Şagird. Debet nədir?

Müəllim. Latın sözüdür, bizim dilə tərcümədə bu mənanı verir: o, borcludur.

Şagird. Aydın olmadı. Məsələn, əgər kassaya pullar daxil olub, pul kimi rubl və qəpiklər kiməsə, nəsə borcludur?

Müəllim. Düzgün qeyd etdiniz. Buna görə də, əgər əsrlər deməsək, bir çox onilliklər ərzində debet dedikdə, sadəcə, dəyərlərin gəlməsi başa düşülürdü.  Və görkəmli fransız mühasib E. Deqranj (1768-1818) belə bir qayda irəli sürmüşdü: “Kim alırsa – borclanır, kim verirsə – kreditlənir”.

Şagird. Bəz onda niyə zərəri debetə qeyd edirlər?

Müəllim. Cavab vermək çətindir. Bunun dəyərlərin zəif yerləşdirilməsi ilə izah etməyə çalışdılar. Eyni pula mal ala bilərsiniz və bu debet olacaq, yəni, malların daxil olması kimi, lakin pul oğurlana bilər və sonra pul və malların əvəzinə (debeə) zərər əldə edə bilərik.

Şagird. Lakin, dəyərlər – mallar və ya onların pulunun daxil olması bu bir ayrı məsələdir və aydındır,  zərər isə – bu sadəcə heç nədir!

Müəllim. İlk dəfə bu cür fikirləşən təkcə sən deyilsən. Səndən əvvəl də ağıllı adamlar olub: Qərbdə (1846-1924-cü illərdə), bizdə (1857-1956-cı illərdə). Onlar belə öyrədiblər və indi də öyrətməkdə davam edirlər ki, debet – bu, istənilən mühasibatlıq hesabının yalnız sol tərəfidir.

Şagird. Bu düzgündür?

Müəllim. Şübhələr var. Xüsusilə hesabları hesablamaqla bağlı. Hesabı götürək: “Təchizatçılar və podratçılarla hesablaşma”. Onun debet və (və ya) kredit saldosu ola bilər. Birinci halda hesab aktivdir və göstərir ki, bizim kontragentlər bizə borcludur, məsələn, ilkin ödəniş edilib, ikinci halda isə – hesab passiv olur və bu o deməkdir ki, biz onlara borcluyuq. Burada bəzi rahatsızlıqlar var.

Şagird. Bəlkə, sadəcə tədarükçülər mal veriblər, bu səbəbdir və malların göndərilməsi faktı isə bu səbəbin nəticəsidir?

Müəllim. Sizin fərziyyəniz zahirən inandırıcıdır. Məhz, 1866-1935-ci illərdə bu cür öyrədiblər. Lakin bütün bunlara 1894-1952-ci illərdə öyrətdikləri kimi digər tərəfdən də baxmaq olar. Malların daxil olması faktı (səbəbi) kredit borcunun yaranması ilə nəticələndi. İki güzgüdəki kimi bərabər dəyərli və qarşılıqlı kəskin izahlar.

Şagird. Yəni, sol tərəf ən həssas izahatdır?

Müəllim. Ən pis də demək olar. İndi bunu optimal adlandırırlar. Onun böyük mənfiliyi var: bu, debetin məzmununu açıqlamır, prosedurun təsviri ilə iqtisadi həyat faktlarının mahiyyətini dəyişdirərək ondan uzaqlaşır. O debetin nə olduğunu bildirmir, sadəcə qeydlərin necə aparılmasını nəql edir.

Şagird. Lakin, əgər biz deyiriksə ki: debet hesabın sol tərəfidir, müvafiq olaraq kredit də – sağ tərəfidirsə, onda niyə onların yeri dəyişdirilməsin?

Müəllim. Dəyişdirilib. Qədimdə C. Kardano (1501-1576), bizim zamanda isə (1895-1980) krediti sol, debeti isə sağ tərəfdə yerləşdirmişdilər. Və, onu da deyim ki, hər şey baş tutmuşdu. Təsadüfi deyil ki, mühasiblərimizin (1863-1931) ən məşhurlarından biri bunu nifrətlə feldfebel izahı adlandırmışdı (sol, sağ – irəli marş).

Şagird. Bəs sizcə debet nədir?

Müəllim. Vicdanla söyləsək, bilmirəm.


V hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya şəraitində ən populyar peşələr məlum olub

posted in: Xəbər | 0

Pandemiya şəraitində ən populyar peşələr.

Rusiyalılar mart ayında ən çox sürücü peşəsi üzrə iş yerləri axtarıblar, “Avito Rabota” analitik mərkəzinin mütəxəssisləri bunu aydınlaşdırıblar. Bu tədqiqatların nəticələri “İzvestiya” qəzetinin sərəncamında var.

Eləcə da 10 populyar peşə sırasına elektrik, yükdaşıyan, müxtəlif işləri yerinə yetirən, qaynaqçı, xadimə, administrator, mühasib, dayə və kuryer peşələri də daxildir. Lakin fevral ayı ilə müqayisədə sürücü peşəsi üzrə axtarış sorğularının sayı 16% azalıb.

Ən əhəmiyyətli eniş isə “elektrik” peşəsi üzrə sorğularda baş verib: 2020-ci ilin fevral ayı ilə müqayisədə mart ayında bu peşəyə tələbat 30% aşağı düşüb.

Həmçinin kuryer (23%), administrator (21%),  “yükdaşıyan” və “aşpaz” peşələri ilə bağlı sorğularda isə (19%) azalma müşahidə olunub.

Analitiklər bu tendensiyanı onunla izah edirlər ki, mart ayında kütləvi peşələr üzrə iş yeri axtaranlar daha çox özünütəcrid şəraitində icazə verilən iş yerlərinin axtarışına fokuslanıblar.

“Mart ayında əmək bazarı sanki bir qədər sönüb: həm işaxtaranlar həm də işəgötürənlər öz aktivliklərini azaldıblar. Bu ilk növbədə ümumi özünütəcrid və evdə qalmaqla bağlı tövsiyələrlə əlaqədardır”, – “Avito Rabota”nın idareətmə üzrə direktoru Artem Kumpel belə söyləyib.

Buna baxmayaraq, əmək bazarı çox çevikdir və xarici şərtlər altında sürətlə qurulur, deyə ekspert qeyd edib. “Məsafədən çalışma” fevral ayı ilə müqayisədə 10%, “gündəlik ödəniş edilən işlər” və “evdən çalışma” isə 15% artıb.

İstifadəçilər pandemiyanın diktə etdiyi məhdud şəraitdə qazancın kompromis variantını tapmağa çalışırlar, Artem Kumpel belə hesab edir.

Bu ərəfədə, aprelin 14-də xəbər verilmişdi ki, rusiyalıların əksəriyyəti boşdayanma vaxtındakı itkilərin əvəzini  özünütəcrid rejimi başa çatdıqdan sonra çıxmaq əzmindədirlər. Superjob xidmət analitikləri tərəfindən sorğu edilənlərin demək olar ki, yarısı altı günlük iş həftəsinə razı olduqlarını və respondentlərin üçdə ikisi may və yanvar tətillərində işləməyə hazır olduqlarını bildiriblər.

Aprelin 13-də KİV-lər son üç ildə Rusiyanın 25 bölgəsində iş yerlərinin artdığını və 60 bölgədə isə azaldığını xəbər veriblər. Lakin, müsbət dinamikaya malik olan bölgələr qalan sahələrdə ixtisarların təxminən yarısına qədərini kompensasiya ediblər.

Son üç ildə iş yerlərinin yaradılması üzrə lider Moskva bölgəsidir – region siyahıda birinci yer tutur, 2017-2019-cu illərdə subyektdə 200 min iş yeri yaradıblar.  İkinci yerdə Moskva şəhəridir, burada 89 min yeni iş yeri açılıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial yardımın müddəti azaldılacaq

posted in: Xəbər | 0

aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Azərbaycanda sosial yardımın təyin olunması müddəti 2 ildən 1 ilə endirilir.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) dəyişiklik təklif edilir.

Dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

posted in: Xəbər | 0

ABŞ-ın dövlət borcu rekord həddə yüksəldi

Usdebtclock.org resursunun məlumatından aydın olub ki, ABŞ-ın dövlət borcu 25 trilyon dollara çatmaqla, yeni rekord müəyyənləşdirib. Bu cür kəskin artım koronavirus pandemiyasına qarşı mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır.

Məlumat dərc edilərkən, ABŞ-ın dövlət borcları 25,04 trilyon dollara bərabər olub. Bu tarix boyunca ən yüksək göstəricidir və yaxın vaxtlarda onun daha da artacağı gözlənilir. Mayın əvvəlində Maliyyə Nazirliyi yaxın üç ay ərzində üç trilyon dollarlıq istiqrazlar yerləşdirmək planlarını açıqlayıb. Beləliklə, üçüncü rübdə borcların həcminin ötən il ərzindəki analoji göstəricini iki dəfədən çox ötəcəyi gözlənilir.

Dördüncü rübdə (iyul-sentyabr aylarında) yeni götürülən borcların ümumi həcmi 677 milyard dollar təşkil edəcək. Federal ehtiyatlar sistemi (FES) və onun başçısı Jerome Powell artıq təkrar bazarda böhranın nəticələrini aradan qaldırmaq üçün lazım olan sayda dövlət istiqraz kağızlarını almağa hazır olduqlarını bəyan ediblər.

Sorğu edilən Forbes iqtisadçılarının rəyi belədir ki, tam miqyaslı böhran və kütləvi işsizlik şəraitində dövlət borcunun artırılması inflyasiyanın artmasına və investorların dollara olan inamının azalmasına səbəb olsa da, zəruri və yeganə mümkün tədbirdir. Berkshire Hathaway investisiya şirkətinin təsisçisi və rəhbəri Warren Buffett də eyni mövqedədir.

Digər ekspertlər isə prezident Donald Trump-ın dövlət borcunun səviyyəsini və büdcə kəsirini aşağı salacağına dair seçkiqabağı vədlərini xatırladırlar. Onu da demək lazımdır ki, bir müddət sonra Trump borc almaqla geniş miqyaslı vergi islahatlarının mənfi büdcə təsirini neytrallaşdıra biləcəyini izah edərək özünü “borc kralı” adlandırmışdı.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun