Read More9
Read More9

“Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar keçiriləcək

posted in: Xəbər | 0

“Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda onlayn seminar keçiriləcək

Hörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi ilə 12 may 2020-ci il tarixində saat 16:00-da “Əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda təşkil olunacaq onlayn seminarda iştirak etməyə dəvət edirik.

Seminar Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri Elşən Tağıyev və Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət sekorunun müdiri Aynurə Tağıyevanın moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən yayımlanacaq.

Təlimdə aşağıdakı məsələlərə dair şərhlər veriləcəkdir:
• Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminədaxil edilməsi qaydaları;
• Əmək müqaviləsinə xitam verilməsinin əsasları və rəsmiləşdirilməsi qaydaları;
• İş vaxtının rejimi və onun tənzimlənməsi qaydaları, işçilərin istirahət və məzuniyyət hüququ;

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

posted in: Xəbər | 0

Əhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

ƏƏSMN-dən verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.

Eyni zamanda Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İdxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması üzrə müzakirələr aparılıb

posted in: Xəbər | 0

İdxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması üzrə müzakirələr aparılıb

Dövlət Gömrük Komitəsində (DGK) biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərə dair onlayn iclas keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və müvafiq idarələrin rəisləri iştirak ediblər. İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik və iqtisadi dayanıqlılıq təmin edilib. Son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar əlverişli biznes mühitinin yaradılması, beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb.

O qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası iqtisadiyyata təsirsiz ötüşməyib. Koronavirusun təsiri ticarət dövriyyəsində azalmalara da səbəb olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin yeni vəziyyətə çevik və adekvat reaksiyası nəticəsində pandemiyanın ölkəmizə vura biləcəyi zərərlər minimuma endirilib, qabaqlayıcı tədbirlər görülüb. Məhz belə addımlar sayəsində bu gün Azərbaycan pandemiya ilə mübarizədə daha az zərərlə üzləşən ölkə kimi qəbul edilir.

Komitə sədrinin birinci müavini onu da bildirib ki, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir. Pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən gömrük əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər.

Sonra biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən bəhs edən İ.Hüseynov “Yaşıl dəhliz” buraxılış sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi barədə fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, aşağı risk qrupu və sadələşdirilmiş buraxılış qaydalarına əsasən, ixrac və idxal üzrə sərhəd-keçid vaxtının azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq.

İclasda idxal-ixrac əməliyyatları üzrə sənədləşməyə dair xərclərin və vaxtın optimallaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub, qanunvericilik və inzibatçılıq qaydaları barədə sahibkarların təlimlərə, o cümlədən onlayn treninqlərə cəlb edilməsi məsələlərinin intensivləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Həmçinin gömrük təmsilçiliyi institutunun formalaşdırılması, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması istiqamətlərində görülən işlər barədə də müzakirələr aparılıb. Eyni zamanda, “Xarici ticarətin aparılması” indikatoru üzrə icra olunmalı tədbirlərdən ən əsası – broker xidmətləri xərclərinin optimallaşdırılması məsələləri də müzakirə olunub və komitənin aidiyyəti qurumlarına gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şirkətlərlə bu istiqamətdə iş aparılmasına dair tapşırıqlar verilib.

“Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin mayın 8-də keçirilən plenar iclasında “Sosial sığorta haqqında” Qanuna dəyişikliklərlə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklərə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılıb.

Qüvvədə olan Qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əməkhaqqı 250 manatdır.

Hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 2021-ci il 1 yanvardan 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.

Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!