Vakansiya: Mühasib – Veysəloğlu Şirkətlər Qrupu

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasibat uçotu, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu.

Vakansiya barədə məlumat:

İşin Təsviri:
– Mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi və nəzarət edilməsi
– Mühasibat hesabatlarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirib,sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
– Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Namizədə tələblər:

– Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi;
– MC Office proqramları və 1С 8.3 proqramı biliyi;
– Azərbaycan və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
– Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı.

Müraciət qaydaları: / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Mühasib yazıb CV göndərməklə müraciət edə bilərsiniz.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?

posted in: Xəbər | 0

Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?


Malların alışı, sənədləşmə prosedurları,Sual: Mən bazar şəraitində işləmişəm. Mənim əlimdə olan məhsullarım nağd şəkildə alınmışdır və heç bir sənədim yoxdur. Hal-hazırda işlədiyim firmalar məndən ödənişi rəsmi şəkildə tələb edirlər. Bu da mənə işləməkdə çətinlik yaradır. Mən öz anbarımda olan məhsulları necə rəsmiləşdirə bilərəm?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə, belə alınmış malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir.

Vergi ödəyicisinin anbarında aşkar edilən elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən, uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir. Onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən, inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır. Həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


 Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu işçilərin sosial müdafiəsi gücləndirilir

posted in: Xəbər | 0

Bu işçilərin sosial müdafiəsi gücləndirilir


Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Prezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.

Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2020-ci il.

Mənbə: president.az


Bax: Bu şirkətlər üçün icazə almaq asanlaşdı


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu şirkətlər üçün icazə almaq asanlaşdı

posted in: Xəbər | 0

elektron satınalma HüquqiTikinti şirkətləri üçün onlayn rejimdə icazə almaq asanlaşdı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Evdə qal, işlərindən qalma!” devizi ilə tikinti şirkətlərinə müraciət edərək “Bir pəncərə” elektron sisteminin imkanlarından yararlanmağa çağırır.

Bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən istifadəyə verilmiş “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması presedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimi ilə əlaqədar tikinti sektorunda çalışan sahibkarlar www.birpencere.arxkom.gov.az internet səhifəsi vasitəsilə onlayn rejimdə icazə ala bilər.

Komitə tərəfindən təmin edilmiş bu imkan sayəsində tikinti niyyəti olan hər bir iş adamı olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə internet vasitəsilə elektron qaydada müraciət edərək Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində onlayn əldə edə bilər. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur. Sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Bununla yanaşı, sistem vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazə almaq mümkündür. İstənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır. İstismara icazə ilə bağlı bu müraciətə 20 gün müddətində baxılır.

Eyni zamanda “Bir pəncərə” sistemi xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına və sifarişçinin onlayn ödəniş etməsinə də imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi elektron formada təqdim olunur.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun