“Proqnozdan 200 milyon manat çox vergi toplanılıb”

posted in: Xəbər | 0

“Proqnozdan 200 milyon manat çox vergi toplanılıb”.


vergi, Gəlir,

“Azərbaycanda ortamüddətli iqtisadi proqram və strategiyanın konturları müəyyənləşdirilib”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda deyib.

“İlk növbədə, ağ formal, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın qurulması bütün təklif olunan tədbirlərdə hədəf olaraq qırmızı xətt kimi keçir. İqtisadiyyatımızın ixrac yönümlülüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəlmiş tədbirlər daha geniş yer alır. Vurğuladığınız kimi, məşğulluğun qorunmasını və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük.

Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilibdir. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik”, – deyə o, qeyd edib.

Bundan başqa, nazir bildirib ki, operativ məlumata əsasən, Dövlət Vergi Xidmətinin xətti ilə proqnoz tam yerinə yetirilib: “Dövlət büdcəsinə təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.

Əsas istiqamətlər olaraq biz, həmçinin keçən ildən Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də birinci rüb ərzində ünvanlı dövlət sosial müdafiə fonduna təxminən 120 milyon manat daha çox vəsait yönəldilib. İstiqamətlər olaraq orta müddətdə həm kənd təsərrüfatı emalı sahəsinin genişləndirilməsi vacib prioritet kimi görünür, həm tikinti sektoruna dəstəyin artırılması və bu sahədə fəaliyyətin genişləndirilməsi. Mən bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu istiqamətlərdə, həmçinin ticarət, tranzit və logistika sahələrində bizə artıq aydın göstərişlərinizi vermisiniz. Yük və karqonun daşınmasına gəldikdə bugünkü şəraitdə biz hətta keçən ilin martı ilə müqayisədə bu trendlərin artmasını görürük. Bu da Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Təbii olaraq Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində də bir sıra layihələr hazırlanır. İnanıram ki, biz onları bu paket çərçivəsində təqdim etmək iqtidarında olacağıq”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

BİZİ INSTAGRAM’DAN İZLƏYİN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Prezident: “Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir”

posted in: Xəbər | 0

Prezident: “Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir”.


Prezidentin fərmanının əhatə dairəsi“Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
“Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda sahibkarlar da, əlbəttə, bir də demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidir”, – dövlət başçısı vurğulayıb.
Mənbə: report.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN

BİZİ INSTAGRAM’DAN İZLƏYİN

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq

posted in: Xəbər | 0

Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq

DMXDövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda tətbiq edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib.
Bunu DMX-nin rəisi Vüsal Hüseynov bildirib.
O, Miqrasiya Xidmətləri ilə bağlı aşağıdakı 4 məsələnin nəzərə alınmasını xahiş edib: “Birincisi, aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur. (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).
İkincisi, yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkii mobil telefonla çəkilib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skanner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə, sənədlər telefon vasitəsilə çəkilib göndərilə bilər.
Üçüncüsü, yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.
Dördüncü, mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi Sizdən tələb oluna bilər”.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Prezident: “Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur”

posted in: Xəbər | 0

Prezident: “Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur”

“Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə iqtisadi paketin icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
“Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi, eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına, hesab edirəm ki, ən gözəl xidmət olacaq”.
Mənbə: report.az

Bax: İcbari tibbi sığorta haqqının tutulması vaxtı uzadıldı

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun