Kapital Bank və KOBİA-dan hüquqi şəxslərə və sahibkarlara dəstək!

posted in: bank, Xəbər | 0

Kapital Bank və KOBİA-dan hüquqi şəxslərə və sahibkarlara dəstək!

Koronavirus (COVID-19) infeksiyasının mikro, kiçik və orta sahibkarlara (KOS) mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına Kapital Bank da qoşuldu.

Koronavirus infeksiyasının sahibkarlar, xüsusilə də KOS-lar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Kapital Bank sahibkarlara dəstək məqsədilə müxtəlif bank əməliyyatlarında güzəştlər edəcək. Artıq Bank tərəfindən sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunarq 0,2% müəyyənləşdirilib.

Sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əmək haqqı kartlarının sifarişi, əmək haqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da Müştəri Bank (internet bankçılıq) vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər. Qeyri-iş günlərində də Müştəri Bank fasiləsiz fəaliyyət göstərəcək. Həmçinin, KOS-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir. Qiymətləndirmə və sığorta xərcləri isə Bank tərəfindən qarşılanır. Kampaniya 30 Aprel 2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kapital bank

Koronavirusla bağlı məhdudlaşdırmalar sahibkarlara necə təsir edib?

posted in: Xəbər | 0

sahibkarlıq meyarıBütün dünyada koronavirus epidemiyasının yayılması ilə bağlı müxtəlif sektorlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Azərbaycanda da tətbiq edilən bu cür tədbirlərə misal olaraq ictimai iaşə obyektlərinin fəaliyyətlərinə vaxt məhdudiyyətlərinin tətbiq edilməsini, nəqliyyat sektorunda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışın məhdudlaşdırılması, xarici ölkələrə biletlərin ləğv edilməsi, qonşu dövlətlərlə sərhədlərin müvəqqəti bağlanması və digər addımları misal göstərə bilərik. Bütün bu proseslərin ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi iqtisadçılar tərəfindən danılmaz bir faktdır. (sahibkar, koronavirus)

Bəs, görəsən, həyata keçirilən bu məhdudlaşdırıcı tədbirlər ölkənin biznes mühitinə, paytaxtda və bölgələrdə müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyətinə necə təsir edib?

Bu barədə açıqlama verən Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) Mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva həm mövcud şəraitlə əlaqədar sahibkarların problemlərini sadalayıb, həm də biznes fəaliyyəti ilə məşğul olanlara dəyən zərərin minimuma endirilməsi üçün hökumətə hansı təkliflərin verildiyini qeyd edib:

“ASK-nın kiçik, orta və iri sahibkarlıq subyektlərindən ibarət 6 minə qədər üzvü var. Üzvlərimiz arasında kiçik və orta sahibkarlıq subyektəri daha çoxdur. Koronavirusla bağlı hökumət ilk məhdudlaşdırıcı tədbirlərə əl atandan sonra biz ASK üzvləri arasında sorğu keçirməyə başladıq. Bu tədbirlərin sahibkarlığa, biznesə necə təsir etdiyini araşdırmağa çalışdıq ki, üzvlərimizin hazırkı vəziyyətini müəyyən edək.

ASK-nın tərkibində 14 sahəvi komissiya var. Bu sahəvi komissiyalar, demək olar ki, əksər sahələri əhatə edir. Bura logistika, turizm və digər sahələri aid etmək olar. İlk növbədə, hər bir komissiyanın daxilindəki üzvlərdən vəziyyətin necə olduğunu maraqlanmağa çalışdıq. Daha sonra İdarə Heyəti və Rəyasət Heyətində olan şirkətlərə müraciət etdik. Daha sonra bu məhdudiyyətlərin biznesə hansı dərəcədə təsiri olduğunu öyrənmək üçün ASK-nın tərkibində olan bütün şirkətlərə elektron məktub göndərdik və vəziyyəti öyrənməyə çalışdıq”.

Onun sözlərinə görə, ASK-nın Azərbaycanın rayonlarında 40-a qədər nümayəndəsi var: “Bunlar regional nümayəndələrdir. Onlardan aldığımız məlumata görə, Azərbaycanın rayonlarında olan istehsal müəssisələrində hər hansı bir problem yoxdur, istehsalat davam edir. O cümlədən satış mərkəzlərində heç bir problem yoxdur. Bura supermarketləri də aid edə bilərik. Bütün idxal prosesləri qaydasdındadır və heç bir ajiotaj doğuracaq məsələ yoxdur.

Lakin logistika ilə bağlı müəyyən ləngimələr var. O da Rusiya ilə Azərbaycan sərhəddindədir. Burada yüklərin Azərbaycana keçməsində müddət bir qədər uzanıb. Bu da yoxlamaların daha dərindən olması ilə əlaqədardır. Tikinti sektorunda da yaşayış binalarının tikintisi ilə bağlı işlər davam edir. Bu sahədə bəzi sahibkarlar işçilərini 2-3 gün öncədən tətilə göndərib, bəziləri isə hələ göndərməyib. Onlar fərdi sahibkarlar olduqları üçün bu barədə qərarları sərbəst verirlər. Bu sahədə elə bir ciddi problem yoxdur.

Ciddi problem daha çox ilin əvvəlindən turizm sektoru ilə bağlıdır. Ölkəyə daxil olan turistlərin sayında, eləcə də turoperatorların işində çox ciddi problemlər yaranıb. Çünki ölkədən xaricə olan biletlərin hamısı ləğv olunub. Eyni zamanda otel rezervasiyalarının hamısı ləğv edilib. Bununla əlaqədar turizm sektoruna ciddi ziyan dəyib. ASK-nın turizm komissiyası sahibkarlara dəyən zərərin minimuma endirilməsi üçün ilkin təkliflərini artıq hazırlayıb. Təkliflərin içində əsasən dövlət dəstəyi mexanizmləri, kompensasiya, işçilərin sosial müdafiə haqlarının ödənilməsi ilə bağlı dövlət tərəfindən kömək, güzəştli kreditlər, turizm şirkətlərinə dövlət dəstəyi, vergi tətilləri kimi qısa başlıqlar yer alıb. Hazırlanan təkliflər çərçivəsində ilin sonuna qədər turizm sahəsində çalışan şirkətlərə vergi güzəştlərinin verilməsi təklif olunur”.

İ.Abdullayeva qeyd edib ki, koronavirusla bağlı həyata keçirilən məhdudlaşmaların şərabçılara da azacıq təsiri var: “Amma bu çox cüzi təsirdir. Çinə və Avropa ölkələrinə şərab ixrac edən şirkətlərin qismən çətinlikləri yaranıb. Bu çətinliyin maddi həcmi çox az bir dövriyyəni əhatə edir. Azərbaycandan ixrac olunan şərabın 85-90%-i Rusiya bazarına gedir və bu sahədə hazırda heç bir problem yoxdur. Yalnız 10-15% məhsul Avropa, Çin və Orta Asiya bazarına gedirdi ki, aviareyslərin təxirə salınması, yükdaşımaların müəyyən müddətə dayandırılması bu istiqamətdə şərab satışına qismən mənfi təsir edib. Amma bu böyük həcmdə deyil, çünki Azərbaycan şərabçılarının əsas bazarı Rusiya hesab olunur”.

Qida sektoruna gəlincə, burda ASK-nın rəsmisinin sözlərinə görə, istehsal prosesləri çox normaldır: “Heç bir dayanma yoxdur. Problemlər bir də iaşə sektorunda var. Bir qədər də sərnişindaşıma şirkətləri ilə bağlı problem yarana bilər. Turizm sektorunda çalışan şirkətlər artıq onlara dəyən ziyan barədə müəyyən rəqəmlər çıxarda biliblər. Çünki turizm sektoru ilə bağlı məhdudiyyətlər ilin əvvəlindən başladı. Digər sektorlarla bağlı məhuddiyyətlər hələ yeni tətbiq edilməyə başlayır. Odur ki, iaşə və sərnişindaşıma ilə məşğul olan şirkətlərin zərərini indidən qeyd etmək çətindir. Qarşıdakı 10 gün ərzində, yəqin ki, biz müəyyən rəqəmlər ala biləcəyik. ASK hazırda bu istiqamətdə işləri davam etdirir. Biz sahibkarlara müraciət etmişik ki, həm mövcud vəziyyətlə bağlı yaranan çətinliklərini bizə bildirsinlər, həm də öz təkliflərini irəli sürsünlər ki, biz həmin təklifləri hüquqi çərçivəyə salaraq hökumətə təqdim edək. Bu sahədə işlər gedir və hesab edirəm ki, qarşıdakı günlərdə bizim əlimizdə ümumiləşdirici bir sənəd olacaq”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkar, koronavirus, sahibkar, sahibkar, koronavirus

Qazaxıstanda ticarət mərkəzləri və kinoteatrlar əmlak vergisindən azad edilib

posted in: Xəbər | 0

sahibkar, mənfəət vergisi, vergi amnistiyası, muhasibat, peşə,Qazaxıstanda ticarət mərkəzlərini, kinoteatrları, sərgi və idman obyktlərini hüquqi şəxslərin əmlak vergisindən azad etmək planlaşdırılır. Milli iqtisadiyyat naziri Ruslan Dalenov hökumətin iclasında bildirib ki, vergi güzəşti bir il qüvvədə olacaq. Bundan əlavə, penyaların köçürülməsinin bir rüb dayandırılması, vergi hesabatlarının isə üçüncü rübə keçirilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, “Sadə şeylərin iqtisadiyyatı” proqramı çərçivəsində sahibkarların milli valyuta ilə kredit almaq imkanları artırılacaq. Proqram üzrə kreditləşmənin məbləği isə 400 milyard tengedən (1 milyard 562 milyon manat) artırılıb 1 trilyon tengeyə (3,91 milyard manat) çatdırılacaq. (əmlak vergisi)

Prezident Kasım-Jomart Tokayev hökumətə turizm biznesinin dəstəklənməsi üçün kompleks tədbirlər proqramı hazırlamağı tapşırıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak vergisi

Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 641 mini ötüb

posted in: Xəbər | 0

muzdlu işçiBu il fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 117,2 min nəfər və ya 7,7 faiz artaraq 1 641 min nəfər olub. Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,25 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.(muzdlu işçi)

Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
muzdlu işçi